“Milli şura” və onun “vahid namizəd” ideyası iflasa məhkumdur”
20.08.2013 [09:00]
Mübariz Qurbanlı: Son “aksiya” da onların hansı durumda olduğunu bir daha göstərdi
Azərbaycanla Rusiya arasında münasibətlər müəyyən fundamentə söykənir. Bunu gün.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinə, bu səfər ətrafında hələ də müxalif mətbuatda və dairələrdə səslənən iddialara, bu səfərin Azərbaycan hakimiyyətinə dəstək xarakteri daşımasına münasibətini bildirərkən dilə gətirib: “Dövlət müstəqilliyimizin bərpasından sonra, xüsusilə, Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı Rusiya-Azərbaycan münasibətlərində fundamental əsaslar üzərində yeni bir siyasətin qurulmasının başlanğıcı oldu. Biz artıq strateji tərəfdaş ölkəyik”.
Millət vəkilinin sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında imzalanmış bütün müqavilələr və öhdəliklər də hər iki ölkə tərəfindən ardıcıl olaraq həyata keçirilir: “Mətbuatda belə informasiyalar gedirdi ki, guya bizim münasibətlərdə soyuqluq var və sair. Bunların hamısı ayrı-ayrı şəxslərin və jurnalistlərin özünün düşüncəsinin məhsulu idi. Bizim dövlətlərarası münasibətlərdə hansısa bir soyuqluğu görmürəm, müşahidə etmirəm və bunun olduğunu da sübut edəcək fakta malik deyiləm. Bilirsiniz ki, Medvedev Prezidentliyi dövründə dəfələrlə Azərbaycana səfər edib. Hökumətlərarası əlaqələr, dövlətlərarası münasibətlər səviyyəsində danışıqlar daim davam edib. Vladimir Putin də prezident seçildikdən, təkrar Prezident seçildikdən sonra müxtəlif istiqamətlərdə münasibətlərimiz davam edib, prezidentlərarası telefon danışıqları olub, məsləhətləşmələr olub, ayrı-ayrı tədbirlərdə birgə bu və ya digər məsələnin müzakirəsi olub. Belə olan şəraitdə, hansısa soyuqlaşmadan, hansısa soyuq münasibətdən danışmaq, əlbəttə, doğru olmazdı”.
Mübariz Qurbanlı qeyd edib ki, məlum səfər də əvvəlcədən müəyyən olunmuş proqram üzrə həyata keçirilib, artıq səfər başa çatıb və imzalanmış sənədlər hamıya bəllidir: “Bunları təkrar etməyə dəyməz. 5 mühüm sənəd imzalanıb. Prezidentlər arasında təkbətək görüş olub, təmas qurulub. Prezidentlərin verdiyi bəyanatlardan da göründüyü kimi, bütün məsələlər üzrə müzakirələr aparılıb, o cümlədən regional təhlükəsizlik məsələsi, Qarabağ məsələsi ətrafında ciddi müzakirələr gedib. Prezident İlham Əliyevin Vladimir Putinlə birgə verdiyi açıqlamada Qarabağ məsələsinə xüsusi önəm verməsi, Putinin çıxışında bu məsələyə ayrıca toxunması bu mövzunun gündəmdə olduğunu göstərdi. Hökumətlər səviyyəsində, nazirliklər səviyyəsində təmaslar davam etməkdədir. Ona görə hesab edirəm, Vladimir Putinin səfəri və Prezident İlham Əliyevlə apardığı danışıqlar Rusiya-Azərbaycan münasibətlərində indiki dövrün tələblərinə uyğun yeni bir səhifədir və dostluq münasibətlərimiz üçün daha bir mühüm mərhələnin əsasıdır”.
Millət vəkilinin bildirdiyinə görə, amma müxalifət mətbuatında V.Putinin səfərini müxtəlif cür yozmağa başlayıblar: “Mən bu şərhləri, bu təhlilləri oxuyuram və təəssüf edirəm ki, Azərbaycanın xarici siyasətindəki qazanılmış uğurları bəzi şəxslər özlərinin bəsit təhlilləri ilə aşağı endirməyə, onun əhəmiyyətini azaltmağa çalışırlar. Müxalifət mətbuatında gedən yazılar tam subyektivdir. Bir sıra hallarda tamamilə beynəlxalq münasibətlər və diplomatik münasibətlər sisteminə uyğun gəlməyən təhlillərdir. Bunu Azərbaycanda qarşıdan gələn seçki ilə əlaqələndirməyə çalışırlar. Bu versiya tamamilə özünü doğrultmur. Çünki bütün ölkələrdə dövlət başçıları xarici siyasəti axıra qədər davam etdirir. Bundan əvvəl İtaliyanın baş naziri gəlmişdi, Rusiyanın Prezidenti gəlib. Seçkiyə qədər müxtəlif ayrı-ayrı bu tipli görüşlər olacaq. Həmçinin, türkdilli dövlət başçılarının Qəbələdə böyük bir toplantısı keçirildi. Yəni, bunları seçkiyə bağlamaq bəsit yanaşmanın nəticəsidir və bu cür yanaşan şəxslər hesab edirəm ki, ya bilərəkdən, ya bilmədən bütövlükdə bizim ümummilli maraqlarımızla bağlı apardığımız siyasəti və onun əhəmiyyətini azaltmaq istəyənlərdir”.
YAP icra katibinin müavini onu da deyib ki, bu cür yanaşma doğru deyil: “Bilirsiniz ki, radikal müxalifətin namizəd problemi var, onu müəyyənləşdirə bilmir. Radikal qanadın hansı namizədlə prezident seçkilərində iştirak etməsi də bizim üçün o qədər də əhəmiyyət kəsb etmir. Hansı namizədlə iştirak edirlər - etsinlər, özləri bilər. İstər Rüstəm İbrahimbəyov olsun, istər müstəqil - başqa bir namizəd irəli sürsünlər və yaxud İsa Qəmbər olsun, Əli Kərimli olsun, yəni, bu, Yeni Azərbaycan Partiyasını narahat edən məsələ deyil. Yeri gəlmişkən, son “aksiya” da onların hansı durumda olduğunu bir daha göstərdi. Göstərdi ki, “Milli şura” və onun “vahid namizəd” ideyası iflasa məhkumdur... Tam fiasko...
Yenə sözümün əvvəlinə qayıdaraq qeyd etmək istəyirəm ki, seçkinin taleyini Azərbaycan xalqı həll edir və bizim də tam inamımız var ki, bu seçkilərdə Azərbaycan seçiciləri Prezident İlham Əliyevə növbəti dəfə yüksək səviyyədə dəstək verəcəklər”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34

