/ / Volqoqradda şəhər sakinləri Azərbaycan-Rusiya Dostluq parkının tikintisinə görə Azərbaycan dövlətinə və Heydər Əliyev Fonduna minnətdarlıq edirlər
Volqoqradda şəhər sakinləri Azərbaycan-Rusiya Dostluq parkının tikintisinə görə Azərbaycan dövlətinə və Heydər Əliyev Fonduna minnətdarlıq edirlər
21.08.2013 [09:32]
Volqoqradda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Azərbaycan-Rusiya Dostluq parkını şəhər sakinləri çox yüksək qiymətləndirir, buna görə Azərbaycan dövlətinə və Ulu öndərin adını daşıyan Fonda minnətdarlıq edirlər. Bakının Qaradağ rayonunun dəstəyi ilə yaradılacaq parkda aparılan təmir işləri barədə Volqoqradın “Birinci” televiziya kanalı süjet hazırlayıb.
Volqoqradın “Birinci” televiziya kanalının aparıcısı qeyd edib ki, mərkəzi mədəniyyət və istirahət parkının ərazisində cari ilin sentyabrında müasir park istifadəyə veriləcək. Kanalın aparıcısı qısa müddət ərzində burada həyata keçirilən abadlıq-quruculuq, təmir-bərpa işlərindən məmnunluqla bəhs edib. Bildirilib ki, bu layihənin icrasına cari ilin iyununda Volqoqradda keçirilən dördüncü “Rusiya-Azərbaycan: Regionlararası dialoq-2013” forumu çərçivəsində başlanılıb. Süjetdə Rusiya Federasiyasının Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernovun bu parkın salınmasına görə minnətdarlığı təqdim edilir. Azərbaycan tərəfinin bu layihənin reallaşmasına göstərdiyi hərtərəfli dəstək süjetdə dəfələrlə vurğulanıb. Qeyd edilib ki, çox qısa müddətə burada genişmiqyaslı işlər görülüb.
Mərkəzi mədəniyyət və istirahət parkının direktoru Andrey Jarkov vurğulayıb ki, bu çox yaxşı başlanğıcdır və bu cür layihələr davamlı olmalıdır. İki ay müddətinə aparılan abadlıq işləri zamanı burada daş divar hörülüb, qazonlar salınıb, suvarma sistemi yaradılıb, elektrik sistemi qurulub.
“Əfqan icması” cəmiyyətinin rəhbəri Nezamuddin Bahavi isə deyib ki, bu ərazidə apreldə olanlar indi inana bilmirlər ki, burada bu cür işlər görülüb. O, diqqətə çatdırıb ki, Azərbaycan tərəfinin yaratdığı bu park şəhərin ən gözəl istirahət mərkəzlərindən biri olacaq. Yaxın həftələrdə inşaatçılar parkda nadirliyi ilə seçiləcək dörd metrlik fəvvarə inşa edəcəklər. Burada, həmçinin Qız qalasını təcəssüm etdirən abidə, səhnə, uşaq meydançaları, ailəvi kafe və digər zəruri obyektlər olacaq. Ailəvi kafedə milli xörək və şirniyyatlarımız təqdim ediləcək.
Volqoqrad sakinləri bu cür layihəni çox yüksək qiymətləndirirlər. Şəhər sakini Tatyana Nikolkina bildirir ki, 31 ildir burada yaşayır və bu parkın salınması kimi gözəl layihə hələ görməyib.
Digər sakinlər də qeyd edirlər ki, parkda bütün yaş təbəqələrindən olan insanların istirahəti üçün maksimum şərait yaradılacaq. Tikinti işləri zamanı arxitektorlar azərbaycanlıların da qəhrəmanlıqla iştirak etdiyi “Stalinqrad döyüşü” mövzusuna xüsusi yer ayırıblar. Parkın yenilənmiş sahəsində bununla bağlı böyük xiyaban salınacaq. “Volqoqrad veteranları bu cür xiyabanın salınmasını birmənalı olaraq yüksək səviyyədə qarşıladılar”, - deyən Volqoqradın Veteranlar Şurasının sədri Aleksandr Strukov Stalinqraddakı və ümumi Qələbənin əldə edilməsində Sovetlər Birliyinin bütün xalqlarının zəhmətinin olduğunu vurğulayıb.
4 noyabr - Xalqların Birliyi Günü Volqoqradda yaşayan bütün icmaların nümayəndələrinin burada ağac əkməsi nəzərdə tutulur. “Dostluq evi” Gənclərin Layihələri Təşkilatının rəhbəri Yekaterina Kozaçkova həmin gün bütün icmaların nümayəndələrini ağacəkmə kampaniyasına qoşulmağa çağırır.
Volqoqrad sakinləri əmindirlər ki, burada çox gözəl və müasir bir park yaradılacaq və onlar Azərbaycan tərəfinin bu addımının digərləri üçün nümunə olduğunu qeyd edirlər.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16

