Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Xalqının xoşbəxt gələcəyini düşünən bütün dövlətlər gənclərə xüsusi diqqət yetirir, onların fikirlərini və baxışlarını nəzərə alırlar

Xalqının xoşbəxt gələcəyini düşünən bütün dövlətlər gənclərə xüsusi diqqət yetirir, onların fikirlərini və baxışlarını nəzərə alırlar

24.11.2012 [01:53]

Xalqının xoşbəxt gələcəyini düşünən bütün dövlətlər gənclərə xüsusi diqqət yetirir, onların fikirlərini və baxışlarını nəzərə alırlar. AzərTAc xəbər verir ki, bu fikir Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assembleyasının dünən davam edən plenar sessiyası çərçivəsində keçirilmiş gənc siyasi liderlərin bölmə iclasında səslənib.
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədr müavini Ramin Məmmədovun moderatorluğu ilə keçən iclasda Asiyada sülhün, təhlükəsizliyin və tərəfdaşlığın inkişafında gənc liderlərin rolu xüsusi müzakirə mövzusu olub.
Qloballaşan dünyada gənclərin rolundan danışan R.Məmmədov Azərbaycan dövlətinin gənclərə xüsusi diqqət və qayğı göstərdiyini, ölkəmizdə gənclərlə bağlı xüsusi dövlət proqramlarının icra olunduğunu diqqətə çatdırıb.
Sonra Kamboca Nazirlər Kabinetinin dövlət katibi Suas Yera, bu ölkənin Fun Cin Pek Partiyası sədrinin müşaviri Ti Çin Senq, COPPPAL-in sədri Xorxe Lui Fuentes Karanza, Yaponiyanın Kapti Partiyası sədrinin müavini İtari İssi, İCAPP Gənclər Birliyinin katibi Mustafa Hayder Sayed Asiya dövlətlərində, eləcə də dünyanın inkişaf etmiş ölkələrində baş verən siyasi proseslərə nəzər salıblar.
Çıxışlarda bildirilib ki, hər yerdə inkişafa nail olmaq üçün sülh və təhlükəsizliyin bərqərar edilməsi əsas amildir.
İCAPP-ın baş katibi Xose de Venesia bölmə iclasında deyib ki, gələcək gənclərin əlindədir. Onlar təkcə öz müqəddəratlarını deyil, bəşəriyyətin xilası və xoşbəxt gələcəyi üçün çalışmalıdırlar. Bütün dövlətlər gənclərə bu istiqamətdə dəstək olmalıdırlar.
Gənc liderlər İCAPP-ın gənclər təşkilatlarının gələcək fəaliyyət istiqamətləri, Gənclər Birliyinin mərkəzi ofisi və katibliyinin iş prinsipləri, beynəlxalq təşkilatlarla əməkdaşlıq və sair təkliflər səsləndirib, fikir mübadiləsi aparıblar.
Gənclər arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin, görüşlərin, təcrübə mübadiləsinin təşkilinin vacibliyi vurğulanıb.
Müzakirələrin sonunda İCAPP-ın Gənclər Birliyinin fəaliyyətinin gücləndirilməsi, onlara maliyyə dəstəyinin artırılması, İllik Gənclik Festivalının keçirilməsi, media ilə əlaqələrin inkişaf etdirilməsi, yoxsulluğun azaldılması istiqamətində və korrupsiyaya qarşı mübarizədə gənclərin fəaliyyətinin artırılması, təhsil strategiyasının hazırlanması və təqaüdlərin təyin edilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması və inkişaf etdirilməsi, idman və mədəniyyət sahəsində müxtəlif layihələrin həyata keçirilməsi ilə bağlı bir sıra tövsiyə xarakterli qərarlar qəbul olunub.

Paylaş:
Baxılıb: 1007 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30