/ / YAP Sədrinin müavini: Qlobal kataklizmlər fonunda dövlətçilik maraqlarının qorunması aktual və vacib məsələdir
YAP Sədrinin müavini: Qlobal kataklizmlər fonunda dövlətçilik maraqlarının qorunması aktual və vacib məsələdir
15.06.2024 [10:26]
Ölkələrimizin birgə səyləri ilə Türk Dövlətləri Təşkilatının nüfuzlu regional güc mərkəzinə çevrilməsi artıq reallıqdır və əminəm ki, onun qlobal beynəlxalq münasibətlər sistemində rolu getdikcə artacaqdır.
Biz hakim siyasi partiyalar olaraq qarşımızda duran bütün vəzifələri layiqincə yerinə yetirməklə bu prosesə öz töhfəmizi verməyə hazırıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfransda səsləndirib.
T.Budaqov vurğulayıb ki, Türk Dövlətləri Təşkilatına üzv olan tərəfdaş dövlətlərin Qarabağda və Şərqi Zəngəzurun bərpası prosesində fəal iştirakı bizim üçün çox önəmlidir. Həmçinin ölkələrimiz arasında “yaşıl enerji” konsepsiyası əsasında əməkdaşlığın perspektivləri də əhəmiyyətlidir.
Onun sözlərinə görə, qlobal kataklizmlər fonunda yeni geosiyasi reallıqların və müxtəlif çağırışların meydana çıxdığı bir dönəmdə dövlətçilik maraqlarının, o cümlədən tarixi ənənələrin və milli-mənəvi dəyərlərin qorunması hər zaman olduğundan daha aktual və vacibdir. Belə bir şəraitdə Türk dövlətlərinin milli maraqlara əsaslanan siyasət həyata keçirərək həmrəylik nümayiş etdirməsi və nəticəyönümlü əməkdaşlığı gücləndirməsi əsas prioritetlərdəndir.
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini qeyd edən Mərkəzi Aparatın rəhbəri bildirib: “Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Bütün bu reallıqlar fonunda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük etimadın bariz nümunəsi və dövlətimizin müvafiq sahədə fəaliyyətinin yüksək qiymətləndirilməsidir”.
Xəbər lenti
Hamısına baxDünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37

