/ / Beynəlxalq Humanitar Forumun əsas məqsədi xalqlar, ölkələr arasında əlaqələri daha da gücləndirməkdir
Beynəlxalq Humanitar Forumun əsas məqsədi xalqlar, ölkələr arasında əlaqələri daha da gücləndirməkdir
04.10.2012 [02:43]
“Bu Beynəlxalq Humanitar Forum Azərbaycan Prezidentinin, eləcə də Rusiya Federasiyası Prezidentinin təşəbbüsü və himayəsi altında artıq ikinci ildir keçirilir. Bu forumun təşkilatçısı Azərbaycandır. Azərbaycan regionun bir lideri kimi, ümumiyyətlə, bu tədbirlərdən çox keçirir, lakin bu tədbir artıq özünün miqyasına və əhatə dairəsinə görə beynəlxalq aləmdə nüfuz qazanıb” - deyə, N.Məmmədov bildirib.
PA rəsmisinin sözlərinə görə, forumda iştirak edəcək qonaqlar artıq bir neçə gündür Azərbaycandadırlar: “Ölkəni gəziblər, bir çox mədəni, humanitar sahələrdə olan tədbirlərdə iştirak ediblər. Ümumiyyətlə, Azərbaycan son illərdə belə tədbirləri müxtəlif istiqamətlərdə və mövzularda çox tez-tez keçirir. Elə bu ilin əvvəlindən bir çox mötəbər, əhəmiyyətli tədbirlər keçirilib: Krans Montana Forumundan başlayaraq sabahkı (bu gün - red.) foruma qədər. Azərbaycan regionun lideri olduğu üçün bu, tamamilə təbiidir və məntiqi qarşılanır”.
N.Məmmədov bildirib ki, bu forumlarda Azərbaycan ilə bağlı bütün reallıqlar təkcə regionda deyil, dünyanın bütün ölkələri arasında öz yerini tapır.
“Budəfəki Humanitar Forumda 70-dən çox ölkədən 600-dən artıq iştirakçı var. Burada 10-dan çox keçmiş prezident, 11 Nobel mükafatı laureatı iştirak edəcək. Elə yalnız bu rəqəmlərin özü hamı üçün aydın bir göstəricidir. Azərbaycan əslində dünyanın elə bir məkanında yerləşir ki, bir tərəfi şərq, bir tərəfi qərb, bir tərəfi şimal-cənub, bir tərəfi xristian, bir tərəfi islam aləmidir. Bu tərəfləri birləşdirən Azərbaycan, əslində bu gün müxtəlif qütbləri birləşdirən coğrafi, siyasi, mədəni, mənəvi və təhlükəsizlik körpüsüdür. Azərbaycan bu körpü missiyasını üzərinə götürərək çox böyük və müqəddəs bir vəzifəni həyata keçirir. Azərbaycan doğrudan da dediyim bu tərəflər arasında coğrafi, siyasi, iqtisadi, mədəni və mənəvi təhlükəsizliyin körpüsü rolunu oynayır” - deyə, N.Məmmədov deyib.
PA rəsmisi hesab edir ki, bu forumda 600-dən çox iştirakçı bir tərəfdən tədbirdə olan aktual mövzular ətrafında geniş fikir mübadiləsi aparacaq, faydalı mövqelər ortaya qoyacaq, digər tərəfdən ölkələrinə Azərbaycan haqqında, gözəl Bakımız haqqında fikirlərini çatdıracaqlar: “Bu forum Azərbaycan üçün özünü dünya ölkələrinə tanıtmaq, ölkə haqqında reallıqları dünya ictimaiyyətinə çatdırmaq baxımından çox gözəl bir tədbirdir. Düşünürəm ki, bu forumun əhəmiyyəti Azərbaycan üçün çox mühümdür”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

