/ / Paşinyanın Qərbi Azərbaycan məsələsini hərbi təhdid kimi təqdim etməsi tamamilə qəbuledilməzdir – BƏYANAT
Paşinyanın Qərbi Azərbaycan məsələsini hərbi təhdid kimi təqdim etməsi tamamilə qəbuledilməzdir – BƏYANAT
10.02.2025 [13:53]
Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan fevralın 10-da bu ölkənin “Armenpress” xəbər agentliyində dərc olunmuş məqaləsində regional proseslərə və Qərbi Azərbaycan mövzusuna dair yanlış, əsassız və zərərli fikirlər səsləndirmişdir.
AZƏRTAC xəbər verir ki, Qərbi Azərbaycan İcması bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “İlk olaraq vurğulamaq istərdik ki, Qərbi Azərbaycan İcması Azərbaycan və Ermənistan arasında sülhün bərqərar edilməsi istiqamətində aparılan siyasi prosesləri dəstəkləyir. Hesab edirik ki, iki dövlət arasında sülhün bərqərar olması və Qərbi azərbaycanlıların öz evlərinə qayıtması bir-birini tamamlayan məqsədlərdir. Sülh prosesinin 2020-ci il Vətən müharibəsindən sonra məhz Azərbaycan Respublikası hökumətinin təşəbbüsü ilə başlandığını qeyd edərək, Azərbaycan tərəfinin sülhpərvər səylərini təqdir edirik.
Eyni zamanda, İcmamız Ermənistan hökumətinin sülhə və insan hüquqlarına qarşı fəaliyyətindən ciddi şəkildə narahatdır. Ermənistanın apardığı irimiqyaslı silahlanma proqramı, dövlət səviyyəsində həyata keçirdiyi irqçilik siyasəti və bu çərçivədə Qərbi azərbaycanlıların qayıdış hüququnu danması regionda vəziyyəti gərginləşdirir.
Baş nazirin iddiasının əksinə olaraq, qeyd edilməlidir ki, Ermənistana qarşı heç bir hərbi təhdid yoxdur. Bunu, eləcə də Ermənistanın təcavüzkar keçmişini, hərbi gücdən məsuliyyətlə istifadə edə bilmədiyini, Azərbaycana qarşı törətdiyi hüquq pozuntularına görə məsuliyyətini etiraf etmədiyini və səmimi peşmançılığını ifadə etmədiyini, siyasi dairələrində və cəmiyyətində revanşist əhvali-ruhiyyənin hökm sürdüyünü nəzərə alsaq, onun kütləvi şəkildə silahlanmasının Azərbaycana qarşı hücum niyyətindən xəbər verdiyini tam əminliklə söyləmək olar.
Baş nazir Paşinyanın məqaləsində Qərbi Azərbaycan məsələsini hərbi təhdid kimi təqdim etməsi tamamilə qəbuledilməzdir. Baş nazirin bu mövzuda söylədikləri, o cümlədən guya İcmanın əsas sənədlərində Ermənistan ərazisinin 60 faizinə iddia əks olunduğuna dair fikirləri əsassızdır. Azərbaycanlıların paytaxt İrəvan daxil olmaqla, Ermənistanın bütün bölgələrində yaşamış olduqlarını və vaxtilə orada etnik üstünlüyə malik olduqlarını xatırlatmaqla bərabər, bir daha vurğulayırıq ki, Qərbi Azərbaycan İcması Ermənistandan zorla çıxarılmış azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində, Ermənistanın ərazi bütövlüyünə hörmət etməklə, sülh yolu ilə, ləyaqətlə və təhlükəsiz şəkildə öz evlərinə qayıtması uğrunda mübarizə aparır.
Qərbi Azərbaycan İcması olaraq biz, Ermənistan hökumətindən sülhə və insan hüquqlarına zidd addımlarına, o cümlədən hərbi canilərin qəhrəmanlaşdırılmasına son qoymağı, silahlanma proqramını dayandırmağı, aldığı hücum xarakterli ağır və müasir silahları geri qaytarmağı və Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmağı tələb edirik”.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

