Müstəqilliyimiz əbədidir: Biz indi öz taleyimizin sahibiyik
06.02.2025 [13:51]
“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin təkrar nəşrinin 3-cü kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, təkrar nəşrə Ulu Öndər Heydər Əliyevin müstəqil, suveren Azərbaycan dövlətinin möhkəmlənib inkişafına, torpaqlarımızın işğaldan azad edilməsinə, respublikamızın iqtisadi tərəqqisinə, xalqımızın rifahı naminə apardığı islahatlara həsr olunmuş nitqlərinin, müsahibələrinin, bəyanatlarının və müraciətlərinin mətnləri, keçirdiyi görüşlər haqqında məlumatlar daxil edilib.
Kitabda yer alan materiallar 1994-cü il martın 9-dan avqustun 1-dək olan dövrü əhatə edir. Müstəqilliyini yeni bərpa etmiş Azərbaycan həmin dövrdə Ermənistanla müharibə şəraitində idi. Altı il idi ki, Qarabağ ərazisi Ermənistanın işğalı altında idi. Ümummilli Lider cəbhəyanı bölgələrə səfər edər, ictimaiyyət nümayəndələri ilə, əsgər və zabitlərlə görüşər, səngərlərə baxar, döyüş imkanlarını yoxlayardı. 1994-cü il aprelin 9-da Ümummilli Lider Heydər Əliyev Füzuli və Ağcabədi rayonlarında döyüşçülərlə, Beyləqan rayonunda ictimaiyyət nümayəndələri ilə görüşüb, hərbçilərin müşavirəsində nitq söyləyib. Ulu Öndər hərbçilərin müşavirəsində ordu quruculuğu ilə bağlı görülən işlərə nəzər salıb, əsgər və zabitlərin üzərinə düşən vəzifələrdən danışaraq deyib: “Müharibədə kim güclüdürsə, o, qalib gəlir. Güclü olmaq üçün Azərbaycanın da imkanları çoxdur. Bu imkanlardan indiyədək lazımınca istifadə olunmayıb. Son vaxtlar ordu quruculuğu işi müvəffəqiyyətlə davam edir, ordumuz formalaşır. Bu işdə zabitlərimizin də, əsgərlərimizin də üzərinə mühüm vəzifələr düşür. Sərəncamınızda olan texnikanın bütün gücündən istifadə etmək sizin borcunuzdur. Ancaq texnika onu idarə edən adamlarsız elə bir şey deyil. Mənə verilən məlumata görə siz bu texnikadan istifadə etməyi bacarırsınız. Buna görə çox sağ olun”.
Həmin il aprelin 10-da isə Ulu Öndər Bərdə rayonunda ictimaiyyət nümayəndələri ilə görüşüb. Bu görüşdə Ümummilli Lider Azərbaycan xalqının öz müstəqilliyini qoruyub saxlaması üçün güclü ordusu olmasının vacibliyindən, orduya diqqət və qayğı göstərməyin hər bir vətəndaşın şərəfli borcu olmasından danışıb: “Biz indi öz taleyimizin sahibiyik. Azərbaycan müstəqil dövlətdir. Bu, tarixi hadisədir. Azərbaycan xalqı öz müstəqilliyini, milli azadlığını qoruyub saxlamalıdır. Bunun üçün də Azərbaycanın güclü ordusu olmalıdır. Bu, həm işğal olunmuş torpaqlarımızı düşməndən təmizləmək, həm də gələcəkdə müstəqil Azərbaycanın etibarlı müdafiəsini təmin etmək üçün gərəkdir. Ona görə də orduya diqqət və qayğı göstərmək hər bir vətəndaşın şərəfli borcu olmalıdır. Mən sizi bu borcu yerinə yetirməyə dəvət edirəm”.
Ulu Öndər Heydər Əliyev işinin çox olmasına baxmayaraq gənc nəslin tərbiyəsini daim diqqətdə saxlayır, müstəqil Azərbaycanın gələcəyi üçün bunun vacibliyini vurğulayırdı. 1994-cü il avqustun 1-də respublikanın ali və orta ixtisas məktəblərinə qəbulla əlaqədar keçirilmiş müşavirədə bu barədə belə demişdi: “Biz bu günümüz, müstəqil Azərbaycanın gələcəyi haqqında düşünsək, gənc nəslin tərbiyəsinə ciddi fikir versək, ən əvvəl ali təhsil almağa qadir, yəni buna öz biliyi, zəkası, fitri istedadı ilə layiq olan gənclərin ali məktəblərə qəbul olunmasını təmin etsək, onda gələcəyimiz üçün böyük işlər görmüş olarıq. Odur ki, mən bu məsələyə xüsusi diqqət yetirirəm”. Həmin görüşdə dahi rəhbər xalqımızın gələcəyi üçün ziyalıların, alimlərin, yüksək bilikli və təcrübəli insanların rolunu da vurğulayıb: “İndi biz müstəqil dövlətik, öz respublikamızın, öz taleyimizin sahibiyik, xalqımızın bu günü və gələcəyi üçün cavabdehik. Məhz biz cavabdehik. Biz deyəndə, mən birinci növbədə, ziyalıları nəzərdə tuturam. Alimlərimiz, ali məktəblərimizdə çalışan yüksəksəviyyəli, bilikli və zəngin təcrübəli şəxsləri nəzərdə tuturam. Bəli, biz hamımız Azərbaycanın gələcəyi üçün cavabdehik, gənc nəslin yetişməsi üçün cavabdehik”.
Bütün bu dəyərli fikirlərlə çoxcildliyin 3-cü kitabında tanış olmaq mümkündür. Kitabda yer alan materiallar həmin dövrün hadisələri haqqında geniş təsəvvür yaradır.
Kitabın buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.
Nəşrin hazırlanmasında AZƏRTAC-ın materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

