Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Moldovada anılır

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Moldovada anılır

26.12.2024 [20:37]

“Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar elan olunmuş matəm günü səbəbindən ölkəmizin Moldovadakı səfirliyində dövlət bayrağı yarıya endirilib.

AZƏRTAC xəbər verir ki, matəmlə əlaqədar dekabrın 26-27-də səfirlikdə xatirə kitabı açılıb. Xarici ölkələrin Moldovadakı diplomatik nümayəndəlikləri Azərbaycan səfirliyinə gələrək başsağlığı verir, xatirə kitabına ürək sözlərini yazırlar.

Bundan başqa Moldova sakinlərı, diaspor nümayəndələri, xarici ölkələrin diplomatik nümayəndələri faciə ilə bağlı səfirliyin önünə tər çiçəklər düzürlər.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar olaraq dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

Paylaş:
Baxılıb: 141 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Seçim tələsi

13 Yanvar 15:13

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31