Fransaya cavab!
11.09.2024 [11:45]
Fransa Koloniyalarının Azadlıq Cəbhəsi Parisin ölkəmizə səyahət xəbərdarlığını pisləyib
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi Ermənistana havadarlıq edən beynəlxalq dairələri ciddi narahat edir. Bu baxımdan, xüsusilə Fransa öndə gedir. Görünən odur ki, Fransa ermənilərdən çox ermənilik edir, əsassız olaraq ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa çalışır. Bu yaxınlarda rəsmi Parisin öz vətəndaşlarına Azərbaycana səyahət etmək xəbərdarlığı da bunun daha bir göstəricisidir. Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycanda guya Fransa vətəndaşlarının saxlanıldığı və hədəf alındığı barədə əsassız iddiaları səbəb gətirərək ölkəmizə dair açıqladığı sərt səyahət xəbərdarlığı qəbulolunmazdır.
Parisin məqsədi...
Rəsmi Bakının bəyan etdiyi kimi, Fransa tərəfindən verilmiş bu cür əsassız, qərəzli qərar və bəyanat bu ölkənin Azərbaycanla münasibətləri daha da gərginləşdirmək niyyətindən xəbər verir. Digər tərəfdən, bu ölkənin Avropa və Xarici İşlər Nazirliyi Azərbaycanla bağlı sentyabrın 4-də dərc etdiyi səyahət xəbərdarlığında ölkəmizin hüquq sisteminə kölgə salmağa və “Dağlıq Qarabağ Muxtar Vilayəti”, “ətraf rayonlar” kimi ifadələrdən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünə xələl gətirməyə cəhd göstərib. Məsələ ilə bağlı Qərbi Azərbaycan İcması da Parisə etiraz etmişdi.
Yeri gəlmişkən, Fransa Koloniyalarının Azadlıq Cəbhəsi də Fransanın Avropa və Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı bəyanatına cavab verib. Bəyanatda deyilir ki, Fransanın Baş naziri hələ öz hökumətini formalaşdırmasa da, istefaya gedən daxili işlər nazirinin addımları və Fransa Xarici İşlər Nazirliyinin Azərbaycanla bağlı həyəcan xəbərdarlıqları heç kəsi çaşdırmır. Hökumətin növbəti addımı şübhəsiz ki, “Fransa vətəndaşları”na sözügedən ölkəni ziyarət etməyi tamamilə qadağan etmək olacaq. Bu qərar insan hüquqları və insan və malların sərbəst hərəkəti ilə ziddiyyət təşkil edir, tamamilə qeyri-qanuni olacaq. Fransa dövlətinin addımlarının yalnız bir məqsədi var - Bakı Təşəbbüs Qrupunun Birləşmiş Millətlər Təşkilatı çərçivəsində ona Qoşulmama Hərəkatı tərəfindən verilmiş mandatı yerinə yetirməyə davam etməsinə yol verməmək. Bakı Təşəbbüs Qrupunun missiyası dünyada kolonializmə son qoymaqdır.
“Fransa beynəlxalq səviyyədə imicinin pisləşdiyini yaxşı anlayır”
Qeyd olunub ki, Fransa beynəlxalq səviyyədə imicinin pisləşdiyini yaxşı anlayır - bunun kökündə Bakı Təşəbbüs Qrupunun təşkilata üzv ölkələrin ərazilərinin “insan hüquqları ölkəsi” (Fransa) tərəfindən necə zəbt edildiyini, yerli xalqlara qarşı necə davrandığını və bu gün də davranmağa davam etdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması dayanır: “Kanakinin (Yeni Kaledoniya) cari vəziyyəti bunun ən yaxşı nümunəsidir. Fransa əsarəti altındakı son koloniyalardakı təşkilatların Azadlıq Cəbhəsi koloniyalarını qorumaq üçün ən kobud və antidemokratik hiyləgərliklərə əl atmaqdan çəkinməyən, siyasi tənəzzüldə olan bir ölkənin bu üsullarına qarşı üsyan edir. Burada məqsəd varlığını davam etdirməyə imkan verən maraqlarını qoruyub saxlamaqla böyük dəniz güclərinin hit-paradında yerini qorumaqdır. Biz öz tərəfimizdən Bakı Təşəbbüs Qrupu ilə BMT-nin müəyyən etdiyi çərçivədə, nəhayət müstəqilliyimizi əldə etmək və xalqlarımızın maraqlarını qorumaq naminə zəruri hesab etdiyimiz hər hansı digər tərəfdaşla bundan sonra da işləyəcəyik”.
Qeyd edək ki, bəyanatı Fransa müstəmləkəsi altında olan ərazilərdəki 14 siyasi hərəkat rəhbəri imzalayıb.
Azadlıq Cəbhəsində hansı qüvvələr birləşib?
Ümumiyyətlə, Fransa öz tarixində insanlığa qarşı çoxsaylı cinayətlər törədib, bu gün də Afrikada və digər yerlərdə bir sıra xalqları öz müstəmləkəsi altında saxlamağa çalışır. Paris ilk növbədə törətdiyi cinayətlərin hesabını verməlidir. Özünü demokratiyanın beşiyi kimi təqdim etməyə çalışan Fransanın əslində, tarixən müxtəlif xalqlara qarşı müstəmləkəçilik siyasəti həyata keçirdiyi bütün dünyaya məlumdur. Təəssüf ki, beynəlxalq ictimaiyyət rəsmi Parisin bu siyasətinə qarşı adekvat reaksiya vermir. Lakin Azərbaycan bu məsələdə prinsipial mövqe nümayiş etdirir və Fransanın müxtəlif xalqlara qarşı repressiv siyasətinə etiraz səsini ucaldır. Eyni zamanda, müstəmləkəçiliyə qarşı aparılan mübarizəyə siyasi və mənəvi dəstək verilir. Bakı Təşəbbüs Qrupunun yaradılması da bu məqsədə xidmət edir. Bakı Təşəbbüs Qrupu tərəfindən bütün dünyada müstəmləkəçiliyə məruz qalan xalqlara, xüsusilə Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı fransız müstəmləkələrinə həsr olunmuş beynəlxalq tədbirlər keçirilir.
Xatırladaq ki, Fransa Koloniyalarının Azadlıq Cəbhəsi də bu ilin iyulunda Fransa koloniyalarında müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatların rəhbərlərinin Bakıda keçirilən birinci qurultayında yaradılıb. Fransa və Niderlandın 17 koloniyasının səlahiyyətli nümayəndələri Azadlıq Cəbhəsinin yaradılması haqqında Yekun Bəyannaməni imzalayıblar. Həmçinin iştirakçılar Cəbhənin Nizamnaməsini təsdiqləyiblər.
Təbii ki, rəsmi Paris bütün bunları qıcıqla qarşılayır. Fransa XİN-in vətəndaşlarına səyahət xəbərdarlığı da buradan qaynaqlanır. Göründüyü kimi, ölkəmiz Fransanın müstəmləkəçi siyasətinə qarşı mübarizə aparan xalqların yanındadır və onlara dəstək verir. Qeyd edək ki, Fransa müstəmləkəçiliyinə qarşı yaradılan Bakı Təşəbbüs Qrupu qısa zaman kəsiyində mühüm işləri ilə seçilib. Bu istiqamətdəki tədbirlər bundan sonra da davam etdiriləcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

