Ac toyuq yuxusunda darı görər və ya İsa Qəmbərin utopik xəyalları...
25.07.2012 [22:45]
Həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilən Azərbaycanın əldə etdiyi uğurlar artıq beynəlxalq aləm tərəfindən də təqdir edilir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu analitik mərkəzləri və reytinq agentlikləri öz ənənəvi hesabatlarında ölkəmizin əldə etdiyi uğurları xüsusilə vurğulayırlar. Heç şübhəsiz, bütün bunlar dövlətimizin inkişafında və daha da qüdrətlənməsində maraqlı olan hər bir Azərbaycan vətəndaşını sevindirir. ölkəmizin əldə etdiyi hər bir uğur qəlbi Vətən, xalq eşqi ilə döyünən hər kəsdə sevincqarışıq qürur hissi yaradır. Lakin təəssüflər olsun ki, bəzən bunun əksinin də şahidi oluruq. Daha doğrusu, ölkəmizdə elə qüvvələr var ki, onlar Azərbaycan dövlətinin, xalqımızın sevincli günündə kədərlənir, hər hansı xoşagəlməz hadisə baş verərkən, xalqımız bu hadisədən kədərlənərkən isə sevinir, az qala toy-bayram edirlər.
Radikalların növbəti xəyanəti
Nə qədər acınacaqlı olsa da, son aylar ərzində bu cür qüvvələr-xalqımızın sevincindən kədərlənən, kədərindən isə sevinənlər bir daha öz bəd niyyətlərini, kimliklərini açıq şəkildə ortaya qoydular. Məlum olduğu kimi, keçən il təmsilçilərimiz Almaniyada keçirilən “Eurovision-2011” mahnı müsabiqəsində qalib gəldikdə ölkəmizin inkişafında maraqlı olan hər bir azərbaycanlı çox sevindi. Ancaq təəssüflə qeyd etmək yerinə düşər ki, həmin qələbəmiz bəzi qüvvələrin, xüsusilə radikal müxalifətin yuxusunu ərşə çəkdi. Bu qələbəyə görə qəmə-qüssəyə batan həmin qüvvələr “Eurovision-2012” mahnı müsabiqəsinin Bakıda keçirilməməsi üçün dəridən-qabıqdan çıxdılar. Radikalların “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində və müsabiqə günlərində sərgilədikləri antimilli fəaliyyət haqqında bir qədər sonra. Hələlik isə qeyd edək ki, əslində, onların bu addımı heç də təəccüblü deyil. çünki adını müxalifət qoyan, amma hər addımda antimilli mövqe sərgiləyən, ölkəmizin uğurlarına sevinməyən, əksinə Azərbaycan xalqının və dövlətinin müsbət imicinə qarşı olan hər bir fəaliyyətdə ön sırada yer alan radikal düşərgə təmsilçiləri bütün açıqlamalarında öz cılızlıqlarını aşkar şəkildə nümayiş etdirirlər.
Elə bir neçə gün öncə Heydər Əliyev Mərkəzində baş verən məlum yanğın hadisəsindən sonra radikal düşərgədən gələn səslər də bir daha onların kimliklərini cəmiyyətə nümayiş etdirdi. Daha dəqiq desək, bütün məqamlarda antimilli mövqe sərgiləyən, xaricdəki bəzi anti-azərbaycançı dairələrin icraçıları rolunda çıxış edən radikallar bir daha göstərdilər ki, onlar bu xalqdan deyillər. çünki onlar hər zaman olduğu kimi, bu dəfə də baş verən bədbəxt hadisəyə sevinməyə başladılar.
Hətta özünü “siyasətbaz” sayan İsa Qəmbər Mərkəzlə, onun adının dəyişdiriləcəyi ilə bağlı utopik xəyallarını dilə gətirməklə nə qədər cılız bir insan olduğunu növbəti dəfə nümayiş etdirdi. Lakin İsa Qəmbər kimilərinin xalqın ümummilli liderinin adını daşıyan xalq mülkiyyətinə ad vermək kimi xam xəyallara düşməyə mənəvi haqqı çatmır. Azərbaycan xalqı öz ulularını, müqəddəslərini qorumağı hər zaman özünə borc bilib. Ona görə də bir vaxtlar Primakovun, sonra isə dünya erməniliyinin adamı hesab edilən bir zavallı bu xalqın ümummilli liderinin adına ucaldılan bir məbəd haqqında bu şəkildə danışmasına görə məhz xalq tərəfindən müvafiq şəkildə cəzalandırılacaq.
Onu da qeyd edək ki, ölkəmizdə baş verən, hətta təbii fəlakətlərə belə sevinən, bundan öz çirkin siyasi oyunlarında istifadə etməyə çalışan, siyasi şoular düzəltmək istəyən radikal düşərgə az qala havanın isti və ya soyuq keçməsində, yağışın yağmasında, günəşin çıxmamasında da hakimiyyəti günahlandırır. Bu qədər absurdun içində özünə yer etmiş radikal düşərgə o vəziyyətə qalıb ki, xaricdən hər hansı ermənipərəst dairənin təhriki ilə ölkəmizə qarşı yalan təbliğat aparan qüvvələrlə işbirliyinə də hazır olduğunu göstərir. Elə Aram Manukyan-İsa Qəmbər ittifaqı buna əsl nümunədir. Məlumat üçün deyək ki, 2010-cu ilin oktyabr ayında Azərbaycan xalqı radikalların növbəti xəyanətinə şahidlik etdi. Müsavat Partiyasının sədri İsa Qəmbər Almaniyanın Potsdam şəhərində Ermənistan ümummilli Hərəkatının İdarə Heyətinin sədri Aram Manukyan və Gürcüstan Respublikaçılar Partiyasının sədri David Usupaşvili ilə birgə qarşılıqlı əməkdaşlıq haqqında Bəyannamə imzaladı. Bəyannamədə onların bir çox məsələlərdə əməkdaşlıq edəcəyi nəzərdə tutulub. İsa Qəmbərin siyasi avtobioqrafiyası isə bu əməkdaşlığın kimə qarşı ünvanlandığını müəyyənləşdirməyə yardım edir. Yəni, hədəf yenə də Azərbaycan dövlətçiliyi və xalqıdır.
Qeyd olunduğu kimi, özünü “siyasətçi” adlandıran belələri bəzi məqamlarda bir az da uzağa gedərək, hətta Azərbaycanla hansısa ölkənin münasibətlərində yaranan gərginliyə belə sevinirlər. Bu məsələləri milli maraqlar çərçivəsində deyil, şəxsi korporativ maraqları çərçivəsində təşviq edən, xalqın, dövlətin mənafeyini deyil, öz cibini düşünən bu zavallılar, anlamırlar ki, bu gün yerləşdiyi regionun lider dövləti olan, iqtisadi-siyasi nüfuzuna görə yüksək çəkiyə malik Azərbaycan dövləti həm də Cənubi Qafqaz bölgəsində tərəfdaşlığın və sülhün inkişafının təminatçısıdır. Hər şeyi yalnız üzdən fikirləşən, siyasi təcrübəsi “iki vurulsun iki”ni aşmayanlar başa düşmürlər ki, qlobal gərginliklər istər Azərbaycan xalqının, istərsə də dövlətimizin mənafeyinə ziddir. çünki bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqlarında aşkar diplomatik üstünlük qazanan Azərbaycan bu uğura əməkdaşlığın inkişafına verdyi töhfələrlə nail olub. Eyni zamanda, onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycan dövləti hər zaman milli maraqlar çərçivəsində əməkdaşlığa açıq olduğunu nümayiş etdirib. Amma hər məqamda özünü bazara çıxarıb xəyanətkar əməllərlə milli maraqları tapdayanlar, dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycana qarşı kampaniya aparan bu cür elementlər, ünsürlər hər şeyi bəsit düşünməklə bir daha hansı “siyasi dünyagörüşünə” malik olduqlarını sərgiləyirlər. Bu isə bir daha göstərir ki, bu cür antimilli qüvvələrin bir nömrəli hədəfi Azərbaycan dövləti, Azərbaycan xalqı və onun milli maraqlarıdır.
Bəsirət gözü bağlı olan xəyalpərəst radikallar
Bəsirət gözü bağlı olan xəyalpərəst radikal düşərgə hər bir açıqlamasında, hər bir addımında təfəkkür etibarı ilə geridə qaldığını, siyasi prosesləri düzgün qiymətləndirmək qabiliyyətindən kənarda olduğunu sübut edir. Məsələn, radikal müxalifət hər zaman ölkəmizə qarşı “qara piar” kampaniyasını davam etdirmək üçün siyasi palitrada müxtəlif siyasi manipulyasiyalara və ucuz texnologiyalara istinad edir. Azərbaycanın müsbət beynəlxalq imicinə zərbə vurmaq üçün aparılan “qara piar” kampaniyasında ölkəmizdə keçirilən mötəbər tədbirlərin siyasiləşdirilməsi, ölkə daxilində cərəyan edən proseslərə neqativ don geyindirilməsi kimi metodlar xüsusilə diqqəti cəlb edir. Yuxarıda da qeyd etdiyimiz kimi, buna misal kimi “Eurovision-2012” mahnı müsabiqəsi ətrafında həmin dağıdıcı qüvvələrin ölkəmizə qarşı “qara piar” kampaniyası təşkil etməsini göstərmək olar. Məlum olduğu kimi, həmin ərəfədə radikal müxalifət “etiraz aksiyaları” keçirir və müxtəlif xarakterli çağırışlar səsləndirir, aclıq elan edirdi. Hətta iş o yerə çatmışdı ki, radikal müxalifət qüvvələri xaricdən yarışmanı izləməyə gələnlərə müraciət edir, öz yalan təbliğatlarında onların da yer almasını istəyirdilər. Bundan başqa, ölkə daxilində icazəli “etiraz aksiyaları” təşkil etmək istəyən düşərgənin səsinə səs verən tapılmırdı. Radikal müxalifət vətəndaşlardan “etiraz aksiyaları”nda iştirak etməyi və onlara təkliflər vermələrini xahiş edirdi. Əlbəttə, bu fakt adi görünsə də, özlüyündə radikal müxalifətin siyasi dilənçiliyinə və antimilli fəaliyyətinə dəlalət edirdi.
Beləliklə, icazəli aksiya zamanı xalqın onları dəstəkləmədiyini görən dağıdıcı qüvvələr bu zaman da icazəsiz aksiyalarla diqqəti cəlb etməyə çalışdılar. Yəni, radikal müxalifət “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində gah “siyasi məhbus” oyunlarını ortaya ataraq, gah da ölkəmizdə aparılan tikinti-quruculuq işlərini “Eurovision” ilə əlaqələndirməyə cəhd göstərərək müxtəlif təşkilatlara müraciət edir, Azərbaycanın müsbət beynəlxalq imicinin əleyhinə kampaniya aparılmasına nail olmaq istəyirdi. Son məqsəd isə qeyd etdiyimiz kimi, müxtəlif məsələlər ətrafında Azərbaycana qarşı təzyiq etmək və ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmaq idi.
Radikal müxalifət Dağlıq Qarabağdakı separatçı rejimin seçki oyununa niyə münasibət bildirmədi?
Radikal müxalifətin antimilli fəaliyyətini göstərən başlıca amillərdən biri də həmin qüvvələrin milli məsələlərdə susqun qalması və ya xalqın ali mənafeyinə zidd mövqe sərgiləməsidir. Məsələn, bir neçə gün öncə həm ölkə daxilindən, həm də xaricdən Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qondarma “prezident seçkiləri”nin keçirilməsinə etirazlar səsləndirildi. İşğalçı Ermənistanın əməllərinin beynəlxalq aləm və ölkə ictimaiyyəti tərəfindən birmənalı olaraq pisləndiyi halda radikal müxalifətin cəm olduğu İctimai Palata isə sadəcə susdu. İşğal altındakı torpaqlarımızda qondarma “prezident seçkiləri”nin keçirilməsini pisləmək, bununla bağlı hər hansı etiraz bəyanatı səsləndirmək nədənsə İP-in yadına düşmədi.
İsa Qəmbər Erməni ümummilli Hərəkatı ilə dostluq edir
Ermənilərin işğalçılıq siyasətini pisləməkdənsə onlarla əməkdaşlıq etməyə üstünlük verən radikal qüvvələrin bu əməlləri isə xalq tərəfindən etirazla qarşılanır. Məsələn, Müsavat Partiyasının sədri İsa Qəmbərin Erməni ümummilli Hərəkatı ilə əməkdaşlıq təşəbbüsləri, 2010-cu ilin oktyabr ayında Almaniyanın Potsdam şəhərində başlayan və “Potsdam prosesi” adlanan bu əməkdaşlıq oyunlarında iştirak etməsi haqlı olaraq Azərbaycanın milli maraqlarına xəyanət kimi dəyərləndirilir. Bu da səbəbsiz deyil. çünki, Erməni ümummilli Hərəkatı Azərbaycan torpaqlarının işğalını dəstəkləyən qüvvədir və bunu həmin qurumun sənədlərində, bəyanatlarında da açıq-aşkar görmək olar. Belə olan təqdirdə, torpaqlarımızın işğalını dəstəkləyən Erməni ümummilli Hərəkatı ilə Potsdam bəyannaməsi imzalamaq, daha sonra görüşlər keçirib əməkdaşlıq etmək hansısa bir formada düşmən tərəfə əl uzatmaqdır.
Bir sözlə, görünən odur ki, sözügedən qüvvələr erməni lobbisini belə başlıca tərəfdaş kimi qəbul edirlər. Bununla da, bir daha isbat olundu ki, onlar özlərinin korporativ maraqları naminə antimilli mövqedən çıxış edərək azərbaycanlılara qarşı dəfələrlə soyqırımı aktı həyata keçirmiş, torpaqlarımızın 20 faizini işğal etmiş erməniləri belə dost kimi qəbul etməkdən çəkinmirlər.
Düşmən kimi sevinənlər
Yeri gəlmişkən, yuxarıda da qeyd etdiyimiz kimi, bu günlərdə Heydər Əliyev Mərkəzində baş verən yanğından sonra radikallar nəyə qadir olduqlarını bir daha ortaya qoydular. Belə ki, Heydər Əliyev Mərkəzində baş verən yanğına görə sevinən, az qala toy-bayram edən bu tipli qüvvələr, radikal düşərgə rəhbərlərinin ideoloji-siyasi təsiri altında olan ünsürlər öz niyyətlərini sosial şəbəkələrdə yazdıqları fikirlərlə bir daha nümayiş etdirdilər. Daha doğrusu, Heydər Əliyev Mərkəzində baş verən yanğına sevinən bir qrup antimilli təfəkkürə, qara enerjiyə malik ünsürlər bəzi sosial şəbəkələrdə, internet saytlarında olayla bağlı verilən xəbərlərin altında yazılan şərhlərdə öz çirkin niyyətlərini açıq şəkildə ortaya qoydular.
Məlum olduğu kimi, Heydər Əliyev Mərkəzi dünyada analoqu olmayan bir mərkəzdir. Dünya reytinqinə düşən ən gözəl binalardan olan Mərkəz həm də Azərbaycanın mədəniyyət incisidir. Heydər Əliyev Mərkəzi eyni zamanda Azərbaycan xalqının mülkiyyətdir. Radikal müxalifət tərəfindən sözügedən Mərkəzdə baş verən yanğına göstərilən münasibət isə, əslində, onların Azərbaycan xalqına olan münasibətidir.
öz növbəsində ictimaiyyət nümayəndələri Mərkəzdə baş verən yanğına göstərilən bu tip münasibəti mənəviyyatsızlıq, səviyyəsizlik kimi dəyərləndirirlər. Qeyd olunur ki, bu cür hadisəyə ancaq düşmən sevinə bilər. Yəni, hadisə baş verəndən dərhal sonra radikal müxalifətin nəzarətində olan “facebook” qruplarında insanlığa yaraşmayan rəylərin yazılması birmənalı olaraq yaramazlıqdır. ümumi fikir isə ondan ibarətdir ki, bu yanğına görə sevinclərinin həddi-hüdudunun olmadığını, hökumətin, şəxsən dövlət başçısının gördüyü bütün işlərə görə qıcıqlandıqlarını sosial şəbəkələrdə yazanların, milləti kədərləndirən bir hadisəyə görə sevinənlərin əsl azərbaycanlı olduqları, onların öz vətənlərini sevdikləri heç də inandırıcı deyil. çünki gerçək azərbaycanlı, əsl Azərbaycan vətəndaşı olan bir kəs ölkəmizdə, paytaxtımızda baş verən hər hansı xoşagəlməz hadisəyə görə düşmən kimi sevinə bilməz!
Bütün bunlardan sonra isə aydın bir mənzərə yaranır. Yəni, görünən odur ki, ölkəmizdəki bəzi qüvvələr, daha dəqiq desək, kiçik bir kəsim var və həmin kəsim millətin sevincli, qələbəli günlərində qəmə-qüssəyə batdığı kimi, xalqımızın kədərli, həmçinin, mənfi, xoşagəlməz olaylarla üzləşdiyi günlərdə də bir o qədər sevinirlər. Yeri gəlmişkən, Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında dövlət başçısı da həmin qüvvələr haqqında danışıb. Uzun illər antiAzərbaycan mövqeyində dayanan və Azərbaycana qarşı kampaniya aparan bu cür qüvvələri elementlər, ünsürlər adlandıran dövlət başçısının sözlərinə görə, “Onlar üçün, yəni, xüsusilə daxildəki bu elementlər üçün siyasi həyatda bir prinsip var ki, Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün bir o qədər yaxşıdır. Yəni, Azərbaycanı ləkələmək, Azərbaycan haqqında yanlış məlumat yaymaq, erməni lobbisi ilə birləşmək - bütün bunlar bizim gözümüzün qabağında baş vermiş hadisələr idi. Əlbəttə, Azərbaycan xalqı bir daha açıq-aydın gördü ki, kim kimdir. Demək olar ki, bütün Azərbaycan xalqı bu bir ay ərzində sevinc içində idi. Bu qədər qonaq gəlir, hər kəs istəyirdi ki, öz ölkəsini təqdim etsin, tanıtdırsın, gözəl yerləri göstərsin. Antimilli qüvvələr isə xarici qonaqlara deyirdilər ki, siz baxmayın ki, bura belə gözəldir, gəlin, biz sizi kənara aparaq, siz görərsiniz ki, bura necə pisdir. Yəni, adamın ağlına gəlmir ki, bu dərəcədə antimilli duyğularla yaşayan insanlar burada, ümumiyyətlə, özləri üçün necə yer tapa bilirlər?! Yəni, onlar üçün hər gün dərddir, hər gün faciədir. Bir yenilik görəndə üzülürlər, bir inkişaf görəndə yasa batırlar. Bunlar doğrudan da, çox ağır bir psixoloji durumda olan insanlardır, özü də uzun illər ərzində”.
Yeri gəlmişkən, məlum yanğın olayından dərhal sonra hadisə ilə bağlı xəbərlərin altındakı şərhlərin birinin müəllifi açıq şəkildə yazıb ki, dövlət başçısının gördüyü işlər onu qıcıqlandırır. Beləliklə, yuxarıda bəhs etdiyimiz qüvvələrin, radikal düşərgə rəhbərlərinin ideoloji-siyasi təsiri altında olan ünsürlərin hansı amala xidmət etdikləri, nədən narahat olduqları gün kimi aydındır. Dövlət başçısının gördüyü işlərin onu qıcıqlandırdığını yazan kəs və onu öz ideoloji-siyasi təsiri altında saxlayanlar bununla sübut etdilər ki, əldə etdiyimiz inkişaf onlar üçün hər gün dərddir, hər gün faciədir. Bir yenilik görəndə üzülən, bir inkişaf görəndə yasa batan belələri uzun illər doğrudan da, uzun illər ərzində çox ağır bir psixoloji durumda olan insanlardır.
O insanlar ki, bu gün Azərbaycanın siyasi arenasında antimilli qüvvələr kimi tanınırlar və onların heç bir fikri Azərbaycan ictimaiyyəti tərəfindən ciddi qarşılanmır. Eyni zamanda, siyasi prosesləri təhlil etmək, bu proseslərdən düzgün nəticə çıxarmaq qabiliyyətinə malik olmayan İsa Qəmbərin Yaxın Şərqdə baş verən hadisələri Azərbaycana transfer etmək xəyalları da mənasızdır. çünki Yaxın Şərq dövlətlərinin bu gün yaşadığı dağıdıcı hadisələri Azərbaycan xalqı 1992-1993-cü illərdə yaşayıb. O zaman silah yolu ilə və qarşıdurma yaradıb, dövləti vətəndaş müharibəsi meydanına çevirən AXC-Müsavat qüvvələri hakimiyyəti ələ keçirərək, əsl diktatora çevrildilər. Bir il sonra xalqın demokratik mübarizəsi qarşısında təbii olaraq aciz qaldılar.
Azərbaycan xalqı öz taleyini bu dağıdıcı, təxribatçı ünsürlərə həvalə etməyəcəyini 1993-cü ilin iyun ayında göstərdi. Xalq AXC-Müsavat cütlüyünün formalaşdırdığı və İsa Qəmbər kimilərinin rəhbərlik etdiyi diktatura rejimini demokratik mübarizə forma və üsulları ilə devirdi. Ona görə də, diktaturalar və qiyamlar Azərbaycan xalqının keçmişidir. O acı keçmiş isə İsa Qəmbərlə barəbər Əli Kərimlini də tarixin qara səhifələrinə çevirib.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

