/ / Azərbaycanın və Monteneqronun Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb
Azərbaycanın və Monteneqronun Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb
03.04.2025 [15:07]
Aprelin 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Monteneqro Xarici İşlər Nazirliyinin dövlət katibi Perişa Kastratoviç ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan-Monteneqro əməkdaşlığının hazırkı vəziyyəti, perspektivləri, ikitərəfli və çoxtərəfli səviyyələrdə münasibətlərin inkişaf etdirilməsi imkanları, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.
Söhbət zamanı ki ölkə arasında əməkdaşlığın inkişafı, bu istiqamətdə mövcud potensialdan istifadə imkanlarının müzakirəsi baxımından qarşılıqlı səfər və təmasların, o cümlədən siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi, parlamentlərarası əlaqələr qeyd olunub. Azərbaycanla Monteneqro arasında xüsusilə iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, turizm və humanitar istiqamətlər üzrə əməkdaşlığın daha da inkişafı üçün münbit şəraitin olduğu diqqətə çatdırılıb. Bu xüsusda, yaşıl enerji üzrə tərəfdaşlığın genişləndirilməsinin əhəmiyyətinə toxunulub.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, vətəndaşlarımızın həyat və sağlamlıqlarına demək olar gündəlik əsasda hədə törədən mina təhdidi ilə mübarizə səyləri barədə məlumatlandırıb.
Monteneqrolu dövlət katibi, eyni zamanda, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesinin hazırkı vəziyyəti barədə məlumatlandırılıb. Ölkəmizin təşəbbüsü ilə başlayan ikitərəfli danışıqlar nəticəsində sülh müqaviləsinin mətninin razılaşdırıldığı, lakin müqavilənin imzalanması üçün əsas əngəllərin, xüsusilə də Ermənistan konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə qarşı iddiaların qalmaqda olduğu vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə Azərbaycan və Monteneqro Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Monteneqro tərəfindən isə dövlət katibi Perişa Kastratoviç rəhbərlik ediblər.
Xəbər lenti
Hamısına baxİdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49

