Təxribatların izi ilə...
08.03.2025 [10:25]
Ermənistan hakimiyyəti manipulyasiyadan əl çəkməsə...
Son günlər Ermənistanda müşahidə olunan proseslər birmənalı qarşılana bilməz. Ölkədə siyasi qüvvələr arasında konsolidasiya tam şəkildə itib. Hətta müəyyən mənada revanşist müxalifətin yenidən dirçəlməsi prosesi də gözə çarpmaqdadır. Bunun fonunda isə Paşinyan hakimiyyəti hələ də qlobal oyunlarda, dalanlarda “baş girləmək”lə məşğuldur. Hətta Ermənistanın siyasi ekspertləri, deputatları da etiraf edirlər ki, ölkə düşdüyü bu ağır durumdan bir yolla - yalnız sülhə imza atmaqla canını qurtara bilər. Bunun üçün isə siyasi iradə gərəkir.
Sülhlə bağlı müzakirələr açılan kimi...
Təsadüfi deyil ki, son bir neçə gündə Ermənistanın siyasi hakimiyyəti tərəfindən yenidən sülh mesajları səslənməyə başlayıb. Paşinyanın “Armenpressə” yazdığı məqaləsində sülhə toxunması, xarici işlər naziri Mirzoyanın parlamentdəki çıxışında ölkəsinin sülhdə maraqlı olmasını ifadə etməsi bunu təsdiqləyir. Təbii ki, sülh üçün ortadakı şərtlər yerinə yetirilməlidir. Bəzi məqamlarda, siyasi hakimiyyət nümayəndələrinin sülh ilə manipulyasiyasının şahidi oluruq. Sülhdən danışa - danışa silahlanmaya davam etməklə, Aİ-nin monitorinq adı altında bölgəyə kəşfiyyatçı qrupunu yerləşdirməklə Ermənistan hökuməti vaxtı uzatmaq, nələrəsə ümid etmək istəyə bilər. Amma hazırki siyasi reallıqlar onu göstərir ki, sülh Ermənistanın mövcud hakimiyyəti üçün də çıxış yoludur.
Bunun səbəbinə gəldikdə, qeyd edilməlidir ki, sənədin imzalanması Ermənistanın iqtisadi inkişafı ilə yanaşı, həm də daxili sabitliyinə yol aça bilər. O baxımdan ki, sülh müqaviləsinin imzalanması həm mərkəzi hakimiyyətin xalq arasındakı nüfuzunu artıracaq, həm də Ermənistanı siyasi alət olmaqdan xilas edəcək. Fərqli güclərin maşasına çevrilən Ermənistan Azərbaycanın şərtlərini qəbul etməklə özünün tam şəkildə (hazırda formal olan) müstəqilliyini də əldə edə biləcək.
Beləliklə, sülhün yaratdığı üstünlüklər sırasında Ermənistanın siyasi vəziyyətinin stabilləşməsi də qeyd edilməlidir. Bu isə təbii ki, həm fərqli xarici qüvvələrə xidmət edən siyasi partiyaların, həm də revanşizm xəstəliyini yayan erməni kilsəsinin işinə yaramır. Adıçəkilən qüvvələr iki ölkə arasında hazırlanan sülh sənədinin son mərhələdə olmasını görür və anlayır ki, sənəd imzalanacağı təqdirdə onların qeyri-konstruktiv fəaliyyəti də tam şəkildə sönməyə məhkum olacaq.
Ard-arda təxribatlar...
Beləliklə, sülhün yaradacağı üstünlüklər ortadadır - buna maneə olmaq istəyən və ya bu məsələ ilə bağlı manipulyasiya edənlər İrəvana pislik edirlər. Paralel olaraq isə sülh prosesinə fərqli kontekstdə - silahlı təxribata əl ataraq, şərti sərhəd zonalarında yanğınlar törədərək maneə olmağa çalışırlar. Məsələn, bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad qəsəbəsində Ermənistan Respublikası ilə şərti sərhəddə açıq ərazidə Ermənistan tərəfindən yanğın törədilib. Bununla bağlı FHN-nin qaynar xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə Sədərək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində təxminən 7 hektar sahədə quru ot və qamışlıq ərazi yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
Martın 4-ü saat 22:05 radələrində isə Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bəli, Ermənistan tərəfinin yaxın zamanda sülh imzalanması perspektivi ilə bağlı mövqe sərgiləməsi, ardından isə bu kimi təxribatlara əl atması qəribə bir mənzərə formalaşdırır - ya son dövrlərdə baş verən siyasi proseslərdən düzgün nəticələr çıxarılmayıb, ya da, sülhə mane olmaq istəyən kilsə nəzarətindəki ordu birliyi və ya Qərb yenidən “fəaliyyətə keçib”...
Aİ missiyasının gözü önündə...
Qeyd edək ki, hadisənin başvermə yeri Aİ müşahidə missiyasının, dolayısı ilə Fransanın kəşfiyyat qrupunun “durbinçi zonasıdır”. Missiyanın fəaliyyəti ilə bağlı açıq narazılıq fonunda Aİ bu ilin fevralında missiyanın xidməti vəzifə dövrünü iki illik də artırdı. Bu isə birmənalı şəkildə sülhə mane olmaq üçün atılan addım idi. Çünki Aİ missiyası hazırda bölgədə sülh prosesinə hər hansı bir töhfə vermir. Tam əksinə, arabir şərti sərhəd zonasına gəlib binoklla Azərbaycan ərazilərinə boylanması mənfi assosasiya yaradır. Azərbaycanın sülh sənədində israr etdiyi məsələlərdən biri məhz kənar güclərin sərhəd zonasında olmamasıdır. Burada da hazırki məqamda Aİ missiyasının fəaliyyəti göz önündə canlanır. Başqa sözlə, Azərbaycan indiki məqamda sülh üçün Aİ missiyasının bölgədən çıxarılmasını tələb edir. İnandırıcı versiyadır ki, Aİ Ermənistanın sülhə doğru yönəldiyini anlayaraq ordu daxilində bu və ya başqa üsullarla ələ aldığı şəxslərdən istifadə edir. Prosesdə maraqlı olan digər daxili-siyasi güclərin də buna dəstək olması mümkündür - Aİ isə bölgədə yaranacaq yeni iqtisadi-siyasi mənzərəyə xələl gətirmək, bu prosesə müdaxilə imkanları yaratmaq istəyir, gücsüz və iradəsiz Ermənistanın özünün orbitindən çıxmasını istəmir...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

