Sülhə doğru...
16.05.2024 [10:20]
Birbaşa dialoq sazişin imzalanma prosesini irəli aparır
Nardar BAYRAMLI
Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması bütövlükdə regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan regionda sülhün təmin olunması naminə irəli sürülən təşəbbüsləri hər zaman nəzərdən keçirir. Azərbaycan hər zaman sülhə sadiqlik göstərib, məsələlərin müzakirə ilə həllinə tərəfdar kimi çıxış edib. Təsadüfi deyil ki, Azərbaycanla Ermənistan arasındakı sülh prosesi də məhz ölkəmizin təşəbbüsü ilə başlayıb.
Sülh danışıqları intensivləşib
2020-ci il Vətən müharibəsi və 2023-cü il lokal antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin edib. Qarşıdakı mərhələ isə regionda təhlükəsizlik arxitektirasının formalaşması istiqamətində inkişaf etməkdədir. Bu, özlüyündə daha geniş anlam daşıyır. Ermənistanın sülhlə bağlı real münasibət nümayiş etdirəcəyi, təhdid olmaqdan vaz keçəcəyi təqdirdə özünün də yeni inkişaf mərhələsinə qədəm qoya bilər. Bunu anlayan və görən dünya birliyi məsələnin mahiyyətini də obyektiv şəkildə dəyərləndirir. Azərbaycanın sülh üçün yaratdığı pozitiv imkanlar mühüm məqamlardan xəbər verir. Təbii ki, məsələnin real həllində maraqlı olan tərəflər həm də bu sülhün əbədiliyi və möhkəmliyi üçün səy göstərməlidir. Bu gün Azərbaycan bölgənin yeni inkişaf mərhələsi naminə məhz dayanıqlı və əbədi sülhü təbliğ edir.
Qeyd edək ki, son zamanlar Azərbaycanla Ermənistan arasında sülh danışıqları intensivləşib. Bunu xarici işlər naziri Ceyhun Bayramov da tədiqləyib. O, ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqla keçirdiyi birgə mətbuat konfransında deyib ki, bu ilin fevral ayından etibarən sülh müqaviləsi üzrə intensiv danışıqlar bərpa edilib: “Buna qədər əvvəlki müddətdə sənədlərin və şərtlərin mübadiləsi baş verirdi, sadəcə, fiziki görüşlər dayandırılmışdı. Amma Münhen, Berlin və Almatı görüşləri ilə proses davam etdirildi. Son görüş nəticəsində xeyli müzakirə aparıldı. Mən bununla bağlı detallara varmaq istəməsəm də, bu danışıqları müsbət qiymətləndirirəm”. XİN rəhbəri onu da qeyd edib ki, gözləntilər uyğun və realist olmalıdır: “Bu, olduqca mürəkkəb və lazımlı prosesdir. Sülh sazişi Azərbaycan tərəfi üçün ədalətli və beynəlxalq hüquqa əsaslanan, gələcəkdə hansısa şübhəli məqamları masa üzərinə gətirilməsini istisna edən saziş olmalıdır. Eləcə də, sözsüz, qarşı tərəfin də gözləntilərini nəzərə alır, qarşılıqlı həll yolları üçün çalışırıq. Almatı danışıqları növbəti bir addım olub. Bu böyük addımdır, ya kiçik, bunu yalnız prosesin sonunda biləcəyik. Amma deyim ki, bu, prosesin önəmli bir hissəsidir. Bunu biz mətbuata açıqlama zamanı da bildirmişdik ki, tərəflər danışıqların davam etdirilməsi barədə razılıq əldə ediblər. Düşünürəm ki, yaxın gələcəkdə bunun şahidi olacağıq”.
Birbaşa dialoq prosesi irəli aparır
Diqqətçəkən məqam ondan ibarətdir ki, C.Bayramov Azərbaycanla Ermənistan arasında normallaşma prosesində son zamanlar baş verən müsbət inkişafı “tarixi nəticə” adlandırıb. Belə bir nəticə isə iki dövlət arasında birbaşa danışıqlar yolu ilə əldə edilib. Nazirin fikrincə, prosesin digər effekti ondan ibarətdir ki, bu istiqamətdə ciddi nailiyyətlərin əldə olunması üçün siqnaldır.
Göründüyü kimi, Azərbaycan-Ermənistan normallaşma prosesi istiqamətində iki ölkə arasında birbaşa danışıqlardan istifadə edilməsi ən müsbət nəticə verən formatdır. Bunun təsdiqi kimi son altı ayda bir sıra etimad quruculuğu tədbirlərinə nail olunmasını misal kimi göstərmək mümkündür. Məsələn, ötən ilin dekabrında COP29-la bağlı razılaşmanı, əsir və girovların qaytarılmasını beynəlxalq ictimaiyyət alqışladı. Ən yeni irəliləyişlər sırasında isə apreldə iki ölkə arasında Azərbaycan-Ermənistan sərhədinin bir hissəsində delimitasiya prosesinə start verilməsi və burada siyasi-diplomatik yolla Azərbaycanın uzun illər ərzində işğal altında olan 4 kəndinin azad olunmasını xatırlatmaq olar.
Ermənistan da sülhün alternativinin olmadığını etiraf edir, amma...
Yeri gəlmişkən, qarşı tərəfdən də sülh sazişinin imzalanmasının vacibliyinə dair fikirlər çoxalır. Bugünlərdə Ermənistanın baş naziri Nikol Paşinyan Kopenhagen Demokratiya Sammitində çıxışı zamanı Azərbaycanla əldə olunan razılaşmaların sülh müqaviləsinə daxil edilməsinin və imzalanmasının vaxtı çatdığını deyib. Onun sözlərinə görə, bütün çağırışlara baxmayaraq, “Ermənistan demokratiyanın əsl və ən arzuolunan yoldaşının” davamlı və sabit sülh olduğuna inanır: “Hökumətim buna görə məsuliyyəti öz üzərinə götürüb. Biz bu yaxınlarda Azərbaycanla 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında dövlətlərarası sərhədlərimizin demarkasiyası prosesinə başlamaq barədə razılığa gəldik”. Paşinyan əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətində irəliləməyə hazır olduqlarını vurğulayıb.
Bir neçə gün öncə Ermənistan parlamentinin spikeri Alen Simonyan da tərəflər arasında sülh müqaviləsinin tezliklə imzalanmalı olduğunu deyib. Yeri gəlmişkən, parlament sədrlərinin VI Ümumdünya Konfransı çərçivəsində Cenevrə şəhərində Milli Məclisin sədri Sahibə Qafarova ilə Ermənistan parlamentinin sədri Alen Simonyanın görüşü nəzərdə tutulur. Bütün bunlar, Cənubi Qafqazda tezliklə sülhə nail olmaq imkanlarını artırır. Lakin Ermənistandakı revanşist qüvvələr bu sülhə mane olmağa çalışır. Müxalifət partiyaları ilə kilsənin birləşərək əldə edilən razılaşmaları pozmaq cəhdi qəbuledilməzdir. Burada müəyyən xarici qüvvələrin sülhü pozmaq planları da mövcuddur. Qarşı tərəf nəzərə almalıdır ki, sülh prosesi pozularsa, itirən Ermənistan olacaq. Ona görə də, kənar təsirlər olmadan, birbaşa dialoq vasitəsilə prosesi irəli aparmaq zəruridir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

