Qadın məsələləri həmişə dövlətimizin diqqət mərkəzində olub
07.03.2012 [00:47]
- Hicran xanım, ölkəmizdə dövlət qadın siyasəti uğurla həyata keçirilməkdədir. Sizcə, Azərbaycan qadınları 8 Mart Beynəlxalq Qadınlar Gününü hansı əhval-ruhiyyədə qarşılayırlar?
- Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da 8 Mart Beynəlxalq Qadınlar Günü sevilən bayramlardandır. Bizim qadınlar hər cür təbrikə, ən böyük sevgiyə layiqdirlər. Mən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi adından bütün qadınlarımızı ürəkdən təbrik edir, onlara can sağlığı, işlərində uğurlar, bol-bol təbəssüm arzulayıram.
Qadınlar cəmiyyətin çox dəyərli, əvəzedilməz nümayəndələridir. Tarixin bütün dövrlərində cəmiyyətdə qadının tutduğu mövqe mühüm məsələlərdən biri olub. Qadınlar tarix boyu xalqımızın taleyində əhəmiyyətli rol oynayıblar. Dünyamızın sivilizasiyası qadınların ağlı, zəhməti, yaradıcı təxəyyülü sayəsində inkişaf etmişdir. Təsadüfi deyil ki, biz hər bir işi analarımızın xeyir-duası ilə görürük.
- ölkəmizin həyatının müxtəlif sahələrində qadınların hazırkı iştirak dərəcəsi Sizi qane edirmi?
- Tarixi keçmişin ağır sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadını bu gün öz dövlət müstəqilliyini bərpa etmiş ölkəmizdə gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirak edir. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, ərazi bütövlüyünün qorunmasında, hüquqi demokratik dövlət quruculuğunda, iqtisadi yüksəlişin təmin edilməsində qadınlarımız misilsiz xidmətlər göstərirlər.
Qadın məsələləri həmişə dövlətimizin diqqət mərkəzində olub. ümummilli liderimiz Heydər Əliyev ölkə rəhbərliyinə gəldiyi dövrdən daim qadınların problemləri ilə maraqlanmış, onların irəli çəkilməsi üçün şərait yaratmışdır. Ulu öndərimizin verdiyi bir çox qərar və sərəncamlar Onun cəmiyyətdə gender balansının formalaşdırılması sahəsində uzaqgörən siyasətinin əməli ifadəsidir.
Möhtərəm Prezidentimiz İlham Əliyev 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzalamaqla bu sahəyə dövlət qayğısını bir daha nümayiş etdirdi.
Qadın ana olmaqla bərabər, eyni zamanda, cəmiyyətin əsas dayaqlarından biridir. Ona görə də, biz qadınları həm də cəmiyyətin inkişafında fəal rol oynayan dövlət qurucuları kimi görmək istəyirik. Qadın ailə çərçivəsində önəmli rol oynamaqla yanaşı, həm də sosial proseslərin aktiv hərəkətverici qüvvəsi kimi çıxış etməlidir. Zərif cinsin nümayəndələri milli-mənəvi dəyərlərin, ailə ənənələrinin nəsillərdən-nəsillərə ötürülməsi kimi ağır və məsul missiyanı özlərinin kövrək çiyinlərində ləyaqətlə daşıyırlar. Yeni əsrin qadını intellektual səviyyəsini daim artırmalı, yüksək təhsilə malik kamil şəxsiyyət kimi formalaşmalıdır. O, milli keyfiyyətləri ümumbəşəri dəyərlərlə uzlaşdırmalı, hüquqlarını dərindən bilməli, özünü zorakılığın bütün formalarından qorumağa qadir olmalıdır. Yalnız bütün bu amillərin birgə təsiri sayəsində qadınlar ictimai inkişafın katalizatoru funksiyasını yerinə yetirə və cəmiyyətdə sosial harmoniyanın tənzimlənməsini həyata keçirə bilərlər. Məmnunluq hissi ilə qeyd etməyi özümə borc bilirəm ki, iqtidarın həyata keçirdiyi məqsədyönlü fəaliyyət nəticəsində bu gün ölkəmizdə qadınların hərtərəfli inkişafı üçün zəruri şərait yaradılmışdır.
- Qadınların cəmiyyətdə hüquq bərabərliyinin təmin edilməsi sahəsində hansı problemlər mövcuddur? Azərbaycanda bu baxımdan vəziyyəti necə dəyərləndirirsiniz?
- Hazırda qadın məsələləri, cəmiyyətdə gender balansı problemi bütün dünyanın diqqət mərkəzindədir. BMT, Avropa Şurası və digər mötəbər beynəlxalq təşkilatlar hər bir ölkədə qadın hüquqlarının müdafiəsinə böyük həssaslıqla yanaşırlar. Bu, heç də təsadüfi deyil, çünki psixoloji və fiziki təzyiq bütövlükdə qadın hüquqlarına ciddi xələl gətirə bilər.
Bu gün bizə sözünü beynəlxalq tribunalardan qətiyyətlə deyə bilən, qlobal məsələlərin həllinə layiqli töhfə verməyə qadir olan qadınlar lazımdır. Fərəhlidir ki, bu gün ölkəmizin həyatında önəmli rol oynayan, hər birimiz üçün gözəl nümünə olan Azərbaycan Qadın Hərəkatının lideri, sevimli Birinci Xanımımız, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva bütün bu keyfiyyətləri özünün təkrarsız şəxsiyyətində üzvi surətdə birləşdirir. O, həm nüfuzlu ictimai xadim, həm istedadlı alim, həm qayğıkeş ana, həm də layiqli həyat yoldaşıdır. Hər bir Azərbaycan qadınının, ailəsinin və uşağının problemlərini diqqət mərkəzində saxlayan Mehriban xanımın təşəbbüsü ilə uşaqların sağlamlığı, təhsili, tərbiyəsi sahəsində böyük layihələr uğurla gerçəkləşdirilir.
Xüsusilə sevindiricidir ki, Mehriban xanım Əliyevanın yüksək humanist missiyasını Onun tərbiyə verdiyi övladları böyük ləyaqətlə tamamlayırlar. Leyla xanım Əliyevanın Azərbaycan həqiqətlərinin dünyada tanıdılması, o cümlədən Xocalı soyqırımı ilə bağlı faktların beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində ardıcıl fəaliyyəti buna sübutdur.
Elm və texnologiya günbəgün inkişaf edir, iqtisadi cəhətdən sərbəstlik əldə edən qadınların sayı artır. Gələcək vətəndaşların tərbiyəsi, savadı, mədəniyyəti, zehni inkişafı, vətənpərvərliyi, ilk növbədə, cəmiyyətə yeni nəsil bəxş edən qadından asılıdır. O, ölkənin ictimai həyatında da böyük uğurla çalışır. Qadın kişi ilə bərabər iqtisadiyyat, mədəniyyət, elm və incəsənətin bütün sahələrində fəal iştirak edir. İndi elə bir sahə tapmaq olmaz ki, orada qadın əməyi təmsil olunmasın. Qadınlarımızın bir qismi mühüm dövlət vəzifələrində uğurla işləyir. Son parlament və bələdiyyə seçkiləində qadınların təmsilçiliyinin xeyli artması olduqca sevindiricidir. Dünyanın ən inkişaf etmiş ölkələrində parlamentdə qadınların sayı Azərbaycanda olduğu qədər deyil.
- Hicran xanım, necə hesab edirsiniz, cəmiyyətdə qadınların rolunun daha da artırılması üçün hansı əlavə tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulur?
- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması ilə hər üç istiqamətdə kompleks dövlət siyasətini həyata keçirən vahid qurum formalaşdırıldı. Hazırda biz müxtəlif dövlət proqramları və layihələrin həyata keçirilməsi istiqamətində məqsədyönli iş aparırıq. Bu gün Azərbaycanda 100-dən artıq qeyri-hökumət qadın təşkilatı fəaliyyət göstərir. Qarşılaşdığımız problemlərin həlli dövlət qurumları ilə qeyri-hökumət təşkilatlarının əməkdaşlığını tələb etdiyindən biz həmin qadın cəmiyyətləri ilə əlaqəli işləyirik. Onlardan bir çoxu qadınların respublikanın ictimai, iqtisadi, siyasi, mədəni həyatına cəlb edilməsi istiqamətində fəaliyyət göstərirlər.
Qadınların ictimai həyata cəlb edilməsi üçün qeyri-hökumət təşkilatları tərəfindən müxtəlif mərkəzlər yaradılmışdır, qadınların psixoloji və sosial reabilitasiyası üzrə hüquqi, tibbi və başqa məsləhətlərin verilməsi təşkil olunmuşdur.
Məlumdur ki, ailə, qadın və uşaq problemlərinin həlli mühüm bəşəri məsələlərdən biri olaraq qalır. Odur ki, biz də öz növbəmizdə daim axtarışlar aparır, beynəlxalq təcrübəyə əsaslanaraq ailələrin rifahının yüksəlməsi, qadınların ictimai-siyasi həyata daha çox cəlb olunması, uşaqların hüquqlarının təmin edilməsi üzrə ardıcıl işlər görürük.
Bu gün respublikada qadınları öz hüquqları barədə məlumatlandırmaq məqsədilə hüquqi biliklərin yayılmasına yönəlmiş maarifləndirmə kampaniyası davam etdirilir. Komitəmiz tərəfindən regionlarda qadınların və kişilərin bərabər hüquqları, qadınların qərar qəbuletmədə və seçkilərdə iştirakı, zorakılığa qarşı mübarizə mövzularında maarifləndirmə işləri aparılır.
Qərar qəbuletmədə qadınların sayını artırmaq prioritet vəzifələrdəndir. Lakin gender siyasətinin məqsədi yalnız statistik göstəricini artırmaq deyil, eyni zamanda, ictimai şüuru dəyişməkdir. Bu gün, ümumiyyətlə, ölkənin ictimai-siyasi həyatında qadınların rolunun artırılması zəruridir.
Mən üzümü qadınlarımıza tutub bu gözəl bayram münasibəti ilə onları bir daha təbrik edirəm. Arzum budur ki, təkcə bayram günləri deyil, ömürlərinin hər günü onlara belə sevinc, şadlıq gətirsin. Qadınlar həmişə sevib-sevilməyə, uğur qazanmağa layiqdirlər.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

