/ / Əli Həsənov: Azərbaycanda etnik və dini azlıqların hüquq və azadlıqları dövlət səviyyəsində qorunur
Əli Həsənov: Azərbaycanda etnik və dini azlıqların hüquq və azadlıqları dövlət səviyyəsində qorunur
28.11.2012 [00:08]
Dünən BMT-nin Cenevrədəki Baş Qərargahında – Millətlər Sarayında İnsan Hüquqları Şurasının Azlıq məsələləri üzrə Forumunun 5-ci sessiyası işə başlayıb.
Sessiya BMT-nin 1992-ci ilin dekabrında qəbul olunmuş “Milli və ya etnik, dini və dil azlıqlarına mənsub olan şəxslərin hüquqları haqqında Bəyannamə”sinin 20 illiyinə həsr edilib.
Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyindən AzərTAc-a bildiriblər ki, sessiya BMT-nin baş katibi Pan Gi Munun videomüraciəti ilə açılıb. Baş katib Pan Gi Mun Bəyannamənin milli azlıqların hüquqlarının təşviqi və müdafiəsi baxımından vacib rolunu qeyd edib və onların maraqlarının BMT müstəvisində əks olunmasının zəruriliyini bildirib.
Sessiyada BMT-nin insan hüquqları üzrə ali komissarı N.Pilay, İnsan Hüquqları Şurasının sədri L.D.Lasere, azlıq məsələləri üzrə müstəqil ekspert R.İzsak və Forumun sədri S.Mayqa çıxış edib, Bəyannamənin həyata keçirilməsinin zəruriliyini, sənədin azlıqların hüquqlarının təşviqi və müdafiəsi ilə bağlı müddəalarının tətbiqində BMT-nin müvafiq müqavilə orqanlarının rolunu qeyd ediblər.
Sessiyada BMT-nin üzvü olan ölkələrdə milli və dini azlıqların vəziyyəti müzakirə olunub, Bəyannamədən irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sessiyada çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov etnik və dini azlıqların müdafiəsi sahəsində milli qanunvericiliyə və beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanda həyata keçirilən dövlət siyasəti barədə ətraflı məlumat verib, ölkədə etnik-mədəni müxtəlifliyin qorunması, millətlərarası və dövlətlərarası münasibətlərin sivil normalar əsasında tənzimlənməsi, tolerantlığın daha da möhkəmləndirilməsi sahəsində görülən çoxsaylı tədbirlərdən bəhs edib, azlıqların dil və mədəniyyətinin qorunub saxlanması və inkişafına dövlətin göstərdiyi diqqət və qayğını konkret faktlarla sessiya iştirakçılarının diqqətinə çatdırıb.
Əli Həsənov postsovet məkanında ilk dəfə olaraq Azərbaycan Respublikasında milli azlıqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, həmçinin dilinin və mədəniyyətinin inkişafına dövlət yardımı haqqında Prezident Fərmanının imzalandığını bildirib. Nümayəndə heyətinin rəhbəri, həmçinin Azərbaycan Respublikasının Konstitusiyasında ölkəmizdə yaşayan azlıqların dil, mədəniyyət, din azadlığı, təhsil və digər hüquqlarının təsbit olunduğunu vurğulayıb və bildirib ki, Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nda milli azlıqların mədəni irsinin inkişafı Azərbaycan Hökumətinin əsas fəaliyyət istiqamətlərindən biri kimi nəzərdə tutulub. Prezident Administrasiyasının rəsmisi deyib ki, Azərbaycanda milli azlıqlar həm parlamentdə, həm də icra hakimiyyəti orqanlarında geniş təmsil olunurlar. Azərbaycan dövlətinin milli siyasətinin əsas istiqamətlərindən biri ölkəmizdə yaşayan bütün milli azlıqların dil və mədəniyyətinə müvafiq dəstəyin göstərilməsidir. Azərbaycanın milli azlıqların məskunlaşdığı bir sıra rayonlarında ali təhsil müəssisələri və kolleclərin filialları açılıb, ölkənin radio və televiziya kanallarında milli azlıqların dillərində verilişlər yayımlanır. Həmin ərazilərdə yerli telekanallar fəaliyyət göstərir. Milli azlıqların dilində qəzet və jurnallar nəşr olunur.
Şöbə müdiri Əli Həsənov, həmçinin əlavə edib ki, Mədəniyyət və Turizm Nazirliyi yanında Milli Azlıqların Əlaqələndirmə Şurası fəaliyyət göstərir. Azərbaycan Milli Elmlər Akademiyasında milli azlıqların dil, mədəniyyət, tarix və etnoqrafiyasının öyrənilməsi üzrə xüsusi şöbə yaradılıb. Bakıda katolik kilsələri, sinaqoqlar məscidlərlə yanaşı fəaliyyət göstərirlər. Bu mənada Azərbaycan bütün dünyada multikulturalizm məkanı kimi tanınır. Tədbirdə Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Murad Nəcəfbəyli iştirak edib.
Forumun 5-ci sessiyası öz işini noyabrın 28-də başa çatdıracaq.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

