Seçki həftəsinin texniki qüsurları
11.06.2024 [10:50]
“Qoca qitə”də islamofobiya genişlənəcək
Ötən həftə Avropa Parlamentinə səsvermə prosesi bir sıra reallıqları yenidən göz önünə çıxardı - “qoca qitə”nin hər yerdə “axtardığı” ideal seçki prosesinin ən kiçik zərrəsi belə son səsvermədə tapılmadı. Ayrı-ayrı ölkələrin “təcrübəsinə” baxıldıqda ideoloji mənzərəni belə təsvir etmək mümkündür - Avropa özünün tənəzzülünü yeni sağ mərkəzçi qrupların qələbəsi, ultramillətçilərin önə çıxması ilə “refreş” etməkdədir. Bu isə nəticə etibarı ilə yeni dönəmdə islamofobiyanın, irqi ayrı-seçkiliyin, dözümsüzlüyün fərqli istiqamətlərdə daha yüksək sürətlə yayılmasına yol açacaq. Onsuz da, Fransa və bu kimi ölkələrdə miqrantlara münasibətdə “Avropa avropalılar üçündür” şüarının səsləndirilməsi və ideoloji əsasa çevrilməsi, fərqli irqə mənsub insanların səbəbsiz şəkildə təqib olunması, hətta qətlə yetririlməsi kimi presedentlər adi hal almışdı - artıq, bu addımlar “hakimiyyət ideologiyası ilə səsləşdiyi” üçün heç kimə təəccüblü görünməyəcək.
Sağ mərkəzin “pirr qələbəsi”...
Bəli, seçkilərin nəticələri gözlənildiyi formadadır - onsuz da Avropa Parlamentinə (AP) seçkilər öncəsi ekspertlərin verdikləri proqnozlar heç də nikbin nəticələrə söykənmirdi. Son aylarda, hətta illərdə Avropa Parlamenti üçün spesifikləşmiş korrupsiya və rüşvət qalmaqalları, qərəzli “lobbiçilik” seçkilərin nəticələri üçün “məşq” kimi xarakterizə olunurdu. Başqa sözlə, bəzi deputatların növbəti “seçki siyahısı”nda təmsil olunmaq üçün xüsusilə fəal erməni lobbisinə boyun əydiyi, qərəzli çıxışlar etməsi, hətta qondarma qətnamələrə “qol çəkməsi” belə gözə dəyirdi. Bu isə seçkinin nəticələri ilə bağlı ürəkaçan vədlər ortaya qoymurdu.
Nəhayət ki, başa çatan seçkilərin nəticələri hər şeyi ortaya qoyur - Almaniyada belə ifrat sağçı partiya olan “Almaniya üçün alternativ” səslərin 16 faizə yaxınını qazanaraq Avroparlamentdə 15 yer qazanıb. Belçikada isə mandatların 3-nü sağçılar, 3-nü isə liberallar qazanıb. Hətta baş nazir Aleksandr De Kros seçkilərdən sonra istefa verib. İspaniyada isə sağ mərkəzçi müxalif partiya Xalq Partiyası avroparlamentdə 22 deputatla təmsil olunmaq haqqını əldə edib. Siyahıdakı dövlətlərə ayrı-ayrılıqda baxdıqda bir daha bəlli olur ki, seçkilərin nəticələri Avropa üçün nələr vəd edir...
Seçki pozuntuları...
Seçkilər həm də çoxsaylı texniki qüsurları ilə yadda qalıb. Məsələn, xarici mətbuatın məlumatına görə, Estoniyada onlayn səsvermə saytlarında texniki nasazlıqlar baş verib. Yüklənmə üçün lazım olan proqramla bağlı problem yaranıb. Seçki idarəetmə xidmətinin bəzi funksionerləri bununla bağlı açıqlama vermək məcburiyyətində qalıblar.
Ən böyük texniki problemlər isə Belçikada yaşanıb. Ölkə sakinləri Avropa Parlamentinə və ölkənin federal parlamentinə seçkilər zamanı problemlə üzləşiblər. Bu barədə DHnet portalı məlumat yayıb. Vurğulayaq ki, qanuna görə, seçicilər çağırış vərəqəsi ilə seçkilərə dəvət olunur - Belçikada seçkilərdə iştirak məcburidir və bu qaydanın pozulması birinci buraxılmaya görə 80 avroya, dördüncü və sonrakılara görə 2 min avroya qədər cərimə ilə cəzalandırılır. Bu norma bütün səviyyədə seçkilərə aiddir. Amma şəhər kənarında yaşayan şəxslərə verilən dəvətnamələr Belçikada xüsusilə çoxluq təşkil edən ilbizlər (molyuksklar) tərəfindən yeyilib. Beləliklə, bir çox seçiciyə verilən səsvermə kağızı ünvanına belə çatmayıb. Eyni zamanda, seçkinin gedişi müddəttində kompüterlər söndürülüb. Bir neçə dəfə baş verən bu hadisə zamanı həm səsvermə prosesi dayanıb, həm də sosial şəbəkələrdə yayılan məlumatlara görə, rəqəmlərdə dəyişikliklər hiss edilib. Bu isə nəticə etibarı ilə seçkilərin şəffaflığına kölgə salan amil kimi qeydə alınıb.
SADİQ
Xəbər lenti
Hamısına baxAnalitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11

