Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İsmayıllıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib

İsmayıllıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib

26.01.2013 [14:22]

Dünən İsmayıllıda son günlər baş verən hadisələrlə bağlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib.
AzərTAc xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının əməkdaşları, sakinlər, ziyalılar, gənclər, idarə və müəssisələrin rəhbərləri iştirak ediblər.
Daxili İşlər Nazirliyinin idarə rəisi Cavanşir Məmmədov yanvarın 23-də baş vermiş hadisə ilə bağlı cinayət işinin açıldığını və araşdırma aparıldığını bildirib. Qeyd edilib ki, rayonda baş verən hadisələr zamanı yanğınlar törədilib, ictimai obyektlərə və şəxsi mülkiyyətə ciddi ziyan vurulub.
İsmayıllıda yaşanan gərginliyin hər kəsi narahat etdiyini qeyd edən YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov deyib ki, bu, bütövlükdə sabitliyimizə, dövlətçiliyimizə xələl gətirən, İsmayıllı sakinlərinin narahatlığına səbəb olan hadisədir. Biz bu narahatlığın tezliklə aradan qalxmasını istəyirik. Bu gərginliyin aradan qaldırılması üçün ən vacib şərtlərdən biri onun səbəblərini araşdırmaq, burada maraqlı olan tərəflərin niyyətini aydınlaşdırmaqdır. Mən qəti əminəm ki, bu olaylardan ən çox narahatlıq keçirən və əziyyət çəkən sadə insanlardır. Görünən odur ki, məişət zəminində baş verən xırda anlaşılmazlıqdan istifadə edənlər var. Müəyyən qüvvələr adi avtomobil qəzası ilə bağlı yaranan söz-söhbəti böyüdərək iğtişaşlara gətirib çıxarıblar. Bu hadisədən ayrı-ayrı qüvvələr siyasi divident qazanmağa çalışır.
Ə.Əhmədov ismayıllıların sağlam düşüncəli, dövlətçiliyi, sabitliyi sevən insanlar olduğunu bildirərək deyib: “Yerli camaat təxribatçı insanların müəyyən niyyət və hərəkətlərinə fikir vermir. Bu təxribatçı insanlar tezliklə ifşa olunmalıdır”.
İsmayıllı rayonunda YAP-ın minlərlə fəal üzvünün olduğunu bildirən Əli Əhmədov deyib ki, onlar dövlətimizə, rayonun inkişafına xidmət edən insanlardır. Onlar da bu narahatlığın aradan qalxmasına öz töhfələrini verəcəklər. Artıq rayonda vəziyyət normallaşıb. İsmayıllı camaatı rayonda sabitliyin təmin edilməsi işini öz əlinə almalı, təxribatlara uymamalıdır.
Tədbirdə çıxış edən rayon ziyalıları baş verənlərdən təəssüf hissi keçirdiklərini söyləyib, araqızışdıranları və belə hadisələrin bir də təkrarlanmaması üçün əllərindən gələni edəcəklərini vurğulayıblar.
Bildirilib ki, aksiya iştirakçılarına qarşı güc tətbiq edilməyib, əksinə, onlarla danışıqlar aparmağa üstünlük verilib.
Tədbirdə bir daha vətəndaşların təmkinli olması üçün izahat işlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, tələbləri küçələrdə deyil, müvafiq qurumlara sivil şəkildə müraciət etməklə bildirmək olar, aksiya iştirakçıları istənilən vaxt rayon rəhbərliyi ilə görüşüb şikayət və tələblərini irəli sürə bilərlər.

Paylaş:
Baxılıb: 922 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31