Bahar Muradova: Belə bir qərar AŞ PA-nın fəaliyyətində çox önəmli yer tutan hadisə olacaq
25.01.2013 [11:54]
“Azərbaycan dövlətinin AŞPA-nın məruzəçisinin “siyasi məhbus” məsələsi ilə əlaqədar hesabatına dair mövqeyi əvvəlcədən aydın idi və biz öz mövqeyimizi dəfələrlə bəyan etmişdik. Biz Azərbaycana qarşı təzyiqə əsaslanan hansısa fəaliyyəti qəbul etmirdik. AŞ PA-nın qış sessiyasında həmin hesabatla bağlı gedən müzakirələr də göstərdi ki, bu məsələyə münasibətdə Azərbaycan tək deyil, Avropa ölkələrinin bu təşkilatda üzvü olan parlamentarilərinin mütləq əksəriyyəti bu mövqedədir. Və çox haqlı olaraq Ştrasserin hesabatı qəbul olunmadı”. Bu fikirləri yap.org.az saytına Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
B.Muradova bildirib ki, belə bir qərar AŞ PA-nın fəaliyyətində çox önəmli yer tutan hadisə olacaq və olmalıdır. Çünki bu, qaranlıq məqsədlərə görə belə bir məsələni ortaya atmaq və bunu AŞ PA kimi mötəbər qurumun gündəminə gətirmək, eyni vaxtda bir ölkə ilə bağlı iki hesabatın müzakirəyə çıxarmağın yalnış yol olduğunun sübutu oldu.
“Hesab edirəm ki, AŞ PA-nın rəhbərliyi, rəsmi qurumları bundan müvafiq nəticə çıxaracaqlar. Bu hadisə eyni zamanda, Azərbaycanın Avropa Şurasına üzv olan bir dövlət kimi öz üzərinə götürdüyü öhdəliklərə sadiq olduğunun və insan haqları, söz və vicdan azadlığı, demokratik cəmiyyət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması ilə bağlı öhdəliklərə nə qədər sadiq olduğunun göstəricisidir ki, bunu da müzakirələrin gedişində ayrı-ayrı ölkələrin parlamentariləri söylədilər. Bilirsiniz ki, neçə illərdir bu məsələ Azərbaycana qarşı daim istifadə olunmaqdadır. Biz də hər dəfə öz mövqeyimizi qəti şəkildə ortaya qoymaqdayıq. Bu hesabatın da meydana çıxması təsadüfi deyildi və onun hansı dairələrə xidmət etdiyi, kimlərdən təkan aldığı da bəlli idi. Əlbəttə, hesabatın qəbul olunmaması çox yaxşı haldır və oyektiv qərardır. Ancaq bu o demək deyil ki, həmin dairələr bu və buna bənzər məsələləri bir daha gündəmə gətirilməyəcək” - deyə, vitse-spiker qeyd edib.
Gələcəkdə də, “siyasi məhbus” məsələnin yenidən beynəlxalq təşkilatlarda ortaya atılması cəhdlərinə gəlincə, B.Muradova hazırki hesabat Azərbaycana qarşı yönəlmiş qara niyyətli dairələrin planlarının bir mərhələsi idi. Həmin dairələrin bundan sonra da geri çəkiləcəklərini düşünmədiyini deyən vitse-spikerin fikrincə, yəqin ki, qarşıdakı dövrlərdə onların hansısa bəhanələrlə yenə də Azərbaycana qarşı fəaliyyətinin təzahürlərini görəcəyik.
“Amma Ştrasserin hesabatının qəbul olunmamasının özü çox ibrətamiz faktdır və mənə elə gəlir ki, AŞ PA-nın parlamentariləri bu məsələdə növbəti dəfə özlərinin alət olmasına imkan verməyəcəklər. Həmin məruzəçi ətrafında yaranmış ajiotaj, onun öz ölkəsində nüfuzu olmadığı halda AŞ PA-ya daxil olan ölkələr çərçivəsində həddən artıq onun personasının şişirdilməsi və Azərbaycana baş tutmayan səfərləri ətrafında yaradılan ajiotaj onu göstərir ki, bu hadisələr təkcə bir nəfərin istəyi ilə bağlı deyil. Bütün bunlar onu deməyə əsas verir ki, buna bənzər hadisələr yenə də baş verə bilər. Amma Azərbaycan bütün hallarda özünə qarşı ədalətsiz yanaşmalara cavab verməyə həmişə hazırdır. Bir daha vurğulayıram ki, AŞ PA-nın üzvü olan parlamentarilər bu kimi məsələlərə açıq gözlə baxmalıdırlar, həqiqəti söylənləri müdafiə etməlidirlər. Və ümid edirəm ki, parlamentarilər qarayaxma kampaniyası nəticəsində özlərinin gizli niyyətlərini ortaya qoyanlara AŞ PA-nın tribunasından geniş şəkildə istifadə etməsinə imkan verməyəcəklər. Eyni zamanda hesab edirəm ki, bu mötəbər beynəlxalq təşkilatın fəaliyyətində obyektiv problemlərin həllini bir kənara qoyaraq süni şəkildə yaradılmış problemləri qabardaraq bir ölkədən düşmən obrazı yaratmaq yolverilməzdir və kimlərinsə komplekslərindən çıxış edərək özlərini təsdiq etmək niyyətlərini ortaya qoyanların cavabları veriləcək. Ona görə yox ki, qərəzli yanaşma Azərbaycana qarşı yönəlib, ona görə ki, bu, ümumilikdə demokratik ruhlu insanlara, obyektiv və qərəzsiz insanlara qarşı yönəlmiş fəaliyyətdir. Ştrasserin məruzəsinin qəbul olunmaması ilə AŞ PA-nın parlamenariləri düzgün mövqe nümayiş etdirərək qərəzli dairələrə öz yerlərini göstərdilər” - deyə, B.Muradova vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

