Azərbaycan ilə Pakistanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb
24.01.2025 [18:41]
Yanvarın 23-24-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Pakistan İslam Respublikasında səfərdə olub.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yanvarın 23-də İslamabadda Azərbaycan ilə Pakistanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin 4-cü raundu keçirilib. Nümayəndə heyətinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Pakistan tərəfindən xarici işlər nazirinin müavini Amna Baloç başçılıq ediblər.
Məsləhətləşmələr zamanı siyasət, iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, təhsil, mədəniyyət, energetika, turizm sektorlarında və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb. Müxtəlif, o cümlədən yüksək səviyyələrdə qarşılıqlı səfərlərin əhəmiyyəti, onun ikitərəfli əlaqələrin bir çox sahələrinə müsbət təsiri qeyd olunub.
Müzakirələr çərçivəsində Prezident İlham Əliyevin ötən il Pakistana dövlət səfəri və səfər çərçivəsində imzalanan ikitərəfli razılaşmalar, həmçinin Baş nazir Məhəmməd Şahbaz Şərifin Bakıda keçirilən COP29-un Liderlər Sammitində iştirakı dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Pakistan əlaqələrinin dinamik inkişafında yeni mərhələ kimi dəyərləndirilib. Hər iki tərəf münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edib.
Elnur Məmmədov Azərbaycanın sülh gündəliyi, Ermənistanla normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərdəki bərpa-quruculuq işləri və investisiya layihələri haqqında ətraflı məlumat verib.
Görüşdə tərəflər, eyni zamanda, beynəlxalq platformalarda əməkdaşlıq, regional məsələlər və digər qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparıblar.
E.Məmmədov, həmçinin Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Mohammad İshaq Dar tərəfindən də qəbul edilib. Görüş zamanı iki ölkə arasında strateji əməkdaşlığın inkişaf etdirilməsinin önəmi, qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyəti və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Bundan başqa, yanvarın 24-də Elnur Məmmədov Azərbaycan-Pakistan Birgə Komissiyasının 8-ci iclasında iştirak və çıxış edib.
Xəbər lenti
Hamısına baxDünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25

