Əli Kərimlinin hüzn günlərində göstərdiyi şoular
27.02.2025 [17:18]
Gündəmdə qala bilmək Əli Kərimlinin əsas məqsədlərindən biridir. Adam hüzn günlərində belə ucuz siyasi şoularından əl çəkə bilmir. Nə qədər tükənmiş, nə qədər cılız olasan ki, xalqın hüzn günlərində belə yaramazlıqlara əl atasan?!
Bu il 20 yanvar Ümumxalq Hüzn Günü Şəhidlər xiyabanına ziyarət adı ilə gedərkən Əli Kərimli və dəstəsinin yol boyu deyə-gülə hərəkət etdikləri özlərinin çəkib paylaşdıqları videolardan görünürdü. Bu hərəkətləri xalqda çox böyük qıcıq yaratmışdı və iç-üzləri ortaya çıxmışdı.
Ötən gün Xocalı soyqırımının ildönümü ilə bağlı “Ana harayı” abidəsinə gül qoymaq adı ilə yola çıxan Əli Kərimli bu dəfə tərkibdə dəyişiklik eləmişdi. Keçən dəfə onu güldürənləri dəstəyə salmamışdı.Özü də çatmaqaş sifət alımış, öz aləmində qəmgin ruhda Ana Harayı abidəsinə doğru gəlirdi. Özlərinin yayımladığı 25 dəqiqəlik videoçəkilişdən bunu görmək mümkündür. Ancaq bu dəfə də Əli Kərimli özünü saxlaya bilmədi. Eyni ilə məşhur “Tülkü həccə gedir” cizgi filmində olduğu kimi. Bu dəfə gülmədi, sadəcə hər kəsi özünə güldürdü. Yalan danışmaqla! Özü də ağ yalan!
Deməli, 25 dəqiqəlik videoçəkilişdə heç bir müdaxilənin görüntülənmədiyi halda Əli Kərimli deyir ki, bizə qarşı maneə törədilir, ay kimsə aralığa girdi, yolumuzu kəsdilər, və sair və ilaxır. Videoçəkiliş özlərinə məxsusdur. Əli Kərimlinin dediyi kimi, əgər belə bir maneə varsa, bəs, niyə görüntülərə düşmür? Belə bir hal ola, Təzəxan, Fatimə, Gülnarə və başqaları bunu çəkib paylaşmaya? Deməli, Əli Kərimli utanmadan ağ yalan danışır. Öz aləmində Xocalı soyqırımı haqqında fikir bildirir, ancaq, dedikləri ondan ibarətdir ki, bizə imkan vermirlər, belə maneə törətdilər, elə yolu bağladılar. Bir anlıq düşünürsən ki, Əli Kərimli ilə qətliamı törədənlər arasında nə fərq oldu? Bir halda ki, Əli Kərimli Xocalı soyqırımı günü belə ucuz, uydurma şoular çıxarır. Bu kimi hərəkətlərin bir adı var, düşmən əlinə oynamaq. Şəhidlərimizi, Soyqırım qurbanlarını hörmətdən salmaq. Bu kimi hallar kimə sərf edir? Əlbəttə ki, düşmənə! Əli Kərimli də bu yaramazlıqları məhz məmnuniyyətlə edir. Bu yaramazlıqlara görə utanmaq lazımdır! Utanın, “bəy”lər!
Anar Şahmurad,
İctimai-siyasi fəal
Xəbər lenti
Hamısına baxDünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45

