Kor döyüşün döyüşçüləri
05.02.2013 [01:16]
Deyirlər arzu və istək azadlığın mühüm əlamətidir. Yəni, insanın arzu və istəyi onun azadlığından qaynaqlanır. Razıyam və arzu edirəm ki, Allah hamını öz xeyirxah, xoşniyyətli arzu və istəyinə çatdırsın. Bəlkə də oxucu məni qınayar ki, “heç arzu və istəyin də xeyirxahı, xoşniyyətlisi olur, arzu elə arzudur da”.
Olur, deyirəm və bu barədə bir qədər sonra. Filosoflar hesab edirlər ki, arzu və istək ağılla idarə edilməsə, əks nəticə verər və insanı azadlığından da məhrum edə bilər. Yalnız ağlın rəhbərliyi ilə hərəkət edən insanlar azaddır.
Azadlığı çığır-bağır, saçyolma, üz cırma, hay-küy, demaqogiya, böhtan atmaq, şərləmək, gecə-gündüz deyinmək, kiməsə rəng yaxmaq, od vurmaq, dağıtmaq, cəmiyyəti bulandırmaq, tarazlığını pozmaq, dövləti aşağılamaq, dəqiqədə bir küçə yürüşlərinə çıxmaq, xırda bir məsələyə görə tumanının balağını başına çəkmək səlahiyyəti kimi başa düşənlər yanılır və belələri səhv yoldadırlar.
Təkcə demokratiyanın deyil, həm də bəşəriyyətin başlıca meyarı olan azadlıq, özbaşınalıq kimi başa düşülməməlidir. Azadlığın içində də bir davranış xətti, ədəb-ərkan, etik normalara hörmət olmalıdır. Əgər cəmiyyət və dövlət, dövlətin ali qanunu olan Konstitusiya sənə azadlıq verirsə, şəxsiyyət də cəmiyyət, dövlət və Ana yasa qarşısında azadlığın məsuliyyətini dərk etməlidir. Azadlığın məsuliyyətini dərk etmək, azadlıqdan doğan arzu və istəklərin də xeyirxah və xoşniyyətli olması qədər vacibdir. Əfsuslar olsun ki, müxalifətin arzusu, istəyi xeyirxahlıqdan uzaqdır.
Öncə bir Azərbaycan vətəndaşı kimi çox təəssüf edirəm ki, son zamanlar özünü cəmiyyətə “demokratlar” kimi təqdim etməyə çalışan bir qrup müxalif hoqqabazlar cəmiyyətdə su bulandırmaqla, yersiz çığır-bağırları ilə ictimai fikri özlərinə yönəltmək istəyirlər. Özlərini gözə soxmaqla, öz mətbuatlarında, internet məkanında Azərbaycan dövlətinə, dövlətçiliyinə, dövlət başçısına qara yaxmaqla, böhtan atmaqla, cəmiyyəti qızışdırmaqla, xırda bir məsələni süni surətdə şişirtməklə, şişirdib də qəzetlərin ön səhifəsinə çıxardıb xalqı, oxucunu çaşdırmaq kimi iyrənc bir işlə məşğul olurlar. Onların tərbiyəsiz davranışlarına kənardan baxarkən Vətənə, Dövlətə yad olduqlarını, ögey münasibət bəslədiyini, kin və paxıllıqlarını aydın görüb qoynumuzda neçə illərdən bəri ilanlar bəslədiyimizə bir daha əmin oluruq. Qədim əxlaq nəzəriyyəsində deyilir: “Bizim hər birimiz bir çox müştərək mərkəzləri olan dairələrlə əhatə olunmuşuq. İlk mərkəz bizdən başlayır-valideyn, övlad, həyat yoldaşı. İkinci mərkəz-yaxın qohumlar, əqrəbalar. Üçüncü Vətən, vətəndaşlar. Lap son dairə bütün bəşər nəslidir. Biz bu dairələrin qarşısında əxlaqımız, davranışımızla məsuliyyət daşıyırıq”.
Müxalifət sanki Azərbaycanda hərc-mərclik, xaos görmək, regionlarda gərginliyi artırmaq arzusundadır. Onlar üçün ailə, qohum-əqrəba, övlad, Vətən anlayışı sanki yaddır. Başa düşmürlər ki, cəmiyyətə od vurub sevinmək, öz yanan evinə qıraqdan baxıb sevinməklə eynidir. Yanan evdə öncə ailə əziyyət çəkirsə, dağılan cəmiyyətdə hamı əziyyət çəkəcək. Övladların bundan istifadə edən düşmənlərin quluna çevriləcək. Budurmu müxalifətin bugünkü istəyi, arzusu? Bəli, açıq-aşkar deyirəm ki, bu gün Azərbaycanda müxalifət adı altında Vətənə düşmən olan dağıdıcı qüvvələr var. Əcəba, görəsən son zamanlar onlar niyə belə dəridən-qabıqdan çıxırlar?
Məsələ aydındır. Qarşıdan prezident seçkiləri gəlir deyə, müxalifət başını itirib. Qanuni yolla hakimiyyətə gələ bilməyəcəklərini, xalqın onlara etimad etməyəcəklərini bildikləri üçün cəmiyyətdə dağıdıcı əməllərə əl atmaq, beynəlxalq təşkilatlar qarşısında ölkənin nüfuzunu aşağı salmaq, əvəzində yal payı, bir “thank you” (ingiliscədən sağ ol) almaq yolunu tutublar.
Bu yaxında mətbuatda oxuyuram ki, müxalifət mətbuatı erməni mətbuatı ilə birgə toy-bayram qurub. Ulu öndər Heydər Əliyevin Meksikada ucaldılmış abidəsinin yerinin dəyişdirilməsi xəbərini sevinclə qarşılayır və üstəlik Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin də götürülməsini səbrsizliklə gözləyirlər. Necə də miskin düşüncə. Xocalıda vətən uğrunda şəhid olmuş qəhrəman vətəndaşlarımızın ruhu bunu onlara bağışlamayacaq. Ən azından.
Müxalifət bilməlidir ki, bu gün içində yaşadığı müstəqil Azərbaycan dövlətinin müstəqilliyini qoruyub saxlayan, onu dünyada tanıtdıran, nüfuzlu ölkəyə çevirən, dünyanın ictimai fikrini öz xeyrinə yönəldən, dünya azərbaycanlılarını bir araya toplayan, ölkədə sabitlik yaradan Ümummilli lider Heydər Əliyev oldu. Ölkə ağıllı insanlarla çiçəklənər deyiblər. Azərbaycan Ulu öndərin iti zəkası, ağlı ilə ayağa qalxdı. Nə yaxşı ki, bəxtimiz sayıq, xalqımız ayıq imiş ki, Tanrı bizə təcrübəli, dünyagörmüş, zamanın isti-soyuğunu dadmış, qədirbilən, dostluqda mərd, namərdə sərt, xalqına rəğbət, Vətəninə məhəbbət bəsləyən ağsaqqal bir kişi bəxş etmişdir ki, Ona məhəbbət abidəsi də hər bir azərbaycanlının ürəyindədir.
Bir mürşid öz müridinə dedi: “Əgər insan övladı ruziyə bağlı olduğu qədər ruzi verənə bağlı olsaydı, mövqeyi mələklərdən üstün olardı”. Ulu öndər Heydər Əliyev Azərbaycanın ağıl ruzisi idi. Bugünkü Azərbaycan və Onun uğurları həmin o ruzinin toxumlarıdır ki, cücərir, boy atır və xalqımız ondan bəhrələnir.
Cəvahir daşdan çıxar, hər daşdan çıxmaz deyiblər. Bəli, 1992-ci ildə ölkəni vətəndaş qarşıdurmasına aparan indiki müxalifətdən Azərbaycana iqtidar olmaz. Bunu tək mən demirəm, xalq deyir. Ona görə də, heç kəs müxalifətin beş-on nəfərlik küçə yürüşlərinə can atmır. Çünki xalq bilir ki, müxalifəti Vətən, Qarabağ dərdi maraqlandırmır. Onların hamısının könlündən prezidentlik keçir. Maraqlıdır, öz aralarında ortaq məxrəcə gələ bilməyən, vahid namizəd seçə bilməyən müxalifət nümayəndələri xalqı necə öz ətrafında birləşdirə bilərlər?
Müxalifət bu günün şadlıq və sevincini, ölkənin uğur və nailiyyətlərini sabahkı qəm qorxusu ilə puç edənlərdir. Onlar Prezident İlham Əliyevlə heç bir parametrlərinə görə rəqabətə girə bilməyəcəklərinə əmindirlər. Rəhmətlik atam Mikayıl Mirzənin təbirincə desək, “Müxalifət kor döyüşün döyüşçüləridir və bu döyüşdə məğlub olacaqlar”.
Bəlkə, elə ona görə də, əsəbidirlər və cəmiyyəti də əsəbi hala salmaq istəyirlər.
Mətin Mirzə
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

