Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qərbin yeni planı - Ermənistan qorxulu oyuna sürüklənir...

Qərbin yeni planı - Ermənistan qorxulu oyuna sürüklənir...

16.10.2024 [10:12]

Fransa Qərbi Zəngəzurda yeni “kamp” salmaq niyyətinə düşüb?

Boşalan “Sünik”ə kimlər köçürülə bilər...

2020-ci ildən başlayaraq bölgədə yaranan yeni siyasi reallıqlar olduqca maraqlı bir mənzərə formalaşdırıb. “Qarabağ kartı” əlindən çıxan Qərb regionda destabilizasiyanın yeni fazasını yaratmaq üçün yollar axtarır. Hazırki vəziyyətdə buna nail olmaq imkanı çox aşağıdır - çünki daima bölgədə “siyasi-hərbi alət” rolunu oynayan Ermənistan çox zəifdir. 44 günlük müharibə vaxtı:

- Ordusu darmadağın edilib;

- Onsuz da zəif olan iqtisadiyyatı çöküş yaşayır;

- Sosial vəziyyət acınacaqlı haldadır;

- Ermənistan vətəndaşlarını yenidən qarşıdurmalara cəlb etmək çox çətin olacaq - onlar Azərbaycanın gücünü əyani şəkildə gördülər...

Beləliklə, Qərb aylardır Ermənistanı silahlandırmaqla, orada jandarmeriya formalaşdırmaqla yanaşı, həm də özünün başqa planlarına da “korrektə” etmək məcburiyyətindədir. Başqa sözlə desək, “B” planı işə düşür...

Paris iş başındadır...

Avropanın siyasi analitikləri Qərbin güclü siyasi manevr qabiliyyətini hər zaman önə çəkirlər - xüsusilə, Fransanın ən minimal ehtimalı belə dəyərləndirmək üçün milyonlar xərclədiyi şübhəsizdir. Paris həm də özünün “sərmayəsi”ni boş yerə xərcləməz - pafoslu “erməni sevgisi” balladası boş taftalogiyadan uzağa getməyən faktordur. Makron hakimiyyəti müəyyən mənada kollektiv Qərbin “siyasi paradiqma”sını həyata keçirir. Qabarma və çəkilmə mərhələlərinə əsaslanan bu siyasi xəttin aşağı-yuxarı nəticələri və səmərəsi əvvəlcədən hesablanıb. Əksini inkar etmək çətindir.

Məsələn, Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi “X” səhifəsində bildirib ki, Dünya Ərzaq Proqramı çərçivəsində Qərbi Zəngəzurda həyata keçirilən layihələrin yarıdan çoxu Fransa tərəfindən maliyyələşdirilir. Səfir Qərbi Zəngəzuru (ermənilər Sünik deyir) strateji cəhətdən vacib və həssas bir bölgə kimi dəyərləndirib. “Fransa Ermənistanda öz resurslarını inanclarına uyğun olaraq istifadə edir”, - deyə səfir qeyd edib.

İlk baxışdan ənənəvi “dəstək” kampaniyasının tərkib hissəsi sayılan bu açıqlama özündə bir sıra siyasi-sosial planları gizləyə bilər. Verilən koordinata və “bəyanata” kompleks şəkildə nəzər saldıqda bəzi məsələlər diqqəti cəlb edir. Niyə axı Sünik? Ermənistanda Sünikdən zəif region yoxdur - heç bir parametrinə görə, Sünik sosial cəlbediciliyə və strateji əhəmiyyətə malik deyil. Tam əksinə, Ermənistanın ən az məskunlaşma bölgəsi sayılan bu tarixi Azərbaycan torpaqlarında 1990-cı illərdən bəri kütləvi köçlə bağlı statistika mühüm rəqəmlərlə ifadə edilir...

Demoqrafik vəziyyət ermənilərin dili və gözü ilə...

Kiçik bir arayış verək: - Azərbaycanın tarixi Qərbi Zəngəzur torpağı olan Sünik vilayəti 1995-ci ildə yaradılıb. Ermənistan parlamentinin 7 noyabr qərarı ilə Qafan, Sisiyan, Meğri və Gorus rayonları ləğv edilib, onların hesabına Qafan mərkəz olmaqla Sünik vilayəti formalaşdırılıb. 4506 kvadrat kilometr əraziyə malik bu vilayətdə son statistikalara görə 120 mindən az adam yaşayır - bu rəqəm Ermənistanın özünün elan etdiyi rəqəmdir və onun şişirdilməsi çox böyük ehtimala söykənir. Müqayisə üçün bu regionun coğrafi ərazisi ilə eyni ölçülərə malik Azərbaycanın iki rayonunu götürsək, məsələn, Tovuz və Quba rayonlarını (ikisinin birgə ərazisi 4505 kvadrat kilometr), orada 400 mindən artıq insan yaşayır. Sünikdə orta sıxlıq hər kvadrat kilometrə cəmisi 26 nəfər düşür. Bu, həmin regionun hazırki yaşayışsızlıq mənzərəsini özündə əks etdirir.

Paralel olaraq qeyd edək ki, bu regiondan miqrasiyanın dərəcəsi də olduqca böyükdür - 2023-cü ilə olan məlumata görə, 2019-cu illə müqayisədə Sünik əhalisi 15 faiz azalıb. Bu barədə Ermənistanda partiya sədri olan Mesrop Arakelyan özünün Facebook səhifəsində yazıb.

Və ya başqa bir rəsmi əsas: erməni tarixçi-demoqraf Mikael Malxasyan bildirib ki, 2022-ci ildə aparılan siyahıyaalınma zamanı ortaya çıxan rəqəmlərlə 2011-ci ildəki siyahıyalınma zamanı mövcud olan rəqəmləri müqayisə edərkən ən acınacaqlı durumun Sünikdə yaşandığını görmək olar: “2022-ci ildə əldə edilən rəqəmlər onu göstərir ki, Sünikdə daimi əhalinin sayı 2011-ci illə müqayisədə təxminən 20 faiz azalıb - başqa sözlə hər beşinci sakin Sünikdən çıxıb”.

Malxasyan bildirib ki, Sünikdə daimi əhali əgər 2011-ci ildə 114 488 nəfər idisə, 2022-ci ildə 110 000 nəfərdən azdır.

Beləliklə, bu rəqəmlər özündə bəzi maraqlı nüansları ehtiva edir. Qərbin timsalında Fransa görəsən Süniki hansı “xüsusi əhəmiyyətinə” görə, özünün “himayəsinə” alır?

“Çoxbaşlı” plan...

Eyni koordinat - Fransa yeni oyununu Qərbi Zəngəzura istiqamətləndirir

Birinci Qarabağ müharibəsindən sonra Ermənistan və onun himayədarları sayılan Qərb dünyası işğal faktını daha da möhkəmləndirmək üçün Azərbaycan ərazilərinə xarici ölkələrdən erməniləri köçürməyə başladı. Hətta 30 il ərazində Qarabağa, Şərqi Zəngəzura Yaxın Orta Şərqdən (daha çox Livandan), Avropadan və digər regionlardan “erməni ailəsi” adı altında terrorçu birliklərin yerləşdirilməsi, onların fonunda isə “əhali sayını artırmaq istəyi sirr deyildi. Ermənistan KİV-nə istinadən bəzi faktlara diqqət yetirək:

- 2012-2015-ci illərdə, köçürülən əhalinin tikinti materialları ilə təmin olunmasına 3 milyard Ermənistan dramı (5,8 milyon ABŞ dolları) ayrılmışdı;

- Təkcə 2015-ci ildə bu məqsədlər üçün təxminən 350 milyon Ermənistan dramı (673 min ABŞ dolları) ayrılmışdı;

- 2007-ci ilin iyununda Ermənistanın “Hetq” internet nəşri qondarma “DQR”in nümayəndəsinə istinadən xəbər verirdi ki, 2001-ci ildə, ümumilikdə, 36 min nəfərin köçürülməsi üzrə 10 illik Strateji Plan qəbul edilib. Bu plana əsasən, 10 min mənzilin, 200 məktəbin, səhiyyə müəssisələri, suvarma kanalları və yolların tikintisi planlaşdırılırdı. Bu hədəflərin icrası üçün təxminən 120 milyon ABŞ dollarının ayrılması nəzərdə tutulurdu.

Real rəqəmlər bu səsləndirilən rəqəmlərin daha da üstündədir - bu maliyyə vəsaiti isə təbii ki, Ermənistanın özü tərəfindən ödənilmirdi. Həmin dövrlərdə də Qərb fərqli fondların əli ilə Ermənistanı “stimullaşdırmaq”, “sosial inkişaf etdirmək” adı altında bu planlara yüz milyonlarla pul xərcləyirdi. Diqqət yetirsək, koordinat yenə də eyni nöqtəni göstərir - Fransa bu gün eyni fəaliyyəti Qərbi Zəngəzurda həyata keçirməyə başlayır.

Sünikin seçilmə səbəbi...

Səsləndirdiyimiz ritorik sual yenə də ortaya çıxır - niyə bu plan üçün Sünik seçilib? Fransanın Qərbi Zəngəzurun boş ərazilərinə xüsusilə Livandan gətirilmiş terrorçuları, silahlıları, qeyri-sivil insanları yerləşdirməsinin altında mühüm məqamlar yatır.

Birincisi, Fransa Qərbi Zəngəzura pul ayırmaqla və orada Livandan olan erməniləri məskunlaşdırmaqla hazırki situasiyada Qərbi təhdid edən yeni mühacir axınının qarşısını almağa çalışır. İllərdir qeyri-qanuni mühacir axınına məruz qalan Qərb anlayır ki, yeni axın “köhnə qitə”nin demoqrafik atlasını kökündən dəyişəcək - bu dəfə əhali nisbəti əsaslı şəkildə gözə görünəcək səviyyəyə qalxacaq. Bunun qarşısını almaq üçün isə Ermənistanın demək olar ki, boş Sünik vilayəti tam olaraq uyğundur.

İkincisi, Qərb bu yolla region üzərində yeni təhdid yaratmaq üçün özünün maliyyələşdirdiyi silahlı terrorçuları həmin ərazilərə yerləşdirəcək. Sünik bunun üçün olduqca “əlverişlidir” - bu ərazi həm Azərbaycana, həm İrana, həm də Türkiyəyə yaxındır. Dolayısı ilə həm Rusiya, həm də Gürcüstan bu yolla “nəzarətdə” saxlanıla bilər. Paralel olaraq Mərkəzi Asiya və digər ərazilərə qədər “əl uzana bilər”.

Üçüncüsü və ən real məsələ isə “gələcəyin layihəsi” adlanan Zəngəzur dəhlizinə qarşı yeni sabotajdır. Məhz Livandan və başqa ərazilərdən köçürülən ermənilərin əli ilə “təhdid görüntüsü” yaratmağa çalışan Qərb dəhliz üzərində özünü “söz sahibinə” çevirməyə çalışır. Beləliklə, Fransanın Qərbi Zəngəzura maliyyə axını yönləndirməsi özünün gerçək səbəblərini ortaya çıxarır.

5 aprelin daha bir məqamı üzə çıxır...

Bu fakt həm də bir başqa nüansda özünü qabarıq şəkildə hiss elətdirir - Qərbin son illərdə apardığı “mübarizə” vahid qütb olmaq uğrundadır. Bu “ideyaya” əks çıxan, özünün müstəqil siyasi kursundan dönməyən, lokal qarşıdurmalarda tərəf olmayan dövlətlərə qarşı Qərb yenidən ənənəvi “qorxu xofu planı” yürütmək istəyir. Bir çox siyasi mütəxəssislər bu planın da məhz 5 aprel görşündə razılaşdırıldığını düşünür. Orada hərbi və siyasi “dəstəklə” yanaşı, sosial “dəstək”dən söz açılması məhz bunu ifadə edir. Belə ki, Qərb institutları məhz bu ad altında terrorçuların maliyyələşdirilməsini həyata keçirə bilər...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 193 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Makronun yeni antirekordu

01 Noyabr 11:13  

Analitik

İqtisadiyyat

Ədəbiyyat

Siyasət

Sülh yaxındadır!

01 Noyabr 07:28

Maraqlı

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30