/ / Şavkat Mirziyoyev: Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən strateji körpü rolunu oynayır
Şavkat Mirziyoyev: Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən strateji körpü rolunu oynayır
18.08.2025 [23:23]
Son illərdə Özbəkistan-Azərbaycan münasibətləri qarşılıqlı etimad və dəstək ruhunda fəal şəkildə inkişaf edir, Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb, Ali Dövlətlərarası Şura fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Özbəkistan, Azərbaycan və Avropa – ümumi inkişaf naminə əməkdaşlıq” adlı yüksəksəviyyəli görüşün iştirakçılarına müraciətində əksini tapıb.
“Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən strateji körpü rolunu oynayır”, - deyə o bildirib.
Qeyd olunub ki, Avropa İttifaqı və digər tərəfdaşlarla birlikdə Özbəkistan səmərəli nəqliyyat-logistika və enerji dəhlizlərinin inkişafı istiqamətində məqsədyönlü işləri davam etdirəcək.
“Mən əminəm ki, bu tədbirlər bölgəmizin Qərb ilə Şərq arasında hab rolunu bərpa etməsinə imkan verəcək”, – deyə Prezident əlavə edib.
Ş.Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin yeni ümumregional proseslərin inkişafında iştirak etmək və Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında əməkdaşlığın möhkəmləndirilməsi sahəsindəki səylərini yüksək qiymətləndirib. O, Vaşinqtonda Ermənistanla imzalanmış üçtərəfli Birgə Bəyannamə münasibətilə dost Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edib.
Bu gün Özbəkistanın dinamik islahatları davam etdirdiyini və bu istiqamətdə artıq böyük nailiyyətlər qazandığını bildirən Prezident qeyd edib: “İndiki son dərəcə mürəkkəb dövrdə Özbəkistan və Mərkəzi Asiya regionu beynəlxalq ictimaiyyətə əvəzsiz resurs – sabitlik, etimad və inkişaf təklif edir”.
Şavkat Mirziyoyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin böyük azərbaycanlı mütəfəkkir Nizami Gəncəvinin bənzərsiz yaradıcılıq irsinin qorunmasında və geniş təbliğində mühüm rolunu da xüsusi vurğulayıb.
“Mərkəzin beynəlxalq gündəliyə dair məsələlərin öyrənilməsində fəal iştirakı xüsusi diqqətə layiqdir. Onun himayəsi ilə keçirilən illik Qlobal Bakı Forumu beynəlxalq və regional miqyasda ən aktual problemlərin həlli üçün yeni ideyaların irəli sürüldüyü nüfuzlu qlobal dialoq platformalarından birinə çevrilib”, - deyən Prezident diqqətə çatdırıb. Deyib ki, bu görüş Mərkəzi Asiyanı dünyaya geniş şəkildə təqdim etmək, konsolidasiya və əməkdaşlıq proseslərinin sürətləndiyi bir vaxtda regionlararası qarşılıqlı əlaqələri möhkəmləndirmək, eləcə də Özbəkistan və Azərbaycanın potensialından, imkanlarından tam istifadə məsələlərini müzakirə etmək üçün unikal imkandır.
Xəbər lenti
Hamısına baxDünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59

