Paşinyan hansı suala cavab tapa bilmir?
24.04.2024 [10:22]
Ermənistan hakimiyyəti Qərbin diktəsi ilə Rusiyadan uzaqlaşmaq siyasətini davam etdirir. Burada əsas amillərdən biri rəsmi İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işində iştirak etməməsidir. İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı münasibəti isə Moskva tərəfindən qəbulolunmaz hesab edilir. Çünki bu təşkilat məhz Rusiyanın himayəsi ilə yaradılıb. Xatırladaq ki, ötən ilin yayında Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin müavini kvotasından da imtina edib. Rəsmi İrəvan ötən il KTMT-nin ölkədə keçirilməsi nəzərdə tutulan hərbi təlimləri də təxirə saldı. Hansı ki, Rusiya Müdafiə Nazirliyi 2023-cü ilin əvvəlində KTMT-nin “Sarsılmaz qardaşlıq - 2023” sülhməramlı təlimlərinin Ermənistanda keçiriləcəyini bəyan etmişdi. Amma baş nazir Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bildirdi ki, İrəvan respublikada KTMT təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmir. Ardınca da əlavə etdi ki, tərəflər arasında anlaşılmazlıq yaranıb. N.Paşinyan hətta nümayişkəranə şəkildə ötən il noyabrın 23-də Minsk şəhərində keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinə də qatılmadı. Rəsmi İrəvanın iddiası ondan ibarətdir ki, KTMT Ermənistanın təhlükəsizliyinin təminatında rol oynamır. Ona görə də, təhlükəsizliklə bağlı yeni tərəfdaş axtarışındadırlar. Bir neçə ay öncə isə Paşinyan rəsmən Ermənistanın KTMT-də fəaliyyətini dondurduğunu bəyan edib.
Bugünlərdə Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniyanın bir sıra mətbuat orqanlarına verdiyi müsahibədə də KTMT mövzusuna toxunub. O, bir daha Ermənistan praktiki olaraq KTMT-də öz iştirakını dayandırdığını xatırladıb. Paşinyan deyib ki, belə davam edərsə, İrəvan dönüşü mümkün olmayan nöqtəyə çata bilər. Müsahibəsində Ermənistanın baş naziri ölkəsinin nə səbəbdən hələ də hərbi bloka üzv olduğunu bilmədiyini vurğulayıb: “Cəmiyyətimiz deyir ki, niyə biz hələ də KTMT üzvüyük. Açığı, mənim bu suala cavabım yoxdur”.
Məlumdur ki, Ermənistanın KTMT-dən “incikliyi” 2022-ci ilin sentyabr ayında Azərbaycanla şərti sərhəddə baş vermiş hərbi toqquşmadan sonra başlayıb. O zaman ordumuz erməni tərəfinin hərbi təxribatına layiqli cavab verərək geri oturtdu. Paşinyan hakimiyyəti hesab edirdi ki, şərti sərhəddə baş verənlərə KTMT müdaxilə etməli və Ermənistana dəstək verməliydi. Eyni zamanda, İrəvanın məntiqinə görə, təşkilat Azərbaycanı təcavüzdə ittiham etməli imiş. Lakin KTMT haqlı olaraq belə bir addım atmadığı üçün rəsmi İrəvan təşkilatın işində faktiki olaraq iştirak etmir.
Bütün bunların fonunda KTMT-nin baş katibi İmanqali Tasmaqambetov TASS agentliyinə bildirib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyəti davam edir. O deyib: “KTMT ilə təşkilatımızın üzvü olan Ermənistan arasında münasibətlər ən yaxşı dövrünü keçirmir. Bununla belə, Ermənistanın KTMT-də fəaliyyəti davam edir, gündəlikdəki bütün məsələlər işgüzar şəkildə həll olunur”. KTMT-nin baş katibi əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın təşkilatın 2024-cü ildə keçiriləcək sammitində iştirak etməklə bağlı qərarı onun ölkəsinin suveren seçimini əks etdirəcək. Tasmaqambetov qeyd edib: “Ermənistanın baş naziri Nikol Paşinyanın 2024-cü ildə keçiriləcək KTMT sammitində iştirakı məsələsi suveren və müstəqil ölkənin qərarıdır. Bundan əlavə, sammitə hələ xeyli vaxt qalır, ümidvaram ki, bu aylarda yaxşılığa doğru çox şey dəyişəcək”.
Ümumiyyətlə, Paşinyan Böyük Britaniya mediasına müsahibəsində KTMT-ni hədəf almaqla Qərbə meylli olduğuna və onlardan daha çox dəstək gözlədiyinə işarə edib. Çünki hələ də Rusiyadan asılı olan Ermənistan Moskvanı qəzəbləndirəcək başqa addımlar atmaq iqtidarında deyil. Baş nazir sözügedən müsahibəsində həmçinin regiondakı vəziyyət, Azərbaycanla münasibətlərin normallaşdırılmasından bəhs edib. Paşinyan hesab edir ki, bir neçə gün öncə sərhədlərin delimitasiyası ilə bağlı əldə edilən razılaşma sülh üçün yaxşı nümunədir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49

