Uğurlu vasitəçilik...
22.07.2025 [10:52]
Beynəlxalq müstəvidə Azərbaycana inam və etimad yüksəkdir
Bəzi ölkələr fikir ayrılıqlarını Bakıda həll edir
Qeyd edək ki, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə həm də regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Digər tərəfdən, milli maraqlara uyğun olaraq reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.
Azərbaycan hazırda regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynayır. Məhz bunun nəticəsində də dünyada Azərbaycanın dostları artmaqdadır. Bir çox ölkələr Azərbaycanı dost və etibarlı tərəfdaş hesab edir. Bu etimad sayəsində Azərbaycan bəzi ölkələr arasında yaranmış problemlərin həllində uğurlu vasitəçilik edir. Məsələn, İsrail ilə Türkiyə arasında yaranmış problemin həllində ölkəmiz vasitəçilik edib. Bakı həmin ölkələrin nümayəndələrinin görüşünə ev sahibliyi edib. Bu ilin aprel ayında belə bir görüş baş tutub. Nəzərə alaq ki, hər iki ölkə Azərbaycanın dostudur.
Türkiyə-Azərbaycan münasibətləri uğurlu regional və beynəlxalq əməkdaşlıq nümunəsi olmaqla yanaşı, həm də dostluq və qardaşlıq örnəyi kimi xarakterizə edilir. Bununla yanaşı, Azərbaycan-Türkiyə münasibətləri davamlı inkişaf dinamikasına malikdir. Bu iki ölkəni bir-birinə bağlayan strateji əsaslar xalqlararası dərin inteqrasiya, ortaq milli keçmişə və dəyərlərə malik olmaq, eyni zamanda, milli maraqların uzlaşdırılmasıdır. Bütövlükdə, hər bir sahədə inkişaf edən Azərbaycan-Türkiyə dostluğu və strateji müttəfiqliyi dünya üzrə unikal bir nümunəyə çevrilib. Eləcə də, Azərbaycana yaxın dost və tərəfdaş ölkələrindən biri də İsrail dövlətidir. Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə, ehtiramla yanaşıblar. Bu gün Azərbaycan və İsrail arasında dostluq və əməkdaşlıq strateji əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsində İsrail Azərbaycanın ədalətli mövqeyini dəstəklədi. Ölkələrimiz arasında hərbi sahədə də yaxşı əlaqələr var. İki dövlətin dostluq və əməkdaşlığı yüksələn xətlə inkişaf edir.
Prezident: Biz beynəlxalq ictimaiyyətin həqiqətən fəal üzvünə çevrilmişik
Bütün bunların fonunda, dövlətimiz öz dostlarının arasında hansısa gərginliyin olmasını istəmir. Ona görə də barışdırıcı siyasət həyata keçirir. Azərbaycan hələ 2010-cu ildə də İsrail ilə Türkiyə arasında yaranmış gərginliyin aradan qalxmasında vasitəçilik edib və bu vasitəçilik kifayət qədər uğurlu olub. İnanırıq ki, yenə də belə olacaq. Bu yanaşma Azərbaycanın sülhpərvər, barışdırıcı mövqedə olmasından irəli gəlir.
Nəzərə alaq ki, müstəqillik dövründə Azərbaycanın xarici siyasətinin əsas istiqaməti Ermənistanın işğalçılıq siyasətinə son qoyulması idi. Dövlətimizin öz gücünə bu problemi həll etdikdən sonra beynəlxalq miqyasda sülh və əməkdaşlıq naminə vasitəçilik imkanlarını daha da genişləndirib. Yeri gəlmişkən, Prezident İlham Əliyev iyulun 19-da 3-cü Şuşa Qlobal Media Forumunda bu barədə bildirib: “O zaman vaxtımız qalmırdı və digər məsələni həll etmək potensialımız olsa da, onunla məşğul olmurduq. Bütün xarici siyasətimiz təbii olaraq ərazi bütövlüyümüzün bərpasına yönəlirdi. İndi məsələ həll olunduqdan sonra biz beynəlxalq arenada daha fəalıq və qeyd etdiyiniz kimi, müxtəlif ölkələr arasında vasitəçilik səylərimiz bunun yalnız bir hissəsidir. Biz beynəlxalq ictimaiyyətin həqiqətən fəal üzvünə çevrilmişik. Fərqli beynəlxalq iştirakçılarla güclü əlaqələrə malik olan ölkəmiz ən azı geniş regionda daha mühüm rol oynaya bilər və oynayacaq”.
NATO-Rusiya nümayəndələrinin də görüş ünvanı Bakı olub
Xatırladaq ki, hələ 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş verən gərginliyin aradan qaldırılmasında ölkəmiz fəal vasitəçi rolunu oynamışdı. Bundan əlavə, ölkəmiz fərqli siyasi-hərbi qütblər arasında dialoqun baş tutması üçün ən uyğun məkanlardan biri kimi özünü təsdiqləyib. Məsələn, Bakıda Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin görüşlər keçirməsi ölkəmizin strateji dialoq platforması kimi çıxış etdiyini göstərir. Ölkəmiz 2017-2020-ci illərdə NATO-Rusiya və ABŞ-Rusiya arasında yüksək vəzifəli hərbçilərin 7 görüşünə ev sahibliyi edib. Belə mötəbər görüşlərin keçirilməsi üçün Azərbaycanın seçilməsi beynəlxalq səviyyədə ölkəmizə olan böyük inamın ifadəsidir. Proseslər isə göstərir ki, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan güclü dövlət olaraq beynəlxalq müstəvidə sülh və əməkdaşlığa bundan sonra daha böyük töhfələr verəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45

