Regional təhlükəsizlik sistemində Azərbaycanın lider rolu
26.12.2012 [03:34]
Beynəlxalq siyasi konyukturada hər hansı dövlətin aparıcı mövqelərə çıxması həmin ölkədə möhkəm ictimai-siyasi sabitliyin, dinamik iqtisadi inkişafın, vətəndaş həmrəyliyinin və nəhayət, bütün bu faktorları uğurla milli maraqlar naminə mobilizasiya edən ardıcıl və məqsədyönlü xarici siyasətə əsaslanır. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən elmi-konseptual şəkildə əsasları qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yeni çalarlar qatılaraq, daha da zənginləşdirilən müstəqil Azərbaycanın təhlükəsizlik strategiyası, bu baxımdan öz dövrünün ən qabaqcıl təcrübəsini də əxz edərək, ölkəmizi nəhəng və genişmiqyaslı nailiyyətlərə qovuşdurur.
Regional təhlükəsizlik qlobal təhlükəsizlik sisteminin mühüm tərkib hissəsi olmaqla bərabər, onun davamlılığını şərtləndirən mühüm amillərdəndir. Dünya xəritəsinə nəzər salsaq, geopolitik subyektlərin daim qarşılıqlı təsirdə olmasına, hətta bir sıra hallarda bir regiondakı vəziyyətin digərinin təhlükəsizlik vəziyyətini şərtləndirdiyini müşahidə edə bilərik. İstənilən dövlətin təhlükəsizliyi hazırda geniş siyasi, iqtisadi və mədəni inteqrasiyaya məruz qalan dünyada beynəlxalq təhlükəsizlik anlayışından kənar təsəvvür edilə bilməz. Məhz bu baxımdan, bir çox beynəlxalq təşkilatların nizamnamə və sənədlərində də beynəlxalq təhlükəsizliyin qorunması problemi daim öz əksini tapmaqdadır.
Bu gün bütün dünyada təhlükəsizlik anlayışı dövlətlərin malik olduğu müdafiə potensialı ilə ölçülərək yalnız hərbi hazırlıq sahəsini əhatə etmir. Müasir dövrdə ayrı-ayrı dövlətlərin və bütövlükdə regionların təhlükəsizliyi siyasi, iqtisadi, enerji təhlükəsizliyinin təminatı baxımından səciyyələndirilir. Xüsusilə, iqtisadi təhlükəsizlik ölkənin milli təhlükəsizliyinin mühüm tərkib hissəsi olub, dövlətin geosiyasi gücü hesab edilməklə müstəqilliyin möhkəmlənməsinə xidmət göstərir. Artıq 21 ildir müstəqil dövlət kimi balanslandırılmış xarici siyasət yürüdən Azərbaycan həm də unikal coğrafi mövqeyə malik olmaqla bir deyil, bir neçə regionun təhlükəsizliyinin etibarlı və davamlı olmasında mühüm geopolitik faktor kimi çıxış edir.
Son illərdə beynəlxalq səviyyədə ölkəmizə qarşı diqqətin davamlı olaraq yüksəlməsinə gətirib çıxaran ən mühüm səbəblərdən biri də sürətli inkişaf yolunda irəliləyən Azərbaycanın qazandığı nailiyyətlərin miqyasını daim genişləndirərək uğurlu bir tərəqqi modelinin əsasını qoymasıdır. Bunun nəticəsidir ki, hazırda dünyada inkişafın Azərbaycan modelindən getdikcə daha çox bəhs olunmağa başlanılır, onun konkret xüsusiyyətlərinin öyrənilməsinə böyük diqqət yetirilir. Özü də dünya miqyasında 155 ölkənin dəstəyini alaraq, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilən Azərbaycan təkcə sürətli sosial-iqtisadi inkişafına görə yox, digər sahələr üzrə əldə edilən möhtəşəm nailiyyətləri baxımından da liderlər cərgəsində yer alan ölkə kimi qəbul olunur.
Ötən dövrdə Azərbaycanın enerji siyasəti daha da zənginləşib və respublikamız dünyada təchizatçı kimi mövqeyini möhkəmləndirib. Bu il karbohidrogen ehtiyatlarının hasilatında və nəqlində artım meyilləri baş verib, xarici ölkələrə ixrac olunan yanacaq resurslarının həcmi əhəmiyyətli dərəcədə artıb. Azərbaycan bölgənin bir çox ölkəsinə yanacaq ehtiyatlarının nəqlini həyata keçirməklə diversifikasiya siyasətini gücləndirib. Azərbaycan yola saldığımız ildə dünyanın 30-a yaxın ölkəsinin enerji təminatında mühüm rol oynamaqla qlobal iqtisadiyyatda xüsusi çəkiyə malik dövlət olmasını təsdiqləyib.
Ölkəmiz yanacaq-enerji sektorunda ən mühüm nailiyyətlər əldə edib. Rusiya istiqamətində şimal marşrutunun nəqletmə gücünün artırılması, İrana qaz ixracına başlanılması, qardaş Türkiyə ilə yeni əsrin ən mühüm iqtisadi hadisələrindən biri olan tranzit sazişinin imzalanması, AGRİ layihəsinin əsasının qoyulması, digər dövlətlərlə yanacaq nəqlinə dair razılaşmaların əldə olunması, karbohidrogen ehtiyatlarının axtarış-kəşfiyyat işlərinin uğurla aparılması və yeni enerji bloklarının kəşf edilməsi ölkəmizin iqtisadi təhlükəsizlik sahəsində əldə etdiyi uğurlarını şərtləndirən faktorlar kimi dəyərləndirilə bilər. Xatırlatdığımız kimi, 2010-cu ilin ən zəngin iqtisadi yeniliklərindən biri iyun ayında Azərbaycanla Türkiyə arasında təbii qazın satışı və nəqli üzrə sazişin imzalanmasıdır. Daha sonra, TANAP sazişini imzalamaqla Azərbaycan və Türkiyə regionda əməkdaşlıq və təhlükəsizlik dəhlizinin möhkəmlənməsi üçün yeni təməllər yaradıb.
Bundan başqa, həmin ildə Azərbaycan, Gürcüstan və Rumıniyanın dövlət başçılarının, Macarıstanın isə baş nazirinin iştirakı ilə AGRİ layihəsinə dair imzalanan saziş geoiqtisadi əhəmiyyətinə görə, böyük strateji məzmun kəsb edir. Bu layihə Xəzər-Qara-Aralıq dənizlərinin əhatə olunduğu hövzənin enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verməklə yanaşı, yeni strateji əməkdaşlıq platformalarının formalaşmasına və uzunmüddətli perspektivdə davam etdirilməsinə əlverişli zəmin yaradır.
Bütün bunlar onu göstərir ki, strateji xarakterli infrastruktur layihələrinin gerçəkləşməsi, ictimai həyatın bütün sahələrinin yeniləşdirilməsi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm tərkib ünsürünə çevrilib. Bu tədbirlər ümumilikdə əhalinin bütün təbəqələrinin, insanların daha firavan və rahat yaşayışının təmin edilməsinə, ümumilikdə ölkə iqtisadiyyatının dinamik inkişafına yönəlib.
Ölkəmizin iqtisadi mövqeyinin möhkəmlənməsi beynəlxalq aləmdə siyasi çəkisinin artmasına geniş yol açır ki, bu da ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə gedən yolu yaxınlaşdırır. Hər bir ölkənin iqtisadi və siyasi inkişafı üçün sabitlik gərəkdir. Bölgədə münaqişəli məsələlərin mövcudluğu regional əməkdaşlığa öz mənfi təsirini göstərir. Dünyanın ən nüfuzlu təşkilatlarının tribunalarından bəyan edilir ki, problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Dağlıq Qarabağ münaqişəsi regionun iqtisadi inkişafına maneədir. Təbii ki, bu gün bütün sahələrdə mühüm uğurlara imza atan Azərbaycan bu problemi yaşamasaydı, daha böyük nailiyyətlər əldə etmiş olardı. Xalqımız Azərbaycanın bugünkü uğurları fonunda Dağlıq Qarabağ probleminin də tezliklə öz müsbət həllini tapacağına böyük əminliklə yanaşır.
Bu ilin diplomatik uğurları sırasında hərbi-siyasi təşkilat olan NATO-nun Lissabon sammitində Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qətnamənin qəbulunu xüsusi qeyd etmək lazımdır. Hansı ki, bu qurum daim seyrçi mövqedə dayanmağa üstünlük verərək, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun fəaliyyətini önə çəkirdi. Artıq bu sənədin qəbulu bir daha təsdiqlədi ki, Ermənistanın ədalətsiz mövqeyi bütün beynəlxalq təşkilatları narahat edir, münaqişənin tezliklə nizamlanmasına səy göstərilir. Digər bir beynəlxalq və nüfuzlu təşkilat olan ATƏT-in Astana sammitində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təşkilatın yekun Bəyannaməsində öz əksini tapması diplomatik cəbhədə əldə edilən uğurlardan biri kimi yadda qaldı. Əldə olunan bu nailiyyətlər Prezident İlham Əliyevin “hücumçu diplomatiya” xəttinin bariz nəticəsidir.
Məhz bu kontekstdə Azərbaycanı beynəlxalq sferada xarakterizə edən başlıca xüsusiyyətlər onun sürətli iqtisadi inkişafı olmaqla yanaşı, həm də həyata keçirdiyi islahatlar, hüquqi dövlət quruculuğunun formalaşdırılması üçün gördüyü işlər, vətəndaş cəmiyyətinin davamlı olaraq tərəqqi etməsi, siyasi, fikir plüralizminin daha möhkəm əsaslarla bərqərar olması istiqamətində atdığı konkret addımlardır. Bu gün ölkəmizdə sosial-iqtisadi inkişafa paralel olaraq siyasi, elmi, mədəni və digər vacib sahələrdə də sürətli tərəqqi qeydə alınır. Bu da öz növbəsində Azərbaycanın ümumi inkişaf tempinin daha dinamik xarakter daşımasına təkan verməklə bərabər, onun Avroatlantik məkana uğurlu inteqrasiya prosesinə öz töhfəsini verməkdədir. Beləliklə də, Azərbaycanın ümumi inkişafda əldə etdiyi möhtəşəm nailiyyətlərin ən ümdə səbəblərindən biri ölkədə siyasi, iqtisadi və digər vacib sahələr üzrə islahatların paralel şəkildə aparılması, bunların birinin digərini tamamlamasıdır. Qeyd edilən inkişaf yolu ümumi nailiyyət göstəriciləri baxımından Azərbaycanın təkcə mövcud olduğu regionda yox, daha böyük coğrafi məkanda lider mövqedən çıxış etməsini şərtləndirən əsas amillərdəndir.
Qarşıdakı dövr ərzində Azərbaycanın inkişaf göstəricilərinin yenə də böyük uğurlarla müşayiət olunacağı proqnozlaşdırılır və bunun üçün ölkədə lazımi bazis formalaşdırılıb. Xüsusən də, iqtisadi sferada Azərbaycanın mövcud potensialı, o cümlədən, maliyyə imkanları sözügedən sahə üzrə dinamik tərəqqi tempinin qorunub saxlanmasına geniş imkanlar yaradır. Artıq bu gün Azərbaycanın valyuta ehtiyatları 45 milyard dolları keçir və ilin sonuna kimi bu rəqəmin daha bir neçə milyard dollar artacağı gözlənilir. Bu da öz növbəsində Azərbaycan iqtisadiyyatının gələn illər ərzində davamlı inkişafının qorunub saxlanmasına təkan verəcək vacib amillərdən sayılır. Prezident İlham Əliyev bununla əlaqədar bildirmişdir: “Bu, əlbəttə ki, bizi daha da gücləndirir, bizi tam şəkildə əmin edir ki, bundan uzun illər, onilliklər sonra Azərbaycan ancaq və ancaq inkişaf yolu ilə gedəcək, Azərbaycan daha da çiçəklənəcək, daha da zəngin dövlətə çevriləcək və ölkə qarşısında duran iqtisadi və sosial problemlər daha da sürətlə həllini tapacaqdır. Bütövlükdə bu mənzərə bir daha onu göstərir ki, Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır, daxili resurslara söykənir, Azərbaycanda iqtisadi və sosial məsələlərin həllində düşünülmüş proqram, strategiya, hər il üçün layihə paketi vardır”.
Azərbaycan iqtisadiyyatının dinamik artımı ölkə vətəndaşlarının da sosial durumuna müsbət təsir göstərir, insanların maddi rifah halının daha da yüksəlməsinə səbəb olur. Bu isə sosial problemlərin uğurlu həllindən, Azərbaycanın sürətlə inkişaf etməsindən, həyata keçirilən islahatların səmərəliliyinin yüksək olmasından xəbər verir.
Dünya enerji siyasətində və beynəlxalq münasibətlər sistemində sürətlə dəyişən konyukturaya uyğun olaraq yeni prioritetlər, dövlətlərarası və beynəlxalq əlaqələrdə fərqli istiqamətlər meydana çıxmışdır. Bu baxımdan, ölkəmizin bağladığı əsas beynəlxalq müqavilələr və ötən müddətdə aparılan uğurlu enerji siyasəti nəticəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi daha da möhkəmlənmiş, respublikanın təhlükəsizliyinin və gələcək tərəqqisinin əlavə təminatları yaradılmış, Qərb dünyasının Azərbaycana olan etimadı artmış və nəhayət, Azərbaycan Ümumavropa təhlükəsizlik sisteminə daxil olaraq, xüsusilə də, enerji sahəsində həlledici rol oynamağa başlamışdır.
Azərbaycan inkişaf edən Xəzəryanı dövlət olmaqla bu bölgədə vacib faktordur və bu cəhətdən həll edilən hər bir məsələ, qəbul edilən hər bir qərar ilk növbədə bilavasitə Azərbaycanın milli mənafeləri baxımından nəzərdən keçirilir. Rusiya, İran, Qazaxıstan, Türkmənistanla hərtərəfli əməkdaşlığı olan ölkəmiz bu dövlətlərlə ayrılıqda ikitərəfli münasibətlərini inkişaf etdirir. Rusiya üçün Azərbaycan etibarlı enerji partnyoru, ən müxtəlif sahələrdə tərəfdaş və stabil inkişaf etən ölkə kimi cənub sərhədlərinin sabitliyi və təhlükəsizliyinin təminatıdır. İran üçün Azərbaycanın Cənubi Qafqaz bölgəsindəki əhəmiyyətli yeri danılmazdır və Qərb dövlətləri ilə də balanslı siyasət aparan müsəlman ölkəsi kimi dəyərli qonşu və lazımlı iqtisadi, siyasi partnyordur.
Özündə çoxsaylı maraqları qovuşduran və geniş inkişaf perspektivləri olan Cənubi Qafqaz regionunda Azərbaycan, sözsüz ki, özünün məqsədəuyğun və ardıcıl inkişaf siyasəti ilə regional tərəqqidə təkanverici amildir. Bölgənin üç dövlətindən biri olan Ermənistanın qeyri-konstruktiv və qeyri-adekvat siyasəti üzündən region ölkələri arasında ikitərəfli əsasda sıx qonşuluq və dostluq əlaqələrinin qurulmasında maneələr qalmaqdadır. Lakin işğalçılıq siyasətinin qurbanı olmasına baxmayaraq, Azərbaycan bölgədə və bütün dünyada məhz sülh və stabilliyin tərəfdarı olmaqla Qafqaz regionunda təhlükəsizliyin etibarlı təminatı üçün əlindən gələni edir və müvafiq siyasəti davam etdirəcəyini dəfələrlə bəyan etməkdədir.
Dəqiq və hərtərəfli düşünülmüş regional siyasətlə yanaşı, Azərbaycan qlobal müstəvidə ABŞ və Rusiya ilə münasibətlərinə xüsusi əhəmiyyət verərək, strateji müttəfiqlik əlaqələrini inkişaf etdirir. ABŞ və Rusiya isə öz növbəsində Azərbaycanın, Xəzəryanı bölgənin və Cənubi Qafqazın iqtisadi cəhətdən güclənməsində, region dövlətlərinin sabit inkişafının və suverenliyinin möhkəmlənməsində mühüm faktor olduğunu qəbul edir və onun bu istiqamətdəki uğurlu siyasətini dəstəkləyir. Bu gün də hər iki dövlət Azərbaycanın diversifikasiyaya əsaslanan enerji siyasətinin, eləcə də, Şərq-Qərb enerji-nəqliyyat dəhlizi layihələrinin Azərbaycana və bütün regiona inkişaf və sabitlik gətirəcəyinə böyük inam nümayiş etdirməkdədir.
Müasir dövrdə ölkə daxilində və xaricində terrorizmə qarşı mübarizə təhlükəsizliyini təmin etmək istəyən hər bir dövlətin siyasi strategiyasının tərkib hissəsinə daxildir. Uzun müddət dünyanın siyasi-hərbi xəritəsində ən mühüm təşkilat olan NATO-nun əsas məqsədi öz üzv dövlətlərinin bilavasitə müdafiəsinin və təhlükəsizliyinin təmin edilməsi olub, bu gün də onun başlıca vəzifəsi olmaqda davam edir. Bir sıra antiterror əməliyyatlarında iştirak etmiş Azərbaycanın bütün qlobal təhlükəsizlik və stabilliyi əsas tutan NATO ilə əlaqələri də nəinki ölkəmiz, həmçinin, bu təşkilat üçün də əlverişlidir. Belə ki, ərazisində heç bir xarici dövlətin hərbi qüvvələri olmayan həmçinin, Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycan Avroatlantik Alyansın gələcəkdə böyük starateji əhəmiyyətə malik Qafqaz regionuna, Yaxın və Orta Şərqə doğru genişlənməsi ilə əlaqədar ən əhəmiyyətli ölkə rolunu oynaya bilər.
NATO-Azərbaycan əməkdaşlığını stimullaşdıran başlıca faktorlar içərisində Türkiyənin özünəməxsus yeri var. Azərbaycanın strateji müttəfiqi olan Türkiyə bir tərəfdən, ərazisində Rusiyanın hərbi bazaları olmayan Azərbaycanın təhlükəsizliyinin qarantı kimi çıxış edir, digər tərəfdən, XXI əsrdə dünyanın mühüm enerji tərəfdaşına çevrilən Azərbaycanın neft ixracı yolunda çıxış nöqtəsi rolunu oynayır. Məhz buna görə, Türkiyə və Azərbaycanın NATO-nun hərbi-siyasi müstəvisində əhəmiyyəti artmaqdadır ki, bu da qarşılıqlı əlaqələrin getdikcə genişlənməsinə səbəb olur. Bu baxımdan, Azərbaycanın NATO ilə effektiv münasibətləri Türkiyə ilə hərbi-siyasi əməkdaşlığı daha da dərinləşdirməyə imkan verə bilər. Azərbaycan-Türkiyə münasibətləri heç bir digər ikitərəfli münasibətlə müqayisə edilə bilməz və bu iki dövlət arasındakı münasibət özünün tarixi, mədəni, siyasi bağlılığı ilə sıx strateji müttəfiqlik və ən əsası yaxın qardaşlıq və dostluq xarakteri ilə fərqlənir.
Bütün bunlar, eyni zamanda, Azərbaycanın Avropa İttifaqının “Qonşuluq Siyasəti” proqramı çərçivəsində mühüm strateji ölkə olduğunu göstərir və Cənubi Qafqaz ölkələrinin Birliyə inteqrasiyasında hərəkətverici dövlət statusunu təsdiqləyir. Avropanın diqqətində olan məsələ budur ki, bölgədə sülhə, sabitliyə və əməkdaşlığa ən çox meyilli və bu işə yardım edə biləcək dövlət də məhz Azərbaycandır. Bu gün geniş iqtisadi, siyasi, hüquqi və sosial islahatları davam etdirən ölkəmiz Avropa dəyərlərinə yiyələnmiş, savadlı, demokratik təbiətli, inkişafa meyilli və tolerant əhaliyə, bəşəri dəyərləri yüksək qiymətləndirən elitaya malikdir. Qeyd etmək lazımdır ki, bütün dünyada təkcə insan hüquq və azadlıqlarının qorunması deyil, həmçinin, dövlətin daxilində və dövlətlərarası münasibətlərdə də bərabər hüquq və ədalətlilik prinsipinin rəhbər tutulması bütövlükdə bəşəriyyətin təhlükəsizliyinə və əmin-amanlığa şərait yaratmış olur, stabilliyi təmin edir. Bu baxımdan beynəlxalq təşkilatların və dövlətlərin sadalanan istiqamətdə birgə fəaliyyətə və qarşılıqlı əməkdaşlığa cəlb olunması mühüm əhəmiyyətə malikdir.
Beynəlxalq siyasi şəraitin dəyişməsi ilə müxtəlif dövlətlər öz geosiyasi mənafeyini qorumağı bacarmalıdır. Siyasi proseslərdə milli mənafeyin qorunması bacarığında milli özünüdərketmə əhəmiyyətli rol oynayır. Dünyanın, regionun siyasi dəyişikliyi prosesində milli mənafeyin qorunması birbaşa olaraq müstəqilliyin, suverenliyin qorunması deməkdir. Hal - hazırda müstəqil Azərbaycan özünün sülhpərvər mövqeyi, qonşu, region və bütövlükdə əməkdaşlığa meyilli olan bütün dövlətlərlə etibarlı əlaqələrinin səviyyəsi, həmçinin, yüksək siyasi, iqtisadi, inkişaf potensialı ilə dünya dövlətləri arasında rəğbət və dəstək qazanmaqda davam edir. Eyni zamanda yerləşdiyi regionun stabil inkişafı və təhlükəsizliyinin təminatında üzərinə düşən rolu uğurla yerinə yetirir.
Aydın Hüseynov
YAP Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43

