/ / Mübariz Qurbanlı: Görülən işlər ideoloji-siyasi və təbliğat müstəvisində ermənilərin bizə qarşı apardığı saxta təbliğatın qarşısının alınmasında böyük rol oynayır
Mübariz Qurbanlı: Görülən işlər ideoloji-siyasi və təbliğat müstəvisində ermənilərin bizə qarşı apardığı saxta təbliğatın qarşısının alınmasında böyük rol oynayır
27.02.2013 [00:54]
“Xocalı faciəsi insanlığa qarşı qətliamdır və soyqırımı faktıdır. 21 il öncə erməni hərbi birləşmələri 366-cı alayın köməyi ilə Xocalı şəhərini yerlə yeksan edərək böyük soyqırımı törədiblər. Bu soyqırımı həqiqətləri hazırda dünya ictimaiyyətinə çatdırılır. Son illər ölkəmizin bu yöndə gördüyü işlər, o cümlədən, “Xocalıya ədalət” kampaniyası çərçivəsində aparılan işlər, Milli Məclisin, Xarici İşlər Nazirliyinin və diaspor təşkilatlarımızın fəaliyyəti təqdir olunmalıdır. Prezident İlham Əliyevin bütövlükdə Ermənistanın təcavüzünün aradan qaldırılması və informasiya müharibəsində Azərbaycanın mövqelərinin daha da möhkəmləndirilməsi üçün gördüyü işlər ciddi nəticələr verməkdədir”. Bu fikirləri yap.org.az saytına Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, ölkəmiz faktiki olaraq Ermənistanı ideoloji-siyasi təbliğat mübarizəsində tam şəkildə küncə sıxışdırıb və ermənilər dalana dirənib. Onun sözlərinə görə, Azərbaycanın apardığı məqsədyönlü iş nəticəsində ABŞ-ın 7 ştatının qanunverici orqanlarında Xocalı faciəsinin insanlığa qarşı cinayət olması ilə bağlı sənəd qəbul edilib.
“Eyni zamanda, ilk dəfədir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Con Beyner Nyu Meksiko ştatı Senatının Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar qəbul etdiyi qətnaməni Xarici Əlaqələr Komitəsində baxılmaq üçün Konqresə təqdim edib. Bildiyiniz kimi Nyu Meksiko ştatının Senatı 2013-cü il yanvarın 28-də qəbul etdiyi qətnamədə ABŞ Konqresi və administrasiyası Xocalıda baş vermiş qətliamı tanımağa, faciə nəticəsində həlak olmuş insanların xatirəsi anılmağa çağırılır. Ştatın partlamentinin hər iki palatasında qəbul edilmiş qətnamədə Nyu Meksiko qanunvericiləri Konqres və ABŞ prezidentindən hadisələrin rəsmi olaraq tanınmasını istəyib. Demək istəyirəm ki, bütün bunlar indiyədək görülmüş işlərin nəticəsidir. Eyni zamanda, Çexiya parlamentində Xocalı soyqırımı ilə bağlı qərar qəbul olunub. Bir sıra ölkələr, Meksika, Kolumbiya, Pakistan parlamenti Xocalı soyqırımını tanıyıblar. Eləcə də, İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq qurum bu barədə müvafiq sənədlər qəbul edib. Görülən işlər ideoloji-siyasi müstəvidə, təbliğat müstəvisində ermənilərin bizə qarşı apardığı saxta təbliğatın qarşısının alınmasında böyük rol oynayır. İndi Azərbaycan diaspor təşkilatları dövlətimizin dəstəyi ilə Xocalı soyqırımı ilə bağlı bütün dünyada vacib tədbirlər keçirirlər. Eyni zamanda, müvafiq dövlət qurumlarının da işləri xüsusi qeyd olunmalıdır” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
M.Qurbanlı YAP-ın Xocalı soyqırımı ilə bağlı geniş işlər həyata keçirdiyini deyib. Onun sözlərinə görə, partiya soyqırımla əlaqədar dünyanın bütün təşkilatlarına müraciətlər ünvanlayıb. “Hazırda gənclərimiz e-mail akiyası keçirirlər. Onlar dünyaın ən aparıcı təşkilatlarına, o cümlədən, ABŞ-ın müvafiq qurumlarına soyqırımı hadisələrini əks etdirən məlumatlar göndərirlər. Ümumiyyətlə, qısa zaman kəsiyində ölkəmiz bu faciə ilə bağlı həqiqətləri dünyaya çatdırıb və hüquqi sənədlərin qəbul edilməsinə nail olub. Bu işlərin davam etməsi Azərbaycanın Ermənistan üzərində ideloji qələbə qazanmasına və müəyyən nəticələr verməsinə gətirib çıxaracaq” - deyə, M.Qurbanlı vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42

