Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Mədəniyyət naziri: Bir daha dünyaya göstərdik ki, Şuşada olan abidələr xalqımıza məxsusdur və biz onlara sahib çıxıb bərpa edirik

Mədəniyyət naziri: Bir daha dünyaya göstərdik ki, Şuşada olan abidələr xalqımıza məxsusdur və biz onlara sahib çıxıb bərpa edirik

31.08.2021 [09:55]

Biz bir daha dünyaya göstərdik ki, Şuşa Azərbaycan şəhəridir, Azərbaycan mədəniyyətinin paytaxtdır. Bu şəhərdə olan abidələr xalqımıza məxsusdur və biz o abidələrə sahib çıxıb onları bərpa edirik.
AZƏRTAC xəbər verir ki, bunu Vaqif Poeziya Günləri çərçivəsində jurnalistlərə müsahibəsində mədəniyyət naziri Anar Kərimov söyləyib. Nazir qeyd edib ki, məqbərə Ulu Öndərin təşəbbüsü ilə inşa edilib və 1982-ci il yanvarın 14-də onun iştirakı ilə abidənin açılışı olub. 1992-ci ildə Şuşa şəhərinin Ermənistan tərəfindən işğalı nəticəsində kompleksin binası və burada sərgilənən bütün eksponatlar məhv edilib.
“Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək bu abidənin yenidən bərpa edilməsinə göstəriş verib. Çox şadam ki, bu tarixi günün şahidiyəm. Əminik ki, biz bundan sonra Şuşamızı və Qarabağımızı inkişaf etdirəcəyik”, - deyə nazir Anar Kərimov fikrini yekunlaşdırıb.

Paylaş
Baxılıb: 133 dəfə

Xəbər lenti

Hamısına bax

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31