AŞPA: Prezident İlham Əliyev səslərin böyük əksəriyyətini toplayaraq qələbə qazanıb
11.10.2013 [10:19]
Məlum olduğu kimi, dünən AŞPA və Avropa Parlamentindən olan bir qrup müşahidəçinin Azərbaycanda keçirilən 9 oktyabr prezident seçkiləri ilə bağlı birgə mətbuat konfransı baş tutub. Hər iki qurumun müşahidə missiyaları hesab edir ki, Azərbaycanda seçki prosesi azad, ədalətli və şəffaf keçirilib.
Avropa Parlamentinin müşahidə missiyasının rəhbəri Pino Arlakki dinc seçki münasibətilə Azərbaycan xalqını təbrik edib: “Biz sizə dərs keçmək üçün deyil, seçkini müşahidə etmək məqsədilə bura gəlmişik. Bizim müşahidəmizə görə, seçki dinc atmosferdə keçdi. Biz seçicilərə hər hansı təzyiq faktını müşahidə etmədik”.
Seçkiləri müşahidə edən AŞPA nümayəndə heyətinin rəhbəri Robert Uolter isə deyib ki, AŞPA-nın 7 üzvündən ibarət nümayəndə heyəti ilə Azərbaycana bir ay əvvəl gəliblər. Uzunmüddətli müşahidə missiyasının seçkiqabağı prosesi diqqətlə izlədiyini qeyd edən R.Uolter seçki günü 30 millət vəkilindən ibarət heyətlə müşahidə apardıqlarını deyib.
Daha sonra KİV nümayəndələrinin suallarını cavablandıran müşahidəçilər sonuncu seçkiləri demokratiya quruculuğu yolunda irəliləyən Azərbaycanın irəliyə doğru addımı kimi qiymətləndirərək, görüləsi işlərin də olduğunu deyiblər.
R.Uolter qeyd edib ki, müşahidəçilər səslərin sayılması prosesində də iştirak ediblər və qanun pozuntusuna rast gəlməyiblər: “Bütün bunların nəticəsində deyə bilərəm ki, Prezident İlham Əliyev səslərin böyük əksəriyyətini toplayaraq qələbə qazanıb”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu sual verərək öz torpaqlarında səs verə bilməyən Azərbaycandakı 1 milyondan artıq qaçqın və məcburi köçkünün işğal səbəbindən hüquqlarının pozulmasının AŞPA və Avropa Parlamentinin seçkilərlə bağlı rəyində əksini tapmamasının səbəbini soruşub. AŞPA nümayəndə heyətinin rəhbəri R.Uolter cavabında bildirib ki, Avropa Şurası digər üzv dövlətlər kimi Azərbaycanın da ərazi bütövlüyünə hörmətlə yanaşır. O deyib ki, müşahidə missiyası Minsk qrupunun münaqişəni nizamlamaq fəaliyyətinə münasibət bildirə bilməz. Lakin müşahidələr onu göstərib ki, məcburi köçkünlərin seçkilərdə öz səslərini verməsinə normal şərait yaradılıb.
H.Babaoğlunun, həmçinin, seçkilərdə uduzan tərəfin siyasi mədəniyyət nümayiş etdirərək məğlubiyyəti qəbul etməsinə çağırışın AŞPA və Avropa Parlamentinin seçkilərlə bağlı hesabatına salınmasının mümkünlüyü barədə sualına cavabında R.Uolter deyib ki, müxtəlif uğursuz namizədlərin seçkinin nəticələrini tanıyıb-tanımaması siyasi məsələdir və bununla bağlı suallar onlara ünvanlanmalıdır.
Hülya
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

