Bakının Binə qəsəbəsində yeni məktəb istifadəyə verilib
15.09.2012 [16:42]
Dünən Bakının Xəzər rayonunun Binə qəsəbəsində Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunmuş 326 nömrəli tam orta məktəbin açılışı olub.
Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Xəzər rayonundan deputatı Mehriban Əliyeva iştirak edib.
Azərbaycanın birinci xanımına gül dəstəsi təqdim olunub.
Mehriban xanım Əliyeva 2010-cu ildə təməlini qoyduğu məktəbin rəmzi açılışını bildirən lenti kəsib.
Heydər Əliyev Fondunun prezidentinə məlumat verilib ki, tam orta məktəb binası 880 şagird yerlikdir. Müasir tipli üçmərtəbəli məktəb kompleksi 1,26 hektar ərazini əhatə edir. Məktəbdə müasir təhsil standartlarına uyğun 44 sinif otağı, bundan əlavə fənn kabinetləri və laboratoriyalar, kompyuter otağı, kitabxana, idman zalı, yeməkxana, akt zalı var.
Məktəbin foyesində Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın təhsilə göstərdikləri qayğının əks olunduğu fotostendlər yaradılıb. Məktəbdə Azərbaycanda ilk dəfə olaraq elektron məlumat lövhəsi quraşdırılıb.
Digər özəlliklərdən biri də ibtidai və yuxarı sinif şagirdlərinin məktəbdə fərqli korpuslarda təhsil almalarıdır. Bu addım balacaların təhlükəsizliyi məqsədilə atılıb. Həmçinin, bu il birinci sinfə gedəcək körpələrə Fond tərəfindən çanta hədiyyə olunub.
Məktəbin həyətində ibtidai sinif şagirdləri üçün istirahət guşələri yaradılıb. Burada, həmçinin, futbol, voleybol, basketbol meydançaları tikilib.
Sinif otaqları ilə tanış olan Mehriban xanım Əliyevaya bildirilib ki, məktəbin elektrik və istiliklə dayanıqlı təchizatı təmin edilib. Həmçinin şagirdlərin düzgün və vaxtında qidalanmaları üçün 60 yerlik yeməkxana da fəaliyyət göstərəcək.
Azərbaycanın birinci xanımı ikinci mərtəbədəki fənn kabinetləri, 200 yerlik akt zalı, xoreoqrafiya və dramaturgiya kabinetləri, rəsm və rəsmxət otağı, kitabxana, kompyuter otaqlarına da baxıb. Mehriban xanım Əliyeva buradan həyətdə inşa olunmuş stadionu da nəzərdən keçirib.
Üçüncü mərtəbədəki ibtidai hərbi hazırlıq, məktəbdənkənar tərbiyə otağı, laboratoriyalar və əmək kabinetləri şagirdlərin hərtərəfli biliklərə və vərdişlərə yiyələnmələri üçün yaradılıb.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş yeni məktəb qəsəbədə mövcud təhsil müəssisələrindəki şagird sıxlığını aradan qaldırmaq, onların keyfiyyətli təhsil almasına daha yaxşı şərait yaratmaqla yanaşı, xeyli sayda müəllim və xidməti işçinin məşğulluğunu təmin edib.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

