2024-cü il aprel razılaşmasının ardı olaraq...
22.11.2025 [10:38]
4 kəndin qaytarılması yenidən gündəmdə...
Bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar, Ermənistan ilə Azərbaycan arasında sülh sazişi layihəsinin paraflanması bölgədə yeni siyasi situasiya formalaşdırır. Bu, həm də sülhə bir addım qaldığını deməyə əsas verir. Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub, Qarabağ “münaqişəsi” tarixə qovuşub, ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı prosedura rəsmən start verilib. Sülhün tam reallaşmasına “bir addım” qaldığını deməyimizə də səbəb var - Ermənistan özünün konstitusiyasında müvafiq dəyişikliklər etməklə ölkəmizə qarşı ərazi iddialarına rəsmən son verdiyini bəyan etməli, nəhayət, illərdir ki, işğal altında olan 4 anklav kəndlərimiz geri qaytarılmalıdır.
8 kənddən 4-ü...
Xatırladaq ki, ötən əsrin 90-cı illərində Qazax rayonunun 7 kəndi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan tərəfindən işğal edilmişdi. Kərki kəndi isə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidindədir - 1990-cu ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Hal-hazırda Ermənistanın işğalı altındadır.
2024-cü ilin aprelində Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə müvafiq Dövlət komissiyalarının səkkizinci görüşündə delimitasiya prosesinin ilkin mərhələsində sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) - Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsi razılaşdırılıb. Başqa sözlə, bu kəndlər Azərbaycana qaytarılıb.
Əsasnaməyə görə: digər 4 kənd də qaytarılmalıdır...
Qeyd edək ki, ötən ilin avqustunda imzalanan və delimitasiya prosesində əsas mahiyyətə malik olan, istinad edilən sənədin - Dövlət komissiyalarının Birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması da məhz həmin tarixi səkkizinci görüşə təsadüf edir. Bu razılaşmalarda bildirilirdi ki, delimitasiya prosesi 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq. Bundan başqa, tərəflər Əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəlmişdilər.
Beləliklə, ümumən sülh prosesinin ən vacib elementlərindən biri olan delimitasiya və demarkasiya prosesi ədalət və beynəlxalq hüquq prinsipləri üzrə inkişaf etməlidir - Ermənistan Azərbaycanın hələ də işğal altında saxladığı kəndlərini azad etməlidir. Belə ki, Vaşinqton razılaşmalarından, sülh gündəliyinin rəsmən paraflanmasından, Zəngəzur dəhlizi (TRIPP) ətrafında mühzüm proseslərin inkişaf etməsindən sonra Qazaxın üç kəndinin - Sofulu, Bərxudarlı və Yuxarı Əskiparanın, eləcə də Naxçıvanın Kərki kəndinin qaytarılması məsələsi son dövrlərdə yenidən aktuallaşıb. Nəzərə alsaq ki, Zəngəzur dəhlizinin (TRIPP) hazırlanması və açılması məsələsi olduqca aktiv şəkildə müzakirə edilir, sərhədin bu istiqamətdə delimitasiyasının aktallaşacığını da proqnozlaşdırmaq olar. Belə olan halda isə, Kərki kəndi ilə bağlı vəziyyət gündəmə gəlir.
Ermənistan rəsmiləri də təsdiqləyir...
Kəndlərin işğal altında saxlanması faktı isə Ermənistanın siyasi rəhbərliyi tərəfindən də təsdiq olunur. Mətbuatın yaydığı xəbərə görə, Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Ermənistan bəzi sahələrdə ümumilikdə 110 kvadrat kilometr Azərbaycan ərazisini nəzarətdə saxlayır: “Xəritədə də göstərməyə hazıram. Təxminən 110 kvadrat kilometr biz onların ərazisindəyik, məsələn, Tavuş istiqamətində. Rəsmi olaraq deyirəm ki, hətta 90-cı illərdən bəri bizim irəlidə olduğumuz sahələr də mövcuddur”.
Simonyanın sözlərinə görə, bu ərazilərin bir qismi 1990-cı illərin hərbi əməliyyatlarından sonra formalaşmış sərhəd xəttində yerləşir. İndi əsas məsələ bu ərazilərin geri qaytarılmasıdır.
Bu fikirlər erməni ictimaiyyəti tərəfindən geniş müzakirə olunur. Məsələn, politoloq Suren Surenyants Azərbaycan XİN sözçüsü Ayxan Hacızadəyə istinad edərək Qazax rayonunun üç kəndinin və Naxçıvanın Kərki kəndinin qaytarılmasının Bakının prioritet məsələlərindən biri olduğunu deyib. Onun sözlərinə görə, bu məsələ sərhəddə delimitasiya komissiyaları çərçivəsində həll edilməlidir. Azərbaycan gizlətmir ki, sülh müqaviləsi yalnız o halda mümkündür ki, Ermənistan məzmunundan asılı olmayaraq, onların bütün şərtlərini yerinə yetirsin.
Ermənistan parlamentindəki “Hayastan” fraksiyasından deputat Qarnik Danielyan isə bildirib ki, Qazaxıstandan və Rusiyadan Azərbaycan ərazisi vasitəsilə dəmir yolu ilə Ermənistana buğda idxal edilməsinə başlanması təsadüfi deyil: “Bunu Paşinyan elan etdi və dedi ki, Ermənistan ərazisində Azərbaycan torpaqları var və onlar Azərbaycana geri qaytarılmalıdır”.
Qeyd olunmalıdır ki, Azərbaycan 44 günlük müharibədə qalib tərəf olsa da, qarşı tərəfə hansısa bir ərazi iddiası irəli sürməyib - Azərabycan yalnız özünün ərazi vahidlərinə aidı olan torpaqların son qarışına qədər qaytarılmasını istəyir. Bu isə həm qalib dövlət kimi, həm beynəlxalq hüququn prinsipiləri etibarı ilə, həm də ədalət nöqteyi-nəzərdən haqlı mövqedir.
Sülh və dialoq səfərləri - bu dəfə erməni QHT nümayəndələri Bakıda
Yuxarıda da qeyd etdiyimiz kimi, artıq sülh prosesi son mərhələ qədəm qoyub - dövlətlər arasında sülh sazişinin gündəliyi təsdiqlənib, torpaqların delimitasiyası ilə bağlı proses inkişaf etdirilir, paralel olaraq Zəngəzur dəhlizinin (TRIPP) açılması istiqamətində fəal iş aparılır. Digər tərəfdən isə, cəmiyyətlər arasında normallaşmanın reallaşması yönündə də müəyyən addımlar atılır. Məsələn, qarşılıqlı olaraq vətəndaş cəmiyyəti institutlarının səfərləri reallaşdırılır ki, bu da ümumi sülh prosesinə mühüm töhfələr verir. Xatırladaq ki, bu ilin 21-22 oktyabrında Azərbaycan və Ermənistan ekspert cəmiyyətinin nümayəndələrinin birgə təşəbbüsü və hər iki ölkənin rəsmi strukturlarının dəstəyi ilə Yerevanda ikitərəfli dəyirmi masa keçirilmişdi. Dəyirmi masada Azərbaycanın və Ermənistanın bir sıra QHT nümayəndələri iştirak etmişdilər.
Yeri gəlmişkən, dünən Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Azərbaycan paytaxtına səfər edib. Səfər 21-22 oktyabr 2025-ci il tarixlərində Azərbaycan nümayəndə heyətinin Ermənistan paytaxtına səfərinə cavab olaraq həyata keçirilir. Bu formatda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşlərinin keçirilməsi avqustun 8-də Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannaməsinin ruhuna uyğun olaraq sülh gündəliyinin təşviq edilməsinə yönəldilib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxGündəm
09 Dekabr 15:53
Hadisə
09 Dekabr 15:52
Dünya
09 Dekabr 15:40
İqtisadiyyat
09 Dekabr 15:20
Sosial
09 Dekabr 15:11
Siyasət
09 Dekabr 15:07
Siyasət
09 Dekabr 15:05
Sosial
09 Dekabr 15:03
Sosial
09 Dekabr 14:10
Hərbi
09 Dekabr 14:09
Sosial
09 Dekabr 14:06
Siyasət
09 Dekabr 14:05
Gündəm
09 Dekabr 13:36
Gündəm
09 Dekabr 13:34
İqtisadiyyat
09 Dekabr 12:34
Siyasət
09 Dekabr 12:22
Gündəm
09 Dekabr 12:07
Siyasət
09 Dekabr 11:58
Siyasət
09 Dekabr 11:43
MEDİA
09 Dekabr 11:35
Hadisə
09 Dekabr 11:29
Sosial
09 Dekabr 11:25
Hadisə
09 Dekabr 11:24
İqtisadiyyat
09 Dekabr 11:23
İqtisadiyyat
09 Dekabr 11:22
Siyasət
09 Dekabr 11:14
Siyasət
09 Dekabr 11:05
Analitik
09 Dekabr 10:58
Mədəniyyət
09 Dekabr 10:34
Sosial
09 Dekabr 10:12
Ədəbiyyat
09 Dekabr 09:57
Analitik
09 Dekabr 09:32
Analitik
09 Dekabr 09:15
Sosial
09 Dekabr 08:53
Sosial
09 Dekabr 08:38
Gündəm
08 Dekabr 22:56
Sosial
08 Dekabr 22:54
Gündəm
08 Dekabr 22:24
Sosial
08 Dekabr 22:19
Gündəm
08 Dekabr 21:53
Gündəm
08 Dekabr 21:41
Dünya
08 Dekabr 21:17
Dünya
08 Dekabr 20:49
Dünya
08 Dekabr 20:22
Xəbər lenti
08 Dekabr 19:51
Dünya
08 Dekabr 19:18
Gündəm
08 Dekabr 18:49
Gündəm
08 Dekabr 18:46
Dünya
08 Dekabr 18:27
Analitik
08 Dekabr 18:01
Gündəm
08 Dekabr 17:52
Dünya
08 Dekabr 17:45
YAP xəbərləri
08 Dekabr 16:42
İdman
08 Dekabr 16:30
Siyasət
08 Dekabr 16:22
MEDİA
08 Dekabr 16:20
Siyasət
08 Dekabr 15:59
Siyasət
08 Dekabr 14:18
Dünya
08 Dekabr 13:56
Siyasət
08 Dekabr 13:51
Siyasət
08 Dekabr 13:46
Siyasət
08 Dekabr 13:46
Elm
08 Dekabr 13:01
Sosial
08 Dekabr 12:59
Siyasət
08 Dekabr 12:54
Mədəniyyət
08 Dekabr 12:40
Dünya
08 Dekabr 12:29
İqtisadiyyat
08 Dekabr 12:19
İqtisadiyyat
08 Dekabr 12:18
Hadisə
08 Dekabr 12:17

