Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad etməyə hazırdır
26.06.2013 [09:56]
Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədr müavini Aydın Mirzəzadə www.yap.org.az saytına müsahibə verib:
- Aydın müəllim, bütün xalqımız hazırda Silahlı Qüvvələrimizin yaradılmasının 95 illik yubileyini qeyd edir. Sizcə, bütövlükdə ordu dövlət və cəmiyyət üçün nə deməkdir?
- Ordu hər bir dövlətin mühüm atributu, təhlükəsizlik sisteminin əsasıdır. Hazırda dünyada ordusu olmayan dövlət yoxdur. Hər bir dövlət öz ordusunun inkişafı üçün əzmlə çalışır, bu istiqamətdə bütün zəruri tədbirləri həyata keçirir. Ümumilikdə götürəndə ordu faktoru hər bir dövlətin daxili və xarici siyasətinin güzgüsü sayıla bilər. Dövlətin və cəmiyyətin orduya münasibəti isə həmin dövlətin öz nüfuzuna, bu gününə və sabahına olan münasibətidir. Ordu faktorunun rolu isə bilavasitə onun döyüş qabiliyyətindən asılıdır.
Azərbaycan da dövlət müstəqilliyini əldə etdikdən sonra ordu quruculuğu 1993-cü ilə qədər pərakəndə halda həll edilsə də, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızda ordu quruculuğu prosesi ardıcıl və sistemli şəkildə həyata keçirilib. Bu siyasəti inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də Silahlı Qüvvələrimizin həm kəmiyyət, həm də keyfiyyətcə komplektləşməsinə, daha da güclənməsinə çalışır. Onun hər bir çıxışı ordu quruculuğu məsələlərinin dövlətin daimi diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir. Ötən illər ərzində Azərbaycan ordusu böyük bir inkişaf mərhələsi keçib. Müasir texnikalar alınıb və bu texnikaların şəxsi heyət tərəfindən mənimsənilməsi prosesi başlanıb. Orduya çağırış sistemi təkmilləşdirilib, ölkədə hərbi-vətənpərvərlik atmosferi yaradılıb. Bir sözlə, Azərbaycan düşmən qarşısına düşünülmüş bir hərbi strategiya ilə çıxıb.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərb sahəsinə ciddi diqqət yetirməsi güclü və döyüşkən ordunun yaranmasına səbəb olub. İndi Azərbaycan ordusunun ən müasir tələblərə cavab verən silahlı bir qurum olduğunu həm beynəlxalq hərbi tədqiqat mərkəzləri, həm də Ermənistan ordusunun generaliteti belə etiraf edir. Bugünkü Azərbaycan ordusu Ali Baş Komandanın bütün əmr və tapşırıqlarını yerinə yetirməyə hazır olan çox ciddi bir dövlət strukturudur. Ordu ilə cəmiyyət arasında sıx əlaqələr mövcuddur. Orduda xidmət hər bir gəncin şərəf məsələsinə çevrilib. Bütün bunlar ölkə rəhbərliyinin ordu quruculuğuna prioritet bir məsələ kimi yanaşmasının bariz nümunəsidir və şübhə yoxdur ki, Azərbaycan dövləti həmişə olduğu kimi bundan sonra da Silahlı Qüvvələrimizin hazırlıqlı olması üçün nə lazımdırsa edəcək.
- Nəzərə alsaq ki, torpaqlarımızın böyük bir hissəsi işğal altındadır, onda Silahlı Qüvvələrimizin üzərinə böyük bir məsuliyyət düşür. Necə hesab edirsiniz, ordumuz torpaqlarımızı işğaldan azad etməyə hazırdırmı?
- Ermənistan Azərbaycan torpaqlarının 20 faizini hələ də işğal altında saxlayır. İşğalçı dövlət dünya ictimaiyyətinin sülhsevər çağırışlarına əhəmiyyət vermir və torpaqlarımızı xoşluqla, sülh yolu ilə boşaltmır. Sülh danışıqlarının nəticəsiz qalması münaqişənin hər an hərb yolu ilə həlli variantını vacib məsələ kimi gündəmə gətirir. Ali Baş Komandanın ordu quruculuğuna həsr olunmuş müşavirələrdəki çıxışlarında ordunun hərbi əməliyyatlara hazırlıq səviyyəsi təhlil edilir. Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanın qarşıya qoyduğu vəzifələri yerinə yetirməyə, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə hazır olduğu bildirilir. Ermənistanın işğal etdiyi torpaqlardan çıxmaması nəticə etibarilə münaqişənin hərbi yolla həllindən başqa yol qoymur. Azərbaycan problemin hərb yolu ilə həllinə də tam hazırdır. Artıq bütün dünya Azərbaycanın Silahlı Qüvvələrinin ötən əsrin 90-cı illərinin əvvəlindəki siyasiləşmiş dəstələr deyil, vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırıqlarını yerinə yetirməyə qadir olan bir ordu olduğunun fərqindədir. Bütün parametrlər baxımından, işğalçı dövlətin ordusundan üstün olan Azərbaycan Silahlı Qüvvələri düşmənin zəbt etdiyi ərazilərimizdəki mövqelərini sıradan çıxarmaq iqtidarındadır. Bu gün Azərbaycanın hərbi büdcəsi bütövlükdə Ermənistanın dövlət büdcəsinə bərabərdir və ilk döyüşdəcə erməni qoşunları sarsıdıcı zərbə alacaq. Yəni işğalçı ordu Azərbaycan ordusunun qarşısında duruş gətirmək iqtidarında deyil.
- Ölkəmizdə keçirilən hərbi paradlar da ordumuzun gücünü göstərən əsas amillərdən biri olaraq Ermənistana xəbərdarlıq deyilmi?
- Hərbi paradlar Azərbaycan ordusunun gücünü göstərir. Son iki hərbi parad yüksək döyüş hazırlığının nümayişi kimi yadda qaldı. Bu mənada Azərbaycan Silahlı Qüvələrinin durumu Ermənistanda narahatlıq doğurmaya bilməz. 2008-ci ilin hərbi paradı həm ölkə, həm də dünya ictimaiyyətinə çox ciddi təsir etmişdi. 2011-ci ildə keçirilən parad isə həmin təəssüratı daha da gücləndirdi. Biz ən yeni texnikaları gördük və bu texnikaların Azərbaycan hərbi qulluqçuları tərəfindən peşəkarcasına idarə olunmasına şahidlik etdik. Azərbaycan özünün etibarlı müdafiəsi üçün artıq bütün müasir hərbi texnikalara və peşəkar hərbi kadrlara malikdir. Hesab edirəm ki, bu il 26 iyun tarixində Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illik yubileyi münasibətilə keçiriləcək hərbi parad isə bir daha ölkəmizin hərbi gücünün nümayişi olacaq. Ona görə də, işğalçı Ermənistan bütün bunlardan özü üçün nəticə çıxarmalıdır.
- Aydın müəllim, ordumuzun NATO standartlarına uyğunlaşdırılması məsələsi də daim cəmiyyətin diqqət mərkəzində olub. Bu baxımdan, mövcud vəziyyəti necə dəyərləndirmək olar?
- Hələ ordumuzun yaradıldığı ilk dövrdə Azərbaycan ordusunun müasir NATO standartlarına uyğun olaraq qurulacağı tam aydın idi. Eyni zamanda, Ümummilli liderimiz Heydər Əliyevin avrointeqrasiya siyasəti NATO ilə sıx əməkdaşlığı vacib edirdi. Bunun üçün Azərbaycanda yetərli potensial da mövcud idi. Eyni zamanda, Azərbaycanda ali hərbi məktəblər sisteminin yaradılması, onun tədris prosesinin NATO- ya üzv olan ölkələrin hərbi təhsil sisteminin üstünlüklərinə uyğun olaraq qurulması öz nəticəsini tədricən verməkdədir. Hal-hazırda Azərbaycan ordusu ciddi, hazırlıqlı, vətənpərvər zabit kadrları ilə təchiz edilir, ordunun maddi-texniki bazası möhkəmləndirilir.
Ötən illər ərzində Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələri xeyli genişlənib və keyfiyyətcə yeni mərhələyə daxil olub. 1994-cü il may ayının 4-də Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşulub. Azərbaycan Silahlı Qüvvələrinin zabitləri NATO-nun strateji və regional qərargahlarında müxtəlif vəzifələrə təyin ediliblər. Hər il Azərbaycan Respublikası ilə NATO arasında fərdi əlaqələndirmə proqramı hazırlanır və təsdiq edilir. Proqrama əsasən Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun hərbi məktəbləri, kollecləri və başqa strukturlarında keçirilən sülhməramlı kurslarda, Avropa təhlükəsizlik sahəsində əməkdaşlıq, adi silahlara nəzarət, böhran vəziyyətini idarəetmə, ətraf mühitin mühafizəsi, inteqrasiya proseslərinin genişləndirilməsi və digər tədbirlərdə iştirak edirlər. Hərbçilərimiz sülhməramlı, humanitar və digər çoxmillətli təlimlərin planlaşdırılması, hazırlanması və həyata keçirilməsində yaxından iştirak edirlər. Azərbaycan sülhməramlılarının bundan əvvəl Kosovoda, İraqda və hal-hazırda isə Əfqanıstanda NATO-nun, koalisiya qüvvələrinin tərkibində öz missiyalarının layiqincə və yüksək peşəkarlıqla yerinə yetirmələri NATO komandanlığı tərəfindən də yüksək qiymətləndirilir. 2004-cü ilin may ayında Fərdi Tərəfdaşlığın Fəaliyyət proqramı NATO Baş katibinə təqdim edilib. Bu proqram 2005-ci ilin may ayında NATO tərəfindən təsdiq edilib və onun icrasına başlanılıb. Ötən illər ərzində Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında hərbi sahədə əməkdaşlıq haqqında onlarla saziş, protokol və plan imzalanıb.
- Bəs hərbi qulluqçuların sosial təminatı hansı səviyyədədir?
- Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dövlət başçısı postunda fəaliyyətə başladığı ilk günlərdə bəyan etmişdi ki, ordu quruculuğu sahəsində qazanılan nailiyyətlərin bütün parametrlər üzrə daha da inkişaf etdirilməsi Onun fəaliyyətində prioritet istiqamətlərdən biri olacaq. Ötən müddət ərzində yuxarıda qeyd etdiyim kimi istər Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, istərsə də hərbi qulluqçuların sosial müdafiəsi sahələrində həyata keçirilən tədbirlər Ali Baş Komandanın Vətənin müdafiəçilərinin şərəfli xidmətinə necə yüksək qiymət verdiyini bir daha təsdiq etdi. Son illərdə ölkənin müdafiə xərclərinin bir neçə dəfə artırılması, hərbi qulluqçuların sosial problemlərinin ardıcıl olaraq həll edilməsi yaxın gələcəkdə ordu quruculuğu sahəsində daha böyük uğurlar qazanacağımıza təminat verən amillərdəndir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Silahlı Qüvvələrin şəxsi heyətinə bu cür diqqət və qayğısı, ordumuza bəslədiyi yüksək inam və etimad bütün hərbçilərin qəlbini qürur və iftixar hissləri ilə doldurmuşdur. Zabit və gizir heyətinin mənzil problemi və digər sosial problemləri həll olunur, hərbi qulluqçuların əməkhaqqı məsələsi daim diqqətdə saxlanılır, dövlətin imkanları artıqca, bu məsələnin həlli yolunda çox ciddi tədbirlər görülür. Bu gün Azərbaycan ordusunun hər bir əsgəri və zabiti respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə sadiq qalaraq respublikamızın ərazi bütövlüyünün bərpasına, torpaqlarımızı işğalçılardan azad etməyə hazırdır.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

