Heydər Əliyev

Аналитика

Внешняя политика

Актуальное

yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycanda siyasi məhbus yoxdur

Azərbaycanda siyasi məhbus yoxdur

19.01.2022 [10:27]

İctimailəşmiş adamların şəxsi həyatı olmur

“Məclisdən kənar” söhbətlər...

Günel Abbasla

İlin ilk qonağı 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirovdur. Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən deputat hazırda parlamentdə İnsan hüquqları və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Həmçinin 2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) müəllim kimi fəaliyyət göstərir. Deputatla söhbətimizə elə təhsil həyatı barədə soruşmaqla başladıq. Onun sözlərinə görə, əvvəllər diplomat kimi fəaliyyət göstərmək arzusunda olub...

- Ətrafımdakı dost-tanışlarım isə hüquq fakültəsində təhsil almağımı təklif edirdilər. Ancaq mən öz seçimimi tarix fakültəsindən yana etdim. O zamanlar tarix fakültəsi olduqca prestijli idi. Hətta bu fakültəni “katiblik fakültəsi” adlandırırdılar. Sanki rayon katiblərinin hər biri məhz burada təhsil almalı idi. Yeri gəlmişkən, Ulu Öndər də tarix fakültəsinin məzunu olub. Niyyətim diplomatlıq olduğu üçün qərb ölkələrinin tarixini seçdim. Bilirdim ki, dünyanın bütün qitələrində Amerikanın maraqları cəmlənir. Hətta özləri də açıq şəkildə qlobal maraqlarının olduğunu qeyd edirdilər. 1994-cü ildə Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirdim. Bundan sonra tarix fakültəsinin dekanı akademik Yaqub Mahmudov bu cəhətlərimi yüksək qiymətləndirdi və onun təqdimatı ilə 1995-2000-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dissertantı oldum. 1992-1994-cü illərdə Azərbaycan Dillər Universitetində iki illik ingilis dili kursunu fərqlənmə sertifikatı ilə bitirdim. 1995-2003-cü illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında çalışmağa başladım. 2001-ci ildə “Azərbaycan-ABŞ münasibətləri. 1991-1997-ci illər” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik elmi dərəcəsini qazandım.

1997-ci ildə “Azərbaycan neftinin dünəni, bu günü və sabahı” mövzusunda respublika olimpiadası keçirildi. Hər zaman işlərimin əvvəllərində çətinlik yaşayıram, ancaq sonu yaxşı olur. Əlyazma ilə 50 səhifəlik bir material hazırlamışdım, kompüterə köçürülməli idi. Müsabiqəyə bir gün qalmış xəbər etdilər ki, yazı silinib. Komissiyaya gəlib hər şeyi olduğu kimi izah etdim, əlyazmaları təqdim etdim və nəticədə sənədin qəbulunu bir həftə uzatdılar. Ölkənin bütün ali məktəblərindən ən iddialı şəxslər sənədlərini bu olimpiadaya göndərmişdi. Yekun nəticə olaraq mənim yazım birinci yerə layiq görüldü. 1999-cu ildə ARPDİA-ya baş müəllim kimi çalışmağa dəvət olundum. O vaxtdan Akademiyada fəaliyyət göstərirəm.

- Gününüz necə keçir, özünüzə vaxt ayıra bilirsinizmi?

- Açığı, özümə ayırmağa o qədər də zamanım olmur. Günümü seçicilərin problemlərini həll etməklə keçirirəm. Bu ərəfələrdə xüsusilə İranla sərhəd olan yerlərdə yolların çəkilməsi ilə bağlı parlamentdə məsələ qaldırdım. Hətta çox kəskin şəkildə bunu bildirdim. Sonra “Azəravtoyol”un sədri Saleh Məmmədovla çox səmimi bir görüşümüz oldu. O da mənimlə razı olduğunu və daxili imkanlar hesabına işlərə başlayacağını bildirdi. Sözünün üstündə dayandı və dekabrın 15-dən etibarən həmin kəndlərdə yol infrastruktur yenidənqurmalarına başlanılıb. Hansı ki, uzunluğu 36.2 km olan bu ərazidə 50 ildən çoxdur ki, yollar bərbad vəziyyətdə olub. Sonra qazlaşdırılma məsələləri ilə bağlı Ruslan Əliyevə müraciət etdim və daxili imkanlar hesabına İnili, Məmmədcanlı, Cəfərli kəndlərində işlərə başlandı. Söz verildi ki, yaxın zamanda 4 briqada Cəlilabadın qazlaşdırılması üçün göndəriləcək. “Azərişıq”la bağlı olan problemlərin də həlli istiqamətində addımlar atılıb. Ümumiyyətlə, bu qurumun fəaliyyəti danılmazdır. Hazırda problemli bir kənd kabelləşib, 12 kəndlə bağlı prosesə başlanılacaq. Bu faktları sürətli qeyd edirəm, ancaq prosesin başa çatması olduqca zaman alır. Bunların nəhayətində yoruluram. Ancaq bu yorğunluğu çıxarma üsulum da var. Əvvəllər üzgüçülüklə məşğul olurdum, sonralar trenajora maraq göstərməyə başladım. Bəzən rayona ailəmə baş çəkmək üçün gedirəm, amma bu da işgüzar səfərə çevrilir. İstirahət sözü bu mənada mənim üçün nisbidir. Ümumiyyətlə düşünürəm ki, ictimailəşmiş adamların şəxsi həyatı olmur.

- Yeni ili necə keçirdiniz?  

- Pandemiya şəraitində insanların çoxluq təşkil etdiyi yerlərdən kənar oluram. Yeni ildə ailəmlə bir yerdə evdə olduq. Bir sözlə, çalışdım ki, qaragüruha bəhanə verməyim.

- Bəhanə vermək deyəndə nəyi nəzərdə tutursunuz?

- Bu yaxınlarda rayonda idim. Həmin ərəfədə taxıl məmulatlarının qiymətinin artması ilə bağlı xəbərlər yayıldı. Ancaq saytlarda xəbərlərə baxmaq imkanım yox idi. Birdən mənə zəng etdilər ki, guya çörəyin qiymətinin artmasının əhalinin xeyrinə olduğunu bildirmişəm. Ancaq mənim bu məsələdən xəbərim də yox idi. Niyə belə bir ifadə işlədim ki? Bu ittihamı irəli sürən şəxslərin əllərində hansısa sübutları varmı? Təbii ki, yoxdur. Bütün bu söhbətlərin hər biri əsassız iddialardan, iftiralardan ibarətdir. Çox zaman bu cür ittihamları irəli sürənlərin kimliyini də bilirəm. Onlar ancaq gecə-gündüz insanları ləkələməklə məşğuldurlar. Yeri gəlmişkən onu da qeyd edim ki, insanlara qarşı təhqir, böhtan tipli ifadələr işlədənlər qanunla müəyyən olunmuş maddələrə əsasən cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Mənə qarşı yalan böhtan irəli sürən adamları məhkəməyə versəm, onun əlində heç bir sübutu olmadığına görə həbs olunacaq. Amma o həbsə düşən kimi siyasi məhbuslarla bağlı çıxışlar ediləcək. Mən isə deyirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur, ola da bilməz. Biz demokratik inkişaf yolunu seçmiş bir ölkəyik. Bu cür cinayət yolunu seçən şəxslər həbsxanaya düşəndə süni şəkildə siyasi məhbus ifadəsini yaradırlar. Biz bəzən bu cür təhqirlərə dözürük, ancaq üstündən keçdikcə onlar daha da irəli gedirlər. Hesab edirəm ki, DTX və DİN bu məsələlərə daha həssaslıqla yanaşmalıdır. Bir nəfər mənim müsahibəmin rəylərində qeyd etmişdi ki, biz gəlib səni də öldürəcəyik və parlamenti təyyarə ilə vurub dağıdacağıq. Həmin informasiyanı bir vətəndaş kimi lazımi yerlərə göndərmişəm, qoy araşdırsınlar. Çünki bu bir təhdiddir və gerçəkləşmək ehtimalı var.      

- Sıravi vətəndaşlar da sosial həyatlarında bu cür təhdidlərə məruz qalırlar, hətta intihar həddinə çatırlar. Milli Məclisdə sosial şəbəkələrin birdəfəlik qeydiyyat əsasında baş tutması haqqında məsələ qaldırılmışdı. Yenidən bu məsələlərin gündəmə gəlməsi ehtimalı varmı?

- Sosial medianı idarə edən qurumların rəhbərləri ilə bu məsələləri müzakirə etmək lazımdır. Burada, hətta ailələr dağılır. Hesab edirəm ki, sosial şəbəkələrdə özbaşınalığa son qoyulmalıdır. Hər kəs bir-birinə qarşı istədiyi ifadəni işlədir. Artıq sosial media haqqında ciddi bir qanunun qəbul edilməsi üçün zaman yetişib.

- Əksəriyyət insanlarda deputatlara qarşı bir nifrət var. Bunun səbəbi nədir?

- Sosial şəbəkələr olmasa, siz bu nifrəti görməyəcəksiniz. Mən deyərdim, ictimaiyyətə ən açıq adamlar elə deputatlardır. Ölkədə gedən proseslərlə bağlı ən çox fikir bildirən şəxslər də məhz deputatlardır. Elə olur, həftə ərzində müsahibəm dərc olunur. Bunun  hər biri zaman alır, zehni yorğunluq yaradır.

Bəzən deputatlara ittihamlardan biri də o olur ki, guya şəhid ailələrini ziyarət etmirik. Cəlilabad rayonunda 103 şəhid var, hər bir şəhidin qəbrini ziyarət edib, evində olmuşam. Tənqid edənlərin biri şəhid qapısı döyübmü? Bəzən də  dırnaq arası yazıçılar məsələlərə qaragüruh səviyyəsində mövqe bildirir. Ancaq şər, böhtan, ifraz edirlər.

- 2021-ci ili geridə buraxdıq, 2022-ci ildə sosial və siyasi sahədə gözləntilər nədir?

- 2021-ci il bizim üçün uğurlu idi. Ona görə ki, biz bu il tarixi qələbəmizin  bir illiyini qeyd etdik. 2021-ci il yaddaşlarda Qarabağda başlayan yenidənqurma işləri ilə qaldı. Ötən ildə Zəfər yolu, Füzuli Beynəlxalq hava limanı istifadəyə verildi. Növbəti iki hava limanının tikintisi prosesi davam edir. Hazırda həllini gözləyən məsələlərin tənzimlənməsi istiqamətində kövrək də olsa, siqnallar var. Ermənistanın siyasi hərbi rəhbərliyi də əvvəlki qədər barışmaz mövqe göstərmədi. Delimitasiya və demarkasiya məsələlərinə razılıq verdiklərini dəfələrlə dilə gətirdilər. İnanıram ki, bu il Qarabağın bərpası istiqamətində daha uğurlu işlər görüləcək. Zəngəzur dəhlizi işə salınacaq. Sərhədlərimiz daha da dəqiqləşəcək. Böyük sülh sazişinin imzalanması baş tutacaq və yaxud bunun gerçəkləşməsi daha fundamental olacaq.

Sosial məsələlərə gəldikdə isə hazırda dünya bazarında ciddi iqtisadi təlatümlər yaşanır. Postmüharibə dövründə ciddi çətinliklər olur. Müharibədə itirilənlərin bərpası istiqamətində işlər aparılmalıdır. Bu vəziyyətdə böyük maliyyə tələb olunur. Taxıl qiymətləri də qalxıb. Hazırda pandemiya şəraitindən çıxmaq istəyirik, yəni ikinci müharibəmiz davam edir. Un məmulatlarının qiyməti dünya bazarında da qalxıb. Prezidentin yerli televiziya kanallarına müsahibəsində də qeyd etdiyi kimi, bizim ildə 3-4 milyon ton taxıl ehtiyacımız var. 2 milyon istehsal ediriksə, qalan hissəsini almalıyıq. Qarabağda minalardan təmizlənmə işləri başa çatdıqdan sonra bu istehsalat bir qədər artsa da, yenə xaricdən taxıl ehtiyacımız olacaq.

Yeni ildə pensiyalar artdı, bu il üçün nəzərdə tutulan sosial paket 1.5 milyard manat dəyərində idi. Mövcud çətinliklər var, ancaq Qarabağda yenidənqurma işləri yekunlaşdıqca bu məsələlər düzələcək. 2022-ci ildə Ordu quruculuq məsələləri daha yüksək səviyyədə olacaq. Ermənistanda revanşizm məsələləri yüksək səviyyədə olduğu üçün biz hərbi sahədə və siyasi sabitliyi daha da qorumalıyıq.

(ardı var)

Paylaş:
Baxılıb: 221 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Analitik

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Gündəm

Prezident bu gün

Prezident bu gün

17 May 09:58

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31