Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətini Kannda təqdim edir
05.07.2013 [01:46]
İyulun 4-də Kannda Azərbaycan mədəniyyəti günləri açılıb. Heydər Əliyev Fondu tərəfindən təşkil olunan bu layihə çərçivəsində Azərbaycan mədəniyyətinin fərqli tərəfləri - tarixi və müasir zənginlikləri təqdim edilir. Artıq bu günlər Kann və ətraf şəhərlər Azərbaycanın təqdimat bannerləri və lövhələri ilə bəzədilib.
İyulun 7-dək davam edəcək mədəniyyət günləri çərçivəsində müxtəlif layihələrin təqdimatı nəzərdə tutulur. Azərbaycan “Pirotexnika sənəti” Kann festivalında ilk dəfə təmsil olunur. 1967-ci ildən keçirilən bu festivalda möhtəşəm atəşfəşanlıq rənglər və musiqinin vəhdətində təqdim edilir. İyulun 4-də Azərbaycandan olan atəşfəşanlıq qrupu “Azərbaycan musiqi və rənglərdə” şousunu Qara Qarayevin “Yeddi gözəl” baletindən vals, Niyazinin “Rast”, Fikrət Əmirovun “Şur” simfonik muğamları, Müslüm Maqomayevin “Azərbaycan” mahnısı, digər klassik musiqi və bəstəkar mahnılarının müşayiəti ilə təqdim edib. Festival zamanı bu şou üçün yazılmış xüsusi partitura da ifa olunub.
İyulun 5-də isə Kannda Azərbaycan caz musiqisi tarixi və müasir çalarlarda səslənəcək. Şahin Növrəsli, İsfar Sarabski və Səbinə Babayevanın ifasında Azərbaycanın məşhur caz kompozisiyaları təqdim olunacaq.
İyulun 6-da isə Heydər Əliyev Fondunun mədəniyyətimizi yaşatmaq və dünyada təbliğ etmək layihəsi çərçivəsində Fransada klassik musiqi gecəsi təşkil olunacaq. Həmin gün Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, xalq və bəstəkar mahnıları səslənəcək.
Azərbaycan mədəniyyəti günləri çərçivəsində təqdim olunan hər bir layihə ölkəmizin qədim tarixi, ənənələri, incəsənət nümunələri ilə yaxından tanışlığa geniş imkan yaradacaq. Mədəniyyət günlərində yerli sakinlər və turistlərin Azərbaycanı müxtəlif sərgilər vasitəsilə də tanımaq imkanı olacaq. Bu sərgilər sırasında “Qız qalası” və “Ceyranlar” sərgisi xüsusi maraq doğurur. Azərbaycanın ən qədim və dünya əhəmiyyətli abidələrindən olan Qız qalasının təbliği məqsədini daşıyan sərgidə müxtəlif ölkələrin rəssamları tərəfindən milli üslublarda naxışlarla bəzədilən kiçik maketlər fərqli mədəniyyət və adət-ənənələrin sintezində təqdim ediləcək.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən ekoloji layihə çərçivəsində “Ceyranlar” sərgisi isə öz orijinallığı və tərənnüm etdiyi ideya baxımından diqqət çəkir. İyirmi gün ərzində keçiriləcək sərgidə nəsli kəsilməkdə olan ceyranlara diqqət cəlb etmək məqsədilə ceyran maketləri hazırlanıb və dünyanın müxtəlif ölkələrindən olan rəssamlar tərəfindən bəzədilib. Bu işlər sırasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın da əsərləri yer alıb.
Heydər Əliyev Fondu tərəfindən təşkil olunan “Qafqazın incisi - Azərbaycanın mədəni dəyərləri” və Azərbaycanın müasir incəsənət nümunələrindən ibarət “Emosiyalar sərgisi” isə Azərbaycan və onun mədəni sərvətlərinin, müasir incəsənətinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Xüsusi şounun müşayiəti ilə təqdim olunan “Milli mətbəx günü” Azərbaycanın süfrə mədəniyyəti, qonaqpərvərliyi, ənənələri barədə dərin təəssüratlarla yadda qalacaq. Bu layihə Azərbaycanın milli mətbəx nümunələrinin hər birinin tarixi, fəlsəfəsi barədə geniş məlumat əldə etmək imkanı yaradacaq.
İyulun 7-də təşkil olunan proqram isə Azərbaycan milli kino tarixi ilə tanışlıq xarakteri daşıyır. Həmin gün Fransada milli kinomuzun incilərindən olan “Arşın mal alan” filmi təqdim ediləcək.
Mədəniyyət günləri iyulun 7-də açıq havada təşkil olunacaq konsert proqramı ilə başa çatacaq. “Natiq” ritm qrupu, Azərbaycan Dövlət rəqs ansamblı Odlar Yurdunun ritmlərini, qədim balaban və tar isə muğam sənətini tamaşaçılara çatdıracaq.
Mədəniyyət günləri ilə bağlı Heydər Əliyev Fondu tərəfindən Azərbaycan, ingilis, fransız dillərində xüsusi nəşrlər də hazırlanıb. Bu nəşrlərdə Azərbaycanın zəngin qədim və müasir mədəniyyəti barədə geniş məlumatlar öz əksini tapıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

