Azərbaycanda uğurlu gənclər siyasətinin yeni mərhələsi başlayıb
24.04.2012 [01:46]
- Fuad müəllim, Azərbaycanda bütün sahələrdə olduğu kimi gənclərlə iş sahəsində də dövlət siyasəti həyata keçirilir. Bu siyasətin əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...
- Bildiyiniz kimi Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Ulu öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət eyni zamanda, müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Bu siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Eyni zamanda, son bir neçə il ərzində bilavasitə gənclərlə bağlı xeyli sayda normativ sənədin qəbul olunması ölkəmizdə gənclərlə iş sahəsində, gənclərin sosial-iqtisadi inkişafına yönəldilmiş mükəmməl qanunvericilik bazasının formalaşdırılmasından xəbər verir. Cənab Prezident tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir.
- Dövlət başçısı Azərbaycanda Gənclər Fondunun yaradılması haqqında sərəncam imzalayıb. Eləcə də, müxtəlif bölgələrdə Gənclər Mərkəzi tikilib istifadəyə verilir. Bütün bunlar gənclərin cəmiyyətdə fəal bir təbəqə kimi inkişafına nə dərəcədə təsir göstərəcək?
- Bəli, bir müddət öncə dövlət başçısı Gənclər Fondunun yaradılması haqqında sərəncam imzaladı və fondun fəaliyyəti üçün vəsait ayrılıb.
Qeyd etdiyiniz kimi ölkəmizin bölgələrində Gənclər Mərkəzi yaradılır. Cənab Prezident bir sıra rayonlara səfəri zamanı artıq belə mərkəzlərinin açılışını edib. ümumiyyətlə, regionların inkişafı proqramı çərçivəsində də bu işlər gedir. Gənclərimiz bölgələrdə çox fəaldırlar. Onlar üçün idman mərkəzləri, mədəniyyət obyektləri tikilib istifadəyə verilir. Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə bütün rayonarda Gənclər evi və Gənclər mərkəzləri yaranacaq. Məqsəd gənclərimizin bir araya gəlməsi, müəyyən müzakirələr aparması üçün ünvan yaratmaqdır. Bu mərkəzlərdə həm kompüter mərkəzi, həm konfrans zalı, həm də digər imkanlar yaradılır ki, gənclərimiz bundan maksimum istifadə etsinlər. ümumiyyətlə, bütün bunlar artıq Azərbaycanda gənclər siyasətinin yeni mərhələsinin başlaması deməkdir.
- Fuad müəllim, may ayında Bakıda “Eurovision” mahnı müsabiqəsi keçiriləcək. Nüfuzlu beynəlxalq tədbir ərəfəsində bəzi qüvvələr ölkəmizin imicinə zərbə vurmağa çalışırlar. Gənclərimizin bu qüvvələrin fəaliyyətinə münasibəti necədir?
- Bu gün Azərbaycan güclənir, müstəqil siyasət yürüdür. Bir sıra daxili və xarici qüvvələr bundan qıcıqlanır. “Eurovision” mahnı müsabiqəsi ərəfəsində həmin qüvvələr fəallaşaraq ölkəmizə qarşı kampaniya aparırlar. Amma onların ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq cəhdləri tamamilə yanlışdır. Təəssüf ki, bu prosesdə Azərbaycanın inkişafını, güclü dövlət olmasını istəməyən xarici qüvvələrə daxilimizdə də dəstək verənlər var. Bir sıra dairələr bu nüfuzlu beynəlxalq tədbirin ölkəmizdə keçirilməsindən sui-istifadə etməyə çalışırlar. Həmin dairələrə daxilimizdən yalnız kiçik bir qrup dəstək verir.
Gənlərimizin mütləq əksəriyyəti isə bu tədbirin ölkəmizdə keçirilməsinə çox sevinir. Bu gənclərin “Eurovision” mahnı müsabiqəsinin “Fan klubu” fəaliyyət göstərir. Bu klubda sağlam gənclər yığışıb müxtəlif təşəbbüslər göstərirlər. Onların Azərbaycan sevgisi gözəl nəticələr verir. çox sevindiricidir ki, belə gənclərimiz çoxluq təşkil edir və ölkəmizin tərəqqisinə öz töhfəsini vermək istəyirlər.
“Eurovision” mahnı müsabiqəsinə ölkəmiz çox ciddi şəkildə hazırlaşır. Hesab edirəm ki, kiçik bir qrupun Azərbaycanın nüfuzuna zərbə vurmaq cəhdləri iflasa uğrayacaq. Gənclərimizin mütləq əksəriyyətinin müxalifətin çirkin niyyətlərinə dəstək verməməsi bu fikri təsdiqləyir. Bu gün gənclərimiz həmin qüvvələrin “Eurovision” ərəfəsində ölkəmizə qarşı apardığı kampaniyanı pisləyir. Hazırda Azərbaycan Gənclər Təşkilatları Milli Şurasında 72 gənclər təşkilatı birləşib. Milli Şurada birləşən gənclər hər zaman, o cümlədən “Eurovision” mahnı müsabiqəsi ərəfəsində Azərbaycan təbliği ilə fəal məşğul olur. Onlar bu prosesdə İKT-nin imkanlarından tutmuş bir çox vasitələrdən istifadə edərək ölkəmizi beynəlxalq aləmdə təbliğ edirlər. Bu təbliğat işində xalqımızın zəngin tarixi və mədəniyyəti, milli adət-ənənələri, eləcə də müasir dövrdə Azərbaycanın inkişafı ilə bağlı məlumatlar öz əksini tapır. Nüfuzlu mahnı yarışması ərəfəsində bu iş daha da gücləndirilib. Düşünürəm ki, Bakıda “Eurovision” mahnı müsabiqəsi çox yüksək səviyyədə keçiriləcək. Buraya gələn xaricilər də həqiqətləri öz gözləri ilə görəcək və heç vaxt qərəzli mövqeyin ardınca getməyəcəklər. Təbii ki, obeyktiv rəyin formalaşmasında cəmiyyətimizin aparıcı qüvvəsi olaraq gənclərimizin səyləri və təşəbbüsləri də əhəmiyyətli rol oynayacaq.
Xəbər lenti
Hamısına bax25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28

