İki ildə beşinci səfər...
27.08.2024 [09:50]
Xalqların, cəmiyyətlərin tarixi bağlılığı, ənənələr dövlətlərarası münasibətlərin formalaşmasında çox mühüm amillərdən biri qismində çıxış edir. Müstəqil Azərbaycanın Özbəkistanla və bütövlükdə, Mərkəzi Asiya regionu ilə getdikcə möhkəmlənən əməkdaşlıq əlaqələri də məhz belə bir əsaslı və təbii zəmin üzərində inkişaf edir. Respublikamızla qeyd olunan coğrafiyada yerləşən ölkələr arasında tarixi mədəni əlaqələr var, xalqlarımızı etiqad eyniliyi, mədəniyyətlərin, ənənələrin, həyat tərzinin oxşarlığı birləşdirir. Əslində, deyə bilərik ki, Azərbaycanla Mərkəzi Asiya regionu dövlətləri vahid geosiyasi, tarixi və mədəni məkan qismində çıxış edirlər ki, bütün bunlar da qarşılıqlı inam mühitini möhkəmləndirir və münasibətlərin inkişafına müsbət təsir göstərir. Azərbaycan - Özbəkistan əlaqələrinin dinamikası bunu əyani şəkildə təsdiqləyir.
Uğurların rəhni - liderlərin şəxsi nümunələri
Azərbaycanla Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Növbəti ildə diplomatik münasibətlərin 30 illiyi qeyd ediləcək. Keçilmiş yola, qarşılıqlı münasibətlərdə əldə olunan uğurlara nəzər saldıqda görürük ki, hər iki ölkə yubileyə, necə deyərlər, əlidolu gəlir.
İndiyədək Azərbaycan və Özbəkistan bütün təzyiqləri dəf edərək, bütün sınaqlardan çıxaraq öz aralarında yüksək etimad mühiti formalaşdırmağa nail olublar. Burada, heç şübhəsiz ki, liderlərin şəxsi nümunələrini, onların dostluq münasibətlərinin, müxtəlif səviyyələrdə təmasların artmasının rolunu xüsusi vurğulamaq lazımdır. Dövlət başçıları tez-tez qarşılıqlı səfərlər edirlər. Bir qayda olaraq İlham Əliyev Özbəkistanda, Şavkat Mirziyoyev isə Azərbaycanda əziz qonaq kimi qarşılanırlar və onlar məmnuniyyətlə bildirirlər ki, bu səfərlər zamanı özlərini evlərindəki kimi hiss edirlər. İki dost ölkənin liderləri müxtəlif beynəlxalq və regional platformalarda da müntəzəm olaraq görüşürlər və aktual mövzular ətrafında geniş fikir mübadiləsi aparırlar, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı yeni təşəbbüslər irəli sürürlər. Prezident İlham Əliyev bu günlərdə Özbəkistana uğurla baş tutan dövlət səfəri çərçivəsində mətbuata verdiyi Bəyanatında liderlərin təmasları ilə bağlı maraqlı statistika barədə bəhs edib. İntensivləşən görüşləri uğurların rəhni kimi dəyərləndirən dövlətimizin başçısı vurğulayıb: “Artıq qeyd etdiyim kimi, mən qardaş ölkədə tez-tez oluram. Səfərə hazırlaşarkən, onların cədvəlinə və Şavkat Miromonoviçin səfərlərinin cədvəlinə nəzər saldım və gördüm ki, bu, mənim son iki ildə beşinci səfərimdir. Şavkat Miromonoviç isə son il yarımda dörd dəfə Azərbaycanda olub. Əgər buna noyabrda COP konfransında görüşməyimizi də əlavə etsək, onda hesabı bərabərləşdiririk. Bu, ən yaxşı göstəricidir. Hələ mən başqa ölkələrdə beynəlxalq tədbirlər çərçivəsində görüşlərimizi demirəm. Bütün bunlar bu gün haqqında danışdığımız və Ali Dövlətlərarası Şuranın birinci iclası çərçivəsində məruzələrdə dinlədiyimiz uğurların rəhnidir”.
Azərbaycan və Özbəkistan liderlərinin əlaqələri yalnız ikitərəfli dialoqla məhdudlaşmır. Qeyd olunduğu kimi, liderlər beynəlxalq tədbirlərdə və çoxtərəfli platformalarda da tez-tez bir araya gəlirlər. Son vaxtlarda isə Türk Dövlətləri Təşkilatı (TDT) daha səmərəli əməkdaşlıq platforması qismində çıxş edir. Artan əhaliyə, zəngin resurslara, geniş coğrafiyaya malik olan Türk dünyası böyük inkişaf perspektivlərinə malikdir. Diqqətəlayiq haldır ki, Azərbaycan və Özbəkistan bu təşkilat daxilində əlaqələrin möhkəmlənməsinə, onun funksionallığının artmasına güclü siyasi iradə ortaya qoyur və real töhfələr verirlər. Qeyd edək ki, Azərbaycan və Özbəkistan liderləri Türk Dövlətləri Təşkilatı formatında son olaraq TDT-nin iyulun əvvəlində Şuşada keçirilən qeyri-formal Zirvə görüşündə bir araya gəliblər.
Müttəfiqlik sazişi – dövlətlərarası münasibətlərin ən yüksək forması kimi
Belə intensiv təmaslar son nəticədə dövlətlərarası münasibətlərin dinamikasına güclü təkan verir, qarşılıqlı inamı daha da artırır. Artan inamın nəticəsidir ki, iki ölkənin münasibətlərində böyük uğurlar əldə olunub. Bildirildiyi kimi, əksər məsələlərə yanaşmalarda liderlərin, dövlətlərin mövqeləri üst-üstə düşür. Məmnunluq hissi ilə vurğulamaq istərdik ki, bu günədək razılaşmaların heç biri kağız üzərində qalmayıb. İndiyədək iki ölkə arasında çoxvektorlu əməkdaşlığın təməlində dayanan əsas siyasi sənəd “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” idi. Prezident İlham Əliyevin Özbəkistana son səfəri çərçivəsində isə dövlət başçıları “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzaladılar. Onlar, həmçinin “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının birinci iclasının Qərarı”nı qəbul ediblər.
Beləliklə, Azərbaycan və Özbəkistan rəsmən müttəfiq dövlətlər olublar. Dünya miqyasında müttəfiqlərimizin sayının artması Azərbaycan diplomatiyasının böyük uğurudur. Xatırladaq ki, Azərbaycanla Türkiyə və Rusiya arasında müttəfiqlik münasibətləri mövcuddur, ölkəmiz həmçinin Çinlə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Son olaraq isə bu sıraya Özbəkistan qoşulub. Prezident İlham Əliyev bunu tarixi məqam kimi dəyərləndirib. “Şavkat Miromonoviçin qeyd etdiyi kimi, bu gün biz rəsmən müttəfiq olduq. Bu, razıyam ki, əslində, tarixi məqamdır. Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Zənnimcə, əminəm ki, üzərimizdə dolaşan və bununla bağlı bizə xeyir-dua verən əcdadlarımızın ruhları şad olacaq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Onu da vurğulayaq ki, Özbəkistan 30 illik işğal zamanı Ermənistanla diplomatik münasibətlər qurmayıb. Bu illər ərzində Özbəkistan Ermənistanda səfirlik açmayıb, həmçinin Ermənistanın da Daşkənddə səfirlik açmasına icazə verilməyib. Döst ölkə keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllində daim Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsipindən çıxış edib. Postmüharibə dövründə isə Özbəkistan işğaldan azad olunmuş ərazilərin bərpasına dost töhfəsi vermək əzmi nümayiş etdirir. Xatırladaq ki, Prezident Şavkat Mirziyoyevin təşəbbüsü əsasında Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin binası yüksək zövqlə inşa olunaraq istifadəyə verilib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
12 Sentyabr 17:12
Dünya
12 Sentyabr 16:58
Dünya
12 Sentyabr 16:57
Dünya
12 Sentyabr 16:56
Siyasət
12 Sentyabr 16:55
Sosial
12 Sentyabr 16:52
Dünya
12 Sentyabr 16:50
İqtisadiyyat
12 Sentyabr 16:47
YAP xəbərləri
12 Sentyabr 16:44
Sosial
12 Sentyabr 16:43
Siyasət
12 Sentyabr 16:42
Mədəniyyət
12 Sentyabr 15:48
İqtisadiyyat
12 Sentyabr 15:45
İqtisadiyyat
12 Sentyabr 15:44
Sosial
12 Sentyabr 15:38
Gündəm
12 Sentyabr 15:19
Gündəm
12 Sentyabr 15:01
Elm
12 Sentyabr 14:59
İdman
12 Sentyabr 14:56
YAP xəbərləri
12 Sentyabr 14:53
Xəbər lenti
12 Sentyabr 14:43
İdman
12 Sentyabr 14:30
Diaspor
12 Sentyabr 14:28
Dünya
12 Sentyabr 14:27
Sosial
12 Sentyabr 14:26
Dünya
12 Sentyabr 14:25
Elm
12 Sentyabr 14:21
YAP xəbərləri
12 Sentyabr 14:09
YAP xəbərləri
12 Sentyabr 14:06
Siyasət
12 Sentyabr 13:19
Elm
12 Sentyabr 13:03
Sosial
12 Sentyabr 12:53
Sosial
12 Sentyabr 12:47
Sosial
12 Sentyabr 12:45
Dünya
12 Sentyabr 12:44
İqtisadiyyat
12 Sentyabr 12:40
İdman
12 Sentyabr 12:38
Dünya
12 Sentyabr 12:35
Mədəniyyət
12 Sentyabr 12:06
Sosial
12 Sentyabr 12:05
İqtisadiyyat
12 Sentyabr 12:04
Sosial
12 Sentyabr 11:01
İdman
12 Sentyabr 10:54
Hərbi
12 Sentyabr 10:53
Siyasət
12 Sentyabr 10:23
Sosial
12 Sentyabr 10:20
Siyasət
12 Sentyabr 10:00
İqtisadiyyat
12 Sentyabr 09:56
İqtisadiyyat
12 Sentyabr 09:47
İqtisadiyyat
12 Sentyabr 09:37
Siyasət
12 Sentyabr 09:33
İqtisadiyyat
12 Sentyabr 09:28
Dünya
12 Sentyabr 09:26
MEDİA
12 Sentyabr 09:24
Dünya
12 Sentyabr 09:20
Siyasət
12 Sentyabr 09:17
Dünya
12 Sentyabr 09:14
Dünya
12 Sentyabr 09:10
Elm
12 Sentyabr 09:07
Dünya
12 Sentyabr 09:00
Sosial
12 Sentyabr 08:59
Elm
12 Sentyabr 08:58
Siyasət
11 Sentyabr 23:44
Mədəniyyət
11 Sentyabr 23:30
Sosial
11 Sentyabr 23:13
Daxili siyasət
11 Sentyabr 22:56
İqtisadiyyat
11 Sentyabr 22:42
Mədəniyyət
11 Sentyabr 22:25
Hadisə
11 Sentyabr 22:05
Hadisə
11 Sentyabr 21:55