/ / İşğaldan azad edilmiş ərazilərimizdəki qədim Alban irsində saxtakarlıq aşkarlanarsa, həmin pozuntular sənədləşdiriləcək
İşğaldan azad edilmiş ərazilərimizdəki qədim Alban irsində saxtakarlıq aşkarlanarsa, həmin pozuntular sənədləşdiriləcək
07.02.2022 [20:45]
Mədəniyyət Nazirliyi bəzi qərəzli xarici media ilə bağlı məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, məlumatda deyilir: “Son bir neçə gün ərzində bəzi qərəzli xarici kütləvi informasiya vasitələri tərəfindən yayılmış məlumatlarla bağlı qeyd etmək istərdik ki, Azərbaycan tarixi-mədəni irsinə onun dini-etnik mənşəyindən asılı olmayaraq hər zaman hörmətlə yanaşmışdır. Bu yanaşma, eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə yerləşən tarixi-mədəni irsə münasibətdə də sərgilənir. Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə bəyan edilmişdir ki, işğaldan azad edilmiş ərazilərimizdəki tarixi-dini abidələr Azərbaycan irsinə aiddir və onların qorunması Azərbaycan dövlətinin öhdəliyidir. Buna əyani sübut olaraq, Şuşada başlamış genişmiqyaslı bərpa-quruculuq prosesində məscidlərlə yanaşı, 2 xristian kilsəsini də göstərmək olar. Azərbaycan Ermənistandan fərqli olaraq, tarixi-mədəni irsinə dini və etnik zəmində ayrı-seçkilik etmir və silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası da daxil olmaqla, beynəlxalq konvensiyalar üzrə öhdəliklərinə sadiqdir.
Onu da əlavə etmək lazımdır ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hazırda işğaldan azad edilmiş ərazilərdə müvafiq monitorinq aparılır.
İşğaldan azad edilmiş ərazilərimizdə qədim Alban irsinə gəldikdə, qeyd etmək lazımdır ki, bu irsin tədqiqi ilə bağlı işçi qrup təsis edilmişdir. İşçi qrupa həm yerli, həm də xarici ekspertlər cəlb olunub və yerində təhlükəsizlik vəziyyəti imkan verəcəyi təqdirdə, işçi qrupun üzvləri bu xristian irsinin monitorinqini həyata keçirib onu tədqiq edəcəklər. Saxtakarlıq aşkar ediləcəyi təqdirdə, beynəlxalq ekspertlərin iştirakı ilə bu pozuntular sənədləşdirilərək beynəlxalq ictimaiyyətə təqdim ediləcək. Xatırlatmaq istərdik ki, tarixi-mədəni irs üzərində dəyişikliklər edilməsi və onun mənşəyinin dəyişdirilməsi 1954-cü il Haaqa Konvensiyasının müddəalarına ziddir”.
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58

