Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Təxribatların izi ilə...

Təxribatların izi ilə...

25.06.2024 [10:37]

Fransanın sonuncu “çıxış yolu”

Son günlər Ermənistanda müşahidə olunan proseslər heç də ürəkaçıcı deyil - ölkədə siyasi böhranın dərinləşməsi ilə yanaşı, Azərbaycana qarşı yeni aqressiyanın da ortaya çıxdığı müşahidə edilir. Xüsusilə, iki ölkə arasındakı şərti sərhəd bölgələrində tez-tez atəşkəsin pozulması, Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətləri və atıcı silahlardan istifadəsi birmənalı qarşılana bilməz. Maraqlıdır ki, bu atəşkəs pozulması faktları bütün şərti sərhəd xətti boyunca müşahidə olunur - məsələn, əgər iyunun 14-də Ermənistan silahlıları Soylan rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimizə atıcı silahlardan atəş açırdılarsa, iyunun 22-də artıq koordinat dəyişib. Bu dəfə Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atıcı silahlardan yenidən atəşə tutulub. Xatırladaq ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Amma baş verənlər onu göstərir ki, bu kimi “atəşkəsin” pozulması faktları heç də “təsadüfi” atəş açılması deyil...

Parisin verdiyi öldürücü silahlar...

2023-cü il antiterror əməliyyatlarından sonra yaranan “sükut” 2024-cü ildə pozulur. Ermənistan üzdə sülh prosesinə sadiq olduğunu bildirsə də, arxa planda yeni müharibəyə hazırlaşır. Bunu faktlar sübut edir. Xüsusilə, Fransanın ötən dövr ərzində Ermənistanı real və ardıcıl şəkildə silahlandırması mühüm məqamlardan xəbər verir. Əgər dünənə qədər, dəyəri milyon dollarla ölçülən və “Arquus” qrupunun istehsalı olan “Bastion” tipli zirehli texnika, MISTRAL 3 zenit-raket kompleksləri və başqa silahlar ötürülürdüsə, bu dəfə daha yeni silahlar verilir. Artıq Fransa Ermənistana yeni və daha öldürücü mahiyyətə malik silahlar ötürür. Məsələn, Ermənistanın müdafiə naziri Suren Papikyanın Parisə son səfəri zamanı imzalanan müqaviləyə əsasən İrəvana verilmiş “Caesar” haubitsalarının göstəricisi tamam fərqlidir - bu silah 54 kilometr uzaqlıqdakı hədəfləri vurmağa imkan verir. “Caesar” zirehli yük avtomobilinə bərkidilmiş artilleriya sistemidir. Bu səbəbdən artilleriya sisteminin yerini dəyişdirməsi asandır. Özüyeriyən “Caesar” artilleriya qurğusu 1994-cü ildə “Nexter” şirkəti tərəfindən hazırlanıb, kütləvi istehsalına 2002-ci ildə başlanılıb, Fransa ordusuna isə 2008-ci ildə təhvil verilib. Özüyeriyən artil?eriya qurğusunun ekipajı 5 nəfərdən ibarətdir, 155 mm-lik topa malikdir. Beləliklə, Ermənistanın bu silahlar vasitəsilə Ermənistanı müharibəyə hazırlaşdırması faktı açıq şəkildə ortadadır. Çünki bu silahların qarşılığında ödəməyə pulu olmayan İrəvan Fransanın cızdığı yol ilə getməyə məcburdur - düzdür, yayılan xəbərlərdə yeni “silahlandırma müqavilə”sinin dəyəri haqqında məlumat verilməsə də, bəzi mənbələrdə “Caesar” artilleriya qurğusunun birinin 7 milyon dollar qiymətiqndə dəyərləndirilməsinə rast gəlmək olar. Bu isə olduqca böyük rəqəmdir. Demək ki, Fransa bu silahların qarşılığında Cənubi Qafqazda yeni eskalasiyalar yaratmaq, yeni təhdidlər formalaşdırmaq niyyətindədir. Bunun üçün isə ilk növbədə şərti sərhəd ərazilərində aranı qarpışdırmaq - atəşkəsi pozmaq gərəkir...

Paşinyana kilsə şantajı...

Fransanın tutduğu yolun bütün ştrixləri məlumdur - bölgədə yaranacaq yeni iqtisadi-siyasi mənzərəyə xələl gətirmək, bu prosesə müdaxilə imkanları yaratmaq istəyən Paris üçün ən əlverişli məqam gücsüz və iradəsiz Ermənistandan istifadə etməkdir. Bunun üçün isə real əsaslar da mövcuddur. Bir tərəfdən daxili arenada ara qarışdıran və sülhü şantaj edən “kilsəçiləri” dəstəkləyən Fransa, digər müstəvidə Paşinyan iqtidarını “Qaregin təhlükəsi”ndən qoruduğunu deyir, bunu əsaslandırmağa çalışır. Beləliklə, Makron Ermənistanda gedən proseslərə tam nəzarət imkanı qazandığını düşünür. Burada həlledici məqamlardan biri də Ermənistanda fəaliyyət göstərən Aİ-nin “müşahidə missiyası”dır. “Kilsə etirazçıları” haqda hansısa bir məlumat yaymayan və hətta bu etirazları pisləməyən fransız missionerlər bununla Ermənistan iqtidarına mesaj verir - prosesə tam nəzarətin əllərində olduğunu deyir. Ermənistanın əli ilə bölgəyə silah “daşıyan” Fransa həm də önə çıxmağa çalışır. Makron bununla özünün “müttəfiqlərini” offsayda salmaq, Ermənistana nəzarət məsələsində tək olmağa niyyətlənir.

Aİ-nin “məqsədi” - Paris Cənubi Qafqaza gəlsin...

Azərbaycanla şərti sərhəd ərazilərində atəşkəsin pozulmasında Qərbin, xüsusilə Avropa kontingentinin Ermənistandakı “xüsusi missiyası”na başçılıq edən Fransanın əlinin olması şübhəsizdir. Ermənistanın timsalında özünün yeni “silah bazasını” formalaşdıran Fransa bunun “siyasi əsaslarını” Aİ-nin əli ilə yaratmaq istəyindədir. Bu amil Aİ-nin bu atəşkəs pozulması hallarına münasibətində də özünü göstərir. Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar “X” səhifəsindəki paylaşımında Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq və atəşkəs pozuntularını aradan qaldırmaq üçün ikitərəfli mexanizm yaradılması təklifini “isti qarşıladığını” deyir. Hətta məsləhət də verir - “Aİ-nin Gürcüstandakı monitorinq missiyası 15 ilə yaxındır fəaliyyət göstərir və təcrübəsini bölüşməyə hazırdır”.

Birincisi, Aİ özünün fikirlərində səmimidirsə, şərti sərhəddə atəşkəsin Ermənistan tərəfindən pozulduğunu niyə etiraf etmir? İkinci bir tərəfdən isə, heç bir analogiya daşımayan “Gürcüstan nümunəsi” niyə ortaya qoyulur? Bu yolla Aİ və dolayısı ilə Fransa yenidən “vasitəçi” və ya “barışdırıcı” missiyasını üstlənməyə, prosesə müdaxilə imkanları qazanmağa, ATƏT-in Minsk qrupu tipində daha bir “missiya” yaratmaq eşqini biruzə verir. Beləliklə, tam aydın olur ki, Ermənistanın şərti sərhəd ərazilərindəki atəşkəs pozuntuları ilə Fransanın İrəvana silah satışı birmənalı şəkildə eyni prosesdir - hər iki məsələ, Parisin Cənubi Qafqaza “gəlişi” üçün zəmin yaratmağa hesablanıb...

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 206 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

“Triumf yolu”..

13 İyul 11:00

MEDİA

Uğurlu yoldayıq...

13 İyul 10:55

Xarici siyasət

İqtisadiyyat

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31