Bakı Təşəbbüs Qrupu beynəlxalq qurumlara rəsmi məktub ünvanlayıb
06.09.2024 [22:50]
Bakı Təşəbbüs Qrupu 2024-cü il sentyabrın 3-də Bakıda keçirilmiş “Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı” mövzusunda beynəlxalq konfransın nəticələrinə əsaslanaraq Birləşmiş Millətlər Təşkilatının Baş katibinə, Qoşulmama Hərəkatının sədrinə, İslam Əməkdaşlıq Təşkilatının Baş katibinə, Avropa Komissiyasının sədrinə, Ərəb Liqasının Baş katibinə və Afrika İttifaqının sədrinə rəsmi məktub ünvanlayıb.
Məktubda Fransa tərəfindən Qəmər Adaları İttifaqına aid olan Mayot adasının qanunsuz işğalı ilə bağlı dərin narahatlıq ifadə edilib və bunun beynəlxalq hüququn pozuntusu olduğu bildirilib.
Məktubda qeyd olunur ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasından sui-istifadə edərək beynəlxalq hüququn bu pozuntusunun həllinə yönəlik təşəbbüslərə mane olur. Həmçinin Fransa BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Liqası və Afrika İttifaqı kimi beynəlxalq təşkilatların qəbul etdiyi müvafiq qətnamələri heçə sayır.
“Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı” mövzusunda beynəlxalq konfransın əsas nəticələrindən biri olan Yekun Bəyanat Birləşmiş Millətlər Təşkilatının Baş katibinə, Qoşulmama Hərəkatının sədrinə, İslam Əməkdaşlıq Təşkilatının Baş katibinə, Avropa Komissiyasının sədrinə, Ərəb Liqasının Baş katibinə və Afrika İttifaqının sədrinə təqdim olunub. Bundan əlavə, yuxarıda qeyd olunan təşkilatların rəhbərlərinə Bakı Təşəbbüs Qrupu tərəfindən nəşr edilmiş “Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı” adlı broşür da təqdim olunub.
Bakı Təşəbbüs Qrupu, eyni zamanda, məktubunda Mayot adasının işğalı ilə bağlı beynəlxalq konfrans keçirməyə və işğalın dayandırılması, beynəlxalq hüququn qorunması məqsədilə bu qurumların daxilində müvafiq işçi qruplarının yaradılmasını təşviq etməyə çağırıb.
Bakı Təşəbbüs Qrupu beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq çərçivəsində bu məsələnin beynəlxalq hüquq əsasında tezliklə həll olunacağına əminliyini ifadə edib.
Xəbər lenti
Hamısına baxDünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37

