Qazaxıstanın Astana şəhərində TÜRKPA Assambleya Şurasının iclası keçirilib
12.06.2025 [12:35]
İyunun 12-də Qazaxıstanın paytaxtı Astana şəhərində TÜRKPA Assambleya Şurasının iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda TÜRKPA-nın fəaliyyətdə olan sədri, Azərbaycan parlamentinin sədri Sahibə Qafarova çıxış edərək, bu toplantıda aparılacaq fikir mübadiləsinin, qəbul olunacaq qərarların təşkilatın məqsədlərinin həyata keçirilməsinə töhfə verəcəyinə inamını bildirib.
O, Milli Məclisin təşkilata sədrliyi dövründə görülən işlər haqqında hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. S.Qafarova vurğulayıb ki, ötən dövrdə parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi, TÜRKPA-nın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində bütün addımlar atılıb.
TÜRKPA-nın başqa beynəlxalq platformalara bənzəmədiyini, eyni kökdən olan, ortaq milli-mənəvi dəyərləri bölüşən qardaş xalqlarımızın təmsilçilərini eyni çətir altında birləşdirən bir təşkilat olduğunu deyən Milli Məclisin sədri bildirib ki, qardaş ölkələrimiz arasındakı əməkdaşlığın gündən-günə inkişaf etdiyi bir dövrdə TÜRKPA-nın səmərəli fəaliyyəti ölkələrimiz arasında birliyin və həmrəyliyin genişlənməsinə parlament dəstəyini təmin edir. Təşkilat həm də Türk dünyasının vahid mövqeyinin beynəlxalq parlament platformalarında eşidilməsinə imkan yaradır.
Sahibə Qafarova deyib ki, Milli Məclisin quruma sədrliyi 13-cü Şura iclası zamanı qəbul edilən Fəaliyyət Planı əsasında həyata keçirilib. Ötən dövrdə daimi komissiyaların iclasları Fəaliyyət Planına uyğun olaraq müntəzəm şəkildə keçirilib, üzv ölkələrin qanunvericiliyinin yaxınlaşdırılması istiqamətində fəaliyyət davam etdirilib. Vahid hüquqi məkanın formalaşması prosesinin önəmli aspekti olan model qanunların hazırlanması istiqamətində fəaliyyət böyük səylə davam etdirilib. O cümlədən, seçki və referendumların müşahidəsi işi uğurla həyata keçirilib ki, bu da üzv ölkələrin dövlət strukturları ilə Assambleya arasında əməkdaşlığın güclənməsinə, üzv ölkələrdə demokratik seçki ənənələrinin daha da inkişafına töhfə verir.
Hesabatda, həmçinin ölkələrimizdə qadınların və gənclərin rolunun artırılması, üzv parlamentlərimizin qadın və gənc təmsilçiləri arasında əməkdaşlığın daha da gücləndirilməsi baxımından TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun işi əhəmiyyətli qiymətləndirilib və bu sahədə keçirilən tədbirlər təqdir edilib. TÜRKPA çərçivəsində ayrı-ayrı parlament komitələrinin çoxtərəfli əməkdaşlığı və dialoqu da ümumi işimizə mühüm töhfə kimi qiymətləndirilib.
Sonra təşkilati məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib, həmçinin təşkilata sədrlik Qazaxıstana keçib.
Xəbər lenti
Hamısına bax
Dünya
16 İyul 23:31

Dünya
16 İyul 23:15

İqtisadiyyat
16 İyul 22:51

Dünya
16 İyul 22:20

Dünya
16 İyul 21:59

Dünya
16 İyul 21:23

Xəbər lenti
16 İyul 20:46

İqtisadiyyat
16 İyul 20:37

Dünya
16 İyul 20:19

İdman
16 İyul 19:48

Dünya
16 İyul 19:15

İqtisadiyyat
16 İyul 18:44

Dünya
16 İyul 18:23
YAP xəbərləri
16 İyul 18:22

Dünya
16 İyul 17:45

YAP xəbərləri
16 İyul 17:44

Siyasət
16 İyul 17:24
YAP xəbərləri
16 İyul 17:21

Dünya
16 İyul 17:11

Dünya
16 İyul 16:59

İdman
16 İyul 16:19

Sosial
16 İyul 16:18

Siyasət
16 İyul 15:39

Siyasət
16 İyul 15:38

Siyasət
16 İyul 15:37

Sosial
16 İyul 14:22

İdman
16 İyul 14:00

Sosial
16 İyul 13:47

Dünya
16 İyul 13:35

Mədəniyyət
16 İyul 13:19

Dünya
16 İyul 13:18

Dünya
16 İyul 12:36

Elanlar
16 İyul 12:20

Gündəm
16 İyul 12:19

Sosial
16 İyul 11:54

Sosial
16 İyul 11:38

Sosial
16 İyul 11:09

Sosial
16 İyul 10:58

MEDİA
16 İyul 10:42

İqtisadiyyat
16 İyul 10:34

İqtisadiyyat
16 İyul 10:34

Hadisə
16 İyul 10:33

İdman
16 İyul 10:28

Mədəniyyət
16 İyul 10:27

Siyasət
16 İyul 10:25

Siyasət
16 İyul 10:25

Dünya
16 İyul 10:22

Siyasət
16 İyul 10:21

İqtisadiyyat
16 İyul 10:17

Siyasət
16 İyul 09:54

Analitik
16 İyul 09:47

Analitik
16 İyul 09:38

Analitik
16 İyul 09:27

Analitik
16 İyul 09:13

Analitik
16 İyul 08:59

Ədəbiyyat
16 İyul 08:45

Maraqlı
16 İyul 08:32

MEDİA
16 İyul 08:16

Gündəm
16 İyul 07:48

Hadisə
15 İyul 23:38

İdman
15 İyul 23:15

Dünya
15 İyul 22:51

Elm
15 İyul 22:25

Xəbər lenti
15 İyul 22:14

Dünya
15 İyul 21:49

Dünya
15 İyul 21:34

Dünya
15 İyul 21:18

Dünya
15 İyul 20:59

Dünya
15 İyul 20:21

İqtisadiyyat
15 İyul 19:46
