Yeni əməkdaşlıq platforması - üçlü Zirvə
30.05.2025 [10:53]
Laçında tarixi görüş...
Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələrin dərin tarixi kökləri var. Yaxşı haldır ki, ölkələrimiz tarixə və oxşar milli-mənəvi dəyərlərə əsaslanmaqla qarşılıqlı münasibətləri daha da dərinləşdirməyə davamlı şəkildə səy göstərirlər. Hər üç dövlətin qətiyyətli siyasi iradəsi ilə cəmiyyətlərin qarşılıqlı rəğbət hissinin, yaxınlaşmaq istəyinin üst-üstə düşməsi münasibətlərin dinamikasına güclü impuls verir.
Burada müasir çağırışlara adekvat olan yeni ənənələrin formalaşmasının önəmini isə ayrıca qeyd etmək lazımdır. O cümlədən liderlərin üçtərəfli Zirvə görüşləri səmərəli əməkdaşlıq platforması kimi diqqət çəkir. Bu günlərdə gözəlliklər diyarı olan Laçında Azərbaycan, Türkiyə prezidentlərinin və Pakistanın Baş nazirinin iştirakı ilə sayca ikinci üçlü Zirvə görüşü keçirilib. Tədbirdə liderlər üçtərəfli əməkdaşlığın hazırkı dinamikasından məmnunluqlarını ifadə etməklə yanaşı, perspektivlə bağlı fikirlərini də diqqətə çatdırıblar.
Əməkdaşlığımız zərurətdir...
Üç dost ökə arasında ikitərəfli əlaqələr yüksək səviyyədədir. Siyasi dialoq intensiv səciyyə daşıyır. Liderlər müntəzəm olaraq qarşılıqlı səfərlər edirlər və aktual müzakirələr aparırlar. Azərbaycan-Türkiyə münasibətləri çoxşaxəli səciyyə daşıyaraq həyatın bütün sahələrini əhatə edir. Eyni zamanda, iki qardaş ölkə arasında münasibətlərin hüquqi əsasları da getdikcə möhkəmləndirilir. Bu baxımdan, Qars Müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında 2021-ci il 15 iyun tarixində imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə xalqımızın Ümummilli lideri Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün zamanında söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyəyə yüksəlib. Bu gün dünyada zirvədə olan Azərbaycan - Türkiyə qardaşlığına hansısa bir formada xələl gətirəcək qüvvə yoxdur.
Eyni zamanda, Azərbaycan - Pakistan münasibətləri də strateji səviyyəyə yüksəlib. Pakistanın Baş naziri 2023 və 2024-cü illərdə, həmçinin 2025-ci ilin fevralında ölkəmizə səfər edib. Prezident İlham Əliyev isə 2024-cü ilin iyul ayında Pakistanda dövlət səfərində olub. Həmin səfər zamanı Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib. Bu, Pakistanda Azərbaycana və onun Liderinə bəslənən yüksək rəğbətin ifadəsidir.
Üç qardaş ölkə həmçinin beynəlxalq platfrmalar çərçivəsində də sıx əməkdaşlıq edir. Prezident İlham Əliyev Laçında baş tutan üçlü Zirvə görüşündəki çıxışında ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyalı fəaliyyət göstərdiklərinə ayrıca diqqət çəkib. Azərbaycan Prezidenti ölkəmizin ötən il D-8-in 11-ci Zirvə görüşü zamanı yekdilliklə bu təşkilatın üzvü seçilməsində göstərilən dəstəyə görə qardaş Türkiyəyə və qardaş Pakistana təşəkkürünü şatdırıb. “Eyni zamanda, beynəlxalq platformalarda və təşkilatlarda həmrəyliyimiz gücümüzə güc qatır” deyən dövlətimizin başçısı vurğulayıb: “Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), habelə D-8 kimi beynəlxalq platformalarda birgə səylərimizi daha da möhkəmləndirmək əzmindəyik”.
Birgə irəliləmək üçün təkan...
Yeni mərhələdə regionda və qlobal miqyasda yaranan reallıqlar isə qardaş ölkələr arasında üçtərəfli formatda əməkdaşlıq etməyə zərurət yaradıb. Bu barədə Laçın Zirvə görüşündə ətraflı bəhs edilib. Ölkələrimiz Avropa ilə Asiyanın kəsişmə nöqtəsində, son dərəcə strateji bir bölgədə yerləşir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi, coğrafiyamızda və onun hüdudlarından kənarda təhlükəsizlik təhdidlərindən tutmuş iqtisadi çətinliklərə, enerji və qida böhranlarına qədər bir çox sınaqlarla eyni anda üz-üzəyik. Bu çətinliklər qarşısında həmrəylik və birgə fəaliyyət məqsədimizin inkişaf etdirilməsini bir seçim deyil, zərurət olaraq görürük.
Laçında baş tutan üçlü Zirvə görüşündə oxşar baxışları həmçinin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də ifadə edib. Pakistan lideri də o fikri bölüşüb ki, bugünkü təlatümlü dünyada siyasi və təhlükəsizlik arxitekturaları, bağlantı layihələri və aparıcı texnologiyalar yeni reallığı şərtləndirir. “Əziz qardaşlarım, əminəm ki, zamanın sınağından keçmiş münasibətlərimiz xalqlarımızın mənafeyinə xidmət edəcək, regionda və daha geniş coğrafiyada sülhə və firavanlığa töhfə verəcək. Bu üçtərəfli format həm zamanında təşkil edilib, həm də mühüm əhəmiyyətə malikdir. Bu, bizə zəruri siyasi məsuliyyətlə yanaşı, qarşılıqlı maraq doğuran sahələrdə birgə irəliləmək üçün təkan verir”, - deyə Məhəmməd Şahbaz Şərif vurğulayıb.
Yeni platforma...
Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçlü Zirvə görüşünün əsası 2024-cü ilin iİyul ayında Astanada qoyulub. Qazaxıstanın ev sahibliyi etdiyi Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş baş tutub. Görüşdə qardaş ölkələrin liderlərinin üçtərəfli formatda Zirvə görüşünün ilk dəfə keçirildiyi vurğulanaraq, onun tarixi əhəmiyyəti qeyd olunub və bu görüşlərin bundan sonra mütəmadi xarakter daşıyacağına əminlik ifadə edilib.
Laçından verilən mesajlar
Astanadan sonra üçtərəfli Zirvənin keçirilməsi növbəsi azad Laçına çatdı. Yüksək səviyyədə baş tutan bu görüş barədə aşağıdakı məqamları xüsusilə qeyd edə bilərik:
• Laçında yaradılmış şərait işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması sahəsində görülən işlərin miqyasını nümayiş etdirir. Üç onilliyi əhatə edən işğal dörvündə sərhəd tanımayan erməni vandalizminə məruz qalan Qarabağ artıq dirçəlir, dağıdılmış şəhərlərimiz, kəndlərimiz bərpa olunur, həmin ərazilərə həyat qayıdır. 44 günlük müharibədə işğaldan azad olunmuş ərazilərin sürətlə bərpa olunması, orada soydaşlarımızın layiqli şəkildə məskunlaşdırılması və beynəlxalq səviyyəli tədbirlərin keçirlməsinə şərait yaradılması qalib Azərbaycanın məsuliyyətini və gücünü nümayiş etdirir. Zirvə görüşündə bu kimi məqamlar liderlər tərəfindən xüsusi olaraq vurğulandı.
• Bu prosesdə Türkiyə və Pakistan kimi dost və qardaş ölkəlırin iştirakı, onların Azərbaycana dəstəyi məmnunluq doğurur. Hər iki ölkə işğal və 44 günlük müharibə dövründə, eləcə də 23 saatlıq lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycana güclü şəkildə mənəvi-siyasi dəstək verib. Bu dəstək postmüharibə mərhələsində də davam edir.
• Zirvə görüşünün 28 Mayda - Azərbaycanın Müstəqillik Günündə keçirilməsi böyük rəmzi məna daşıyır. Belə bir gündə Türkiyə və Pakistan kimi güclü ölkələrin Azərbaycanın yanında olması və bu mühüm tarixin birlildə qeyd edilməsi ölkələrimizin bir-birinə nə qədər yaxın olduqlarını təcəssüm etdirir.
• Laçın Zirvə görüşü dünyaya bir mesajdır. Zirvənin önəmi üç qardaş ölkənin güclənməsi fonunda xüsusi diqqət çəkir. Türkiyə artıq regional gücdən qlobal gücə çevrilib, onun beynəlxalq səviyyədə nüfuzu getdikcə artır. Bu gün qardaş Türkiyə dünyanın ayrı-ayrı reginlarında müşahidə edilən münaqişələrin, qanlı müharibələrin həllində barışdırcı, sülh təşəbbüslərindən çıxış edən ölkə kimi qəbul edilir. Türkiyənin getdikcə artan hərbi gücü bu ölkənin özü və müttəfiqləri üçün etibarlı çətirdir. Eyni zamanda, Pakistan da güclü dövlət kimi özünü təsdiqləməkdədir. Bir qədər bundan əvvəl Hindistana verilən cavab bunun əyani sübutudur. Yeri gəlmişkən, Laçın Zirvə görüşündə liderlər Pakistanla Hindistan arasında əldə olunan razılaşmaya müsbət münasibətlərini ifadə ediblər. Pakistanın dünyada azsaylı nüvə dövlətlərindən biri olması da onun artan gücündən xəbər verir.
• Laçın Zirvə görüşü Prezident İlham Əliyevin qlobal səviyyədə artan nüfuzunu bir daha təsdiqlədi. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara, müstəqillik və suverenlik prinsiplərinə əsaslanan siyasət həyata keçirir. Azərbaycan iqtisadi və siyasi müstəqilliyini tam təmin edib ki, bunun da sayəsində ökəmizə beynəlxalq səviyyədə inam getdikcə artır. Zirvə görüşündə ifadə olunan fikirlərdən göründüyü kimi, həmTürkiyə və Pakistanın liderlərinin, həm də bu ölkələrin ictimaiyyətinin dövlətimizin başçısına böyük hörməti var.
Bütövlükdə Laçında keçirilən Zirvə görüşü üçtərəfli əlaqələrin inkişafı baxımından böyük rəmzi və strateji əhəmiyyət daşıyır. Üçlük platforması yeni model kimi artıq reallıqdır və dost, qardaş ölkələr asında daha dərin əlaqələr qurulması üçün yeni imkanlar açır. Təsadüfi deyildir ki, ikinci üçlü Zirvə görüşündə ortaq gündəliyi formalaşdıran ticarət, investisiyalar, nəqliyyat, enerji, müdafiə sənayesi və terrorla mübarizə kimi sahələrdə ölkələrimizin baxışını əks etdirən güclü bir çərçivə hazırlayacağına dərin inam ifadə olunub.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
İdman
13 İyun 23:34

YAP xəbərləri
13 İyun 23:11

YAP xəbərləri
13 İyun 22:46

Sosial
13 İyun 22:31

Dünya
13 İyun 22:17

Dünya
13 İyun 21:53
YAP xəbərləri
13 İyun 21:29

İdman
13 İyun 21:14

Hadisə
13 İyun 20:53

YAP xəbərləri
13 İyun 20:38

Elm
13 İyun 20:36
YAP xəbərləri
13 İyun 20:12

Dünya
13 İyun 20:02

Dünya
13 İyun 19:50

YAP xəbərləri
13 İyun 19:37

YAP xəbərləri
13 İyun 19:13

Dünya
13 İyun 19:07

Siyasət
13 İyun 18:59

YAP xəbərləri
13 İyun 18:36

YAP xəbərləri
13 İyun 18:04

YAP xəbərləri
13 İyun 17:57

YAP xəbərləri
13 İyun 17:45

YAP xəbərləri
13 İyun 17:11

YAP xəbərləri
13 İyun 17:00

YAP xəbərləri
13 İyun 16:56

YAP xəbərləri
13 İyun 16:53

YAP xəbərləri
13 İyun 16:50

Dünya
13 İyun 16:41

YAP xəbərləri
13 İyun 16:37

Dünya
13 İyun 16:34

YAP xəbərləri
13 İyun 16:23

YAP xəbərləri
13 İyun 16:10

YAP xəbərləri
13 İyun 16:07

YAP xəbərləri
13 İyun 15:44

MEDİA
13 İyun 15:44

Dünya
13 İyun 15:36

Dünya
13 İyun 15:28

Dünya
13 İyun 15:28

YAP xəbərləri
13 İyun 14:39

Dünya
13 İyun 14:32

Sosial
13 İyun 14:21

Hərbi
13 İyun 14:19

Dünya
13 İyun 14:19

Dünya
13 İyun 14:17

Sosial
13 İyun 14:15

İqtisadiyyat
13 İyun 14:12

YAP xəbərləri
13 İyun 13:26

Dünya
13 İyun 12:47

Sosial
13 İyun 12:30

Siyasət
13 İyun 12:05

Xəbər lenti
13 İyun 12:03

Sosial
13 İyun 12:01

Sosial
13 İyun 11:55

YAP xəbərləri
13 İyun 11:41

Siyasət
13 İyun 11:04

Dünya
13 İyun 11:04

İqtisadiyyat
13 İyun 10:44

Gündəm
13 İyun 10:40

Siyasət
13 İyun 10:24

YAP xəbərləri
13 İyun 10:12

Siyasət
13 İyun 09:55

Sosial
13 İyun 09:53

YAP xəbərləri
13 İyun 09:46

İqtisadiyyat
13 İyun 09:38

Dünya
13 İyun 09:37

İqtisadiyyat
13 İyun 09:36

Sosial
13 İyun 09:36

Dünya
13 İyun 09:36

Dünya
13 İyun 09:35

İqtisadiyyat
13 İyun 09:20
