Dünya üçün həyəcan təbili
02.07.2024 [10:25]
Cari ilin noyabrında ölkəmizin ev sahibliyi edəcəyi COP29 konfransı ilə bağlı hazırda bütün dünyada geniş müzakirələr aparılır. BMT-nin ən irimiqyaslı tədbirlərindən sayılan beynəlxalq iqlim konfransının Bakı gündəliyindən gözləntilər kifayət qədər böyükdür. Müxtəlif dövlətlərin və beynəlxalq təsisatların yüksəksəviyyəli rəsmilərinin ifadə etdikləri fikirlərdən bir daha aydın olur ki, paytaxtımızda müzakirələrin hansı istiqamətdə aparılacağı və hansı qərarların qəbul olunacağı həssaslıqla izləniləcək. Elə bu günlərdə BMT-nin Baş katibi Antonio Quterreş TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində COP29-la bağlı bir sıra mühüm məqamlara yenidən diqqət çəkib.
Qətiyyətli addımlar atılmalıdır
Qlobal təhdidlər beynəlxalq həmrəyliyin möhkəmləndirilməsi yolu ilə aradan qaldırılmalıdır. İndiyədək BMT-nin qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədləri sənədi, Kioto protokolu, Paris razılaşması əsas tutulmaqla beynəlxalq səviyyədə iqlim dəyişmələri ilə mübarizədə bir sıra zəruri tədbirlər görülüb, o cümlədən ölkələr milli səviyyədə öz öhdəliklərini müəyyənləşdiriblər. Artıq qəbul olunur ki, hər bir dövlət enerji transformasiyalarına, atmosferə buraxılan emissiyaların azaldılmasına öz töhfələrini verməlidirlər.
Ancaq görülən tədbirlər yetərli deyil. İqlim dəyişmələrinin fəsadlarının yaratdığı təhdidlər görülən mübarizə tədbirlərini böyük ölçüdə üstələyir. Qəbul olunmuş reallıq budur ki, qlobal istiləşməni 1,5 C° səviyyədə saxlamaq məqsədilə beynəlxalq ictimaiyyətin səylərini səfərbər edərək birgə təcili tədbirlərin görülməsi və təxirəsalınmaz addımların atılması üçün vaxt ötən hər gün daha da azalır. Dünyadakı mövcud reallığı nəzərə alan A.Quttereş vurğulayıb ki, noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) qətiyyətli addımlar atılmalıdır, əks halda, dünya uçuruma yuvarlanacaq. Özünün də iştirak etməyi planlaşdırdığı iqlim konfransından bəhs edən Baş katib ümidvar olduğunu bildirib ki, məhz bu tədbir planetin uçuruma doğru hərəkət etməsi həqiqətinin etirafı kontekstində dönüş məqamı olacaq. O deyib: “Son 12 ayın hər biri əvvəlkindən daha isti olub. Alimlər ilk dəfə qeyd edirlər ki, yaxın bir neçə ildə bizdə 1,5 dərəcədən çox qlobal istiləşmə müşahidə oluna bilər və bu, təbii ki, vəziyyətin dönməzliyi anlamına gəlmir. Xeyr, demək istəyirəm ki, 1,5 dərəcə məqsədi uzunmüddətli hədəfdir”.
İnkişaf etməkdə olan ölkələrin maraqları nəzərə alınmalıdır
Kiçik ada dövlətlərinə praktiki müstəvidə dəstək verilməsi, onlara maliyyə vəsaitlərinin yönəldilməsi COP29 gündəliyinin əsas mövzularından biri kimi müəyyənləşdirilib. A.Quterreş öz müsahibəsidə kiçik ada dövlətlərinin üzləşdikləri çətinliklərdən ətraflı bəhs edib. “Ancaq biz tarixin çox dramatik anındayıq. İstərdim ki, bu konfransda bəzi qətiyyətli tədbirlər görülsün, amma yenə də iqlim ədaləti çərçivəsində; iqlim dəyişikliyinə töhfə verməyən, lakin ondan çox əziyyət çəkən inkişaf etməkdə olan ölkələrin maraqları nəzərə alınsın. Bu, həm dəniz səviyyəsinin yüksəlməsi amilindən təsirlənən kiçik adalara, həm də quraqlığın icmalara dağıdıcı təsir göstərdiyi Afrika ölkələrinə aiddir”, - deyə Baş katib vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl A.Qutterreş hamını 2030-cu ilə qədər dənizin dibinin 80 faiz öyrənilməsi hədəfinə qoşulmağa çağırıb. Onun verdiyi məlumata əsasən, okeanlara hər il 8 milyon tona yaxın plastik tullantı düşür. Qəti tədbirlər görülməsə, 2050-ci ildə okeanda plastik maddələrin miqdarı balıqlardan çox olacaq.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

