Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rusiya Prezidenti MDB sammitinin iştirakçıları adından Aktauda təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib

Rusiya Prezidenti MDB sammitinin iştirakçıları adından Aktauda təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib

25.12.2024 [18:58]

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin dövlət başçılarının qeyri-rəsmi görüşünü açaraq Aktauda baş verən təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti sammit iştirakçıları adından həlak olanların ailələrinə və bütün xəsarət alanlara başsağlığı verib.

“Təyyarə qəzaya uğrayıb, ölənlər var, çoxlu yaralılar var. Sizin adınızdan həlak olanların ailələrinə və bütün zərərçəkənlərə başsağlığı vermək istəyirəm. Onların sağalacağına ümid edək”, - deyə Rusiya lideri bildirib.

V.Putin vurğulayıb ki, Qazaxıstan Prezidenti ilə razılığa əsasən, Rusiya Fövqəladə Hallar Nazirliyinin tibb işçiləri və lazımi əlavə avadanlıqlar olan təyyarəsi Aktauya uçur. “Mən səhər saatlarında İlham Heydər oğlu Əliyevlə də danışmışam, o, təyyarə Azərbaycan aviaşirkətinə məxsus olduğu üçün Bakıya qayıtmağa məcbur olub”, - deyə Rusiya Federasiyasının Prezidenti qeyd edib.

Paylaş:
Baxılıb: 678 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31