Gürcüstan hadisələrində “Fransa izi”
21.05.2024 [10:35]
Paris Ermənistanla Gürcüstanı Yeni Kaledoniyaya çevirmək istəyir?
Fransanın indiki mövqeyi Cənubi Qafqazda sülhə və təhlükəsizliyə böyük təhdiddir. Rəsmi Paris beynəlxalq hüquqa hörmətsizlik edir, bəşəri dəyərləri ayaqlar altına atır. Məlumdur ki, hazırda bu ölkə müstəmləkə siyasəti səbəbindən ciddi problemlərlə üzləşib. Ona görə də, rəsmi Paris xarici və daxili siyasətində ciddi böhran yaşamaqdadır. Təsadüfi deyil ki, hazırda bu dövlət keçmiş müstəmləkələrindən qovulur. Həmin bölgələrdə Parisə qarşı etiraz aksiyaları səngimir, Yelisey sarayına qarşı çıxışlar, narazılıqlar günü-gündən daha da artır. Niger, Qabon və s. bölgələrdən qovulan Fransaya qarşı etirazların artdığı keçmiş müstəmləkələrdən biri də Yeni Kaledoniyadır. Bu bölgədə Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyaları artıq davamlı xarakter alıb və hər gün daha da güclənir. Fransa uzun illər həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi yerli xalqlara qarşı insanlıq əleyhinə cinayətlər törətməkdə davam edir və tarixdə milyonlarla günahsız insanın vəhşicəsinə qətlə yetirilməsinə siyasətinə “sadiqliyini” göstərir.
Zurabişvili Makronu niyə ölkəsinə dəvət edir?
Bu gün öz müstəmləkəçi siyasətinin acı nəticələrini yaşayan Fransa dünyanın müxtəlif ölkələrində qarışıqlıq yaratmaq cəhdlərindən də əl çəkmək istəmir. Bunu Cənubi Qafqaz regionunun timsalında da görmək olar. Belə ki, Paris Ermənistanın vasitəsilə regionda yerləşməyə çalışır. Ermənistanın silahlandırılması isə Makron hökumətinin bölgədə müharibəni yenidən alovlandırmaq məqsədi güddüyünü təsdiqləyir. Avropa İttifaqının Müşahidə Missiyası adı altında özünün xüsusi xidmət orqanlarının təmsilçilərini Ermənistanda yerləşdirən rəsmi Paris bununla da məkrli planlarını həyata keçirməyə çalışır.
Bütün bunların fonunda son hadisələr Gürcüstanda baş verən daxili gərginliyin qızışdırılmasında da Fransanın əlinin olması üzə çıxıb. “Xarici təsirlərin şəffaflığı haqqında” qanuna veto qoyan Gürcüstan Prezidenti Salomi Zurabişvilinin daxili qeyri-sabitlik şəraitində Fransa Prezidenti Emmanuel Makronu ölkəsinə səfərə dəvət etməsi buna bir işarədir. Belə ki, Zurabişvili Fransanın “La Tribune Dimanche” nəşrinə açıqlamasında bildirib ki, “Mən Prezident Makrona yazdım ki, onu 26 mayda Gürcüstanın Müstəqillik günündə gözləyirəm... Risk altında olan təkcə Gürcüstan deyil, bu, Qafqazın tamamilə Sovet boyunduruğu mentalitetindən və Rusiyanın təsirindən çıxarılması məsələsidir”.
Mariya Zaxarova: Əgər Paris kimlərisə azad edə bilərsə, bu, Fransa boyunduruğundan qurtulan kanaklar olacaq
Görünən odur ki, Fransa təkcə Ermənistanı deyil, Gürcüstanı da özünün təsir dairəsinə daxil etmək istəyir. Hər halda, Zurabişvili öz mesajı ilə sətiraltı da olsa buna işarə edib. Məsələyə Rusiya tərəfinin cavabı isə özünü çox gözlətməyib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova əvvəlcə Moskvanın Fransa hökumətini Yeni Kaledoniya xalqına qarşı zorakılıqdan çəkinməyə və onun hüquq və azadlıqlarını təmin etməyə çağırdığını bildirib. O, həmçinin diqqəti mayın 13-də keçirilən etiraz aksiyası zamanı polisin iştirakçılara zorakılıq tətbiq etməsinə yönəldib. Zaxarova vurğulayıb ki, ölkəsi dinc əhaliyə analoji yanaşmanı qətiyyətlə pisləyir.
Rusiya XİN-in nümayəndəsi Gürcüstan Prezidenti Salome Zurabişvilinin Fransa prezidenti Emmanuel Makronu “Qafqazı nəhayət ki, sovet boyunduruğundan və Rusiyanın təsirindən azad etmək məqsədi ilə” mayın 26-da Gürcüstanın Müstəqillik Gününə dəvət etməsinə diqqət çəkərək deyib: “Paris əsəbi halda yeni Yeni Kaledoniya üçün yer axtarır, Gürcüstan və Ermənistan arasında seçim edir. Əgər Paris kimlərisə azad edə bilərsə, bu, Fransa boyunduruğundan qurtulan kanaklar olacaq”.
Beləliklə, Fransanın Cənubi Qafqazla bağlı çirkin planları üzə çıxmaqdadır. Amma bütün bunlar rəsmi Parisin özü üçün ciddi problemlər yaradacaq. Yeni Kaledoniyada baş verən hadisələr buna nümunədir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10

