Afrika xalqlarının hüquqları BMT müstəvisində...
03.12.2024 [09:43]
Bakı Təşəbbüs Qrupu beynəlxalq tədbirdə təmsil olunacaq
Özünü demokratiyanın beşiyi kimi təqdim etməyə çalışan bəzi Qərb ölkələrinin, xüsusilə də Fransanın əslində, tarixən müxtəlif xalqlara qarşı müstəmləkəçilik siyasəti həyata keçirdiyi bütün dünyaya məlumdur. Bu müstəmləkəçilik siyasətindən əziyyət çəkənlər arasında Afrika xalqları da çoxluq təşkil edir. Fransa bir sıra xalqları hələ də öz müstəmləkəsi altında saxlayır. Təəssüf ki, beynəlxalq ictimaiyyət Qərb ölkələrinin bu siyasətinə qarşı adekvat reaksiya vermir.
Lakin Azərbaycan bu məsələdə prinsipial mövqe nümayiş etdirir və Fransanın müxtəlif xalqlara qarşı repressiv siyasətinə etiraz səsini ucaldır. Eyni zamanda, müstəmləkəçiliyə qarşı aparılan mübarizəyə siyasi və mənəvi dəstək verilir. Bakı Təşəbbüs Qrupunun yaradılması da bu məqsədə xidmət edir. Belə ki, Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının ötən il iyulun 5-6-da Bakıda keçirilmiş nazirlər toplantısı çərçivəsində baş tutan tədbirin nəticəsi olaraq yaradılıb. Bütün dünyada müstəmləkəçiliyə məruz qalan xalqlara, xüsusilə Afrika, Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı fransız müstəmləkələrinə həsr olunmuş həmin tədbir bütün maraqlı tərəflərə Fransa dövlətinin müstəmləkəçilik siyasətinin müvafiq ölkələrdə fəsadlarına dair fikir mübadiləsi aparmağa imkan verib. Tədbirdə XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrinin nümayəndələri ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq məqsədilə Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığa gəldilər.
Yarandığı vaxtdan Bakı Təşəbbüs Qrupu ölkəmizdə, eləcə də xaricdə, o cümlədən BMT müstəvisində həmin xalqların hüquqları ilə bağlı iyirmidən çox beynəlxalq konfrans təşkil edib. Yeri gəlmişkən, dekabrın 2-dən 6-dək BMT-nin Nyu-Yorkdakı baş qərargahında Afrika əsilli xalqların hüquqları üzrə ekspertlər işçi qrupunun 35-ci sessiyası keçiriləcək. Bu tədbir Afrika əsilli xalqların hüquqlarının müdafiəsi və tarixi ədalətsizliklərin nəticələrinin aradan qaldırılması sahəsində mühüm beynəlxalq platformalardan biri kimi tanınır.
Bakı Təşəbbüs Qrupundan verilən məlumata görə, sessiya çərçivəsində Bonayre İnsan Hüquqları Təşkilatı, Baham adalarının BMT-dəki Daimi Nümayəndəliyi və BMT-nin Afrika əsilli xalqların hüquqları üzrə ekspertlər işçi qrupu tərəfindən “Ədalətin bərpası və müstəmləkəçiliyin aradan qaldırılması: müstəmləkəyə məruz qalmış ərazilərdə Afrika əsilli xalqların hüquqlarının müdafiəsi” mövzusunda yan tədbir keçiriləcək. Bu mötəbər beynəlxalq tədbirdə Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov iştirak edəcək. BTQ, müstəmləkəçilik və onun nəticələrinin aradan qaldırılması sahəsində apardığı layihələri təqdim edərək müstəmləkə altındakı xalqların hüquqlarının bərpasına yönəlmiş təşəbbüsləri müzakirə edəcək.
Sessiya və yan tədbir Afrika əsilli xalqların tarixən üzləşdiyi ədalətsizliklərə, sosial-iqtisadi bərabərsizliklərə və insan hüquqları sahəsindəki çağırışlara diqqət yetirəcək. Tədbirin əsas məqsədi bu xalqların hüquqlarının bərpasına nail olmaq, beynəlxalq hüquq çərçivəsində maneələri aradan qaldırmaq və uzunmüddətli həll yolları üçün tövsiyələr irəli sürməkdir.
BTQ sessiyada iştirak etməklə yanaşı, öz fəaliyyətlərini, əldə etdiyi nailiyyətlər və qarşıdakı prioritetlərini təqdim edəcək. Təşkilat, müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarının beynəlxalq səviyyədə tanınmasına, tarixi ədalətsizliklərin aradan qaldırılmasına və bu xalqların azadlıq mübarizəsinə dəstək vermək məqsədilə fəaliyyətini davam etdirir.
Bakı Təşəbbüs Qrupu Bonayre xalqının müstəmləkəçilikdən azadlığı uğrundakı mübarizəsinə mühüm töhfələr verib. Təşkilat mədəni irsin qorunması, insan hüquqlarının müdafiəsi və beynəlxalq hüquq çərçivəsində konkret həllərin işlənib-hazırlanması istiqamətində əməkdaşlıq edir. Bu fəaliyyətlərin zirvə nöqtəsi olaraq, 2024-cü il avqustun 22-də Bakıda BTQ-nin təşkilatçılığı ilə “Bonayre adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Bonayre xalqının azadlıq mübarizəsini təmsil edən nümayəndələrlə yanaşı, Beliz, Sent-Vinsent və Qrenadin, Surinam, Sent Lüsiya, Böyük Britaniya, Meksika və Niderlanddan olan yüksəksəviyyəli hökumət rəsmiləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və alimlər iştirak ediblər. Konfransda Bonayre xalqının müstəqilliyinə nail olmaq üçün beynəlxalq hüquqi mexanizmlər və bu istiqamətdə BMT-nin Dekolonizasiya Edilməli Ərazilər Siyahısına yenidən daxil edilmək məqsədilə görülən işlər müzakirə olunub.
BTQ-nin belə təşəbbüslərdə iştirakı Azərbaycanın beynəlxalq səviyyədə dekolonizasiya proseslərindəki liderlik rolunu nümayiş etdirir. Bu, həm də ölkəmizin müstəmləkəçilikdən zərər çəkmiş xalqların hüquqlarının bərpasına verdiyi töhfələrin göstəricisidir. Beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən Bakı Təşəbbüs Qrupunun bu sahədəki fəaliyyəti, müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq və hüquq mübarizəsinə dəstək məqsədilə aparılan qlobal səylərin mərkəzində yer alır.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

