Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / ƏSA Teatrı Respublika teatr festivalının qalibi olub

ƏSA Teatrı Respublika teatr festivalının qalibi olub

11.11.2021 [15:26]

ƏSA Teatrının Xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı zəfərə və bu zəfəri bizə yaşadan şəhidlərimizin xatirəsinə ithaf etdiyi "Qonşu" film-tamaşası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə keçirilən “4.4 Qısa Tamaşalar Festivalı” (QTF) qalibi olub.

11 dövlət teatrı, 6 özəl teatr, 5 müstəqil sənətçinin (22 tamaşa) iştirak etdiyi festivalın 5 noyabrda baş tutan təntənəli bağlanış mərasimində birinci yerin qalibi elan olunub.

Mükafatı Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev  təqdim edib. Nihad Qulamzadənin müəllifi və rejissoru olduğu “Qonşu” tamaşasının yaradıcı heyəti xüsusi diplom, “Dəfnə mükafatı” və 1500 AZN pul mükafatına layiq görülüb. N.Qulamzadə çıxış edərək yüksək etimada görə təşəkkürünü çatdırıb. Daha sonra tamaşaçılar “Qonşu” tamaşasını izləyiblər. Film-tamaşanın prodüseri Nicat Qulam, bəstəkarı Vüqar Babayev, quruluşçu operatoru Sübhan Quluzadə, işıq rəssamı Anar Dadaşovdur. Rolları teatrın aktyorları Elvin Şahmərdan, Səmayə Ağayarova, Elşən Əsgərov, Günay Məmmədova, İmran Lalayev, Lalə Süleymanova və Raul Həsən canlandırıblar.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə hazırlanan “Qonşu” film-tamaşasının ictimaiyyətə açıq təqdimatı tezliklə baş tutacaq.

Paylaş
Baxılıb: 140 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

Prezident bu gün

03 Dekabr 09:59

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31