Azərbaycan-Vatikan münasibətləri...
27.11.2025 [10:35]
Davamlı olaraq inkişaf edir
Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin reallaşdırdığı strateji kurs ölkəmizin maraqlarının təmin olunmasına xidmət edir, qarşıya qoyulan hədəflərə çatmağa imkan verir, eləcə də Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini təmin edir. Ölkəmiz ikitərəfli münasibətlərini inkişaf etdirməklə yanaşı, səmərəli və qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bu baxımdan ölkəmiz Müqəddəs Taxt-Tacla münasibətlərin inkişafına böyük önəm verir.
Dünyanın ayrı-ayrı ölkələrindən, regionlarından olduğu kimi, Vatikandan da Azərbaycana mənəvi-siyasi baxış müsbət çalarlarla zəngindir. Bu isə təsadüfi deyil və bir sıra amillərlə şərtlənir. Əvvəla, Azərbaycanda dini etiqad və vicdan azadlığı tam təmin edilib, ölkədə çoxlu sayda dini icma fəaliyyət göstərir, hər kəsin dini ayinləri sərbəst şəkildə yerinə yetirməsi üçün zəruri şərait təmin olunub. Müxtəlif dini dünyagörüşünə malik olan insanlar öz vicdan və etiqad azadlıqlarından sərbəst istifadə edirlər. Azərbaycanda milli, dini müxtəliflik insanlar arasında fərq yaradan amil kimi deyil, cəmiyyətin üstün dəyəri kimi çıxış edir. Azərbaycanda multikulturalizm, dinlərə və mədəniyyətlərə tolerant yanaşma cəmiyyətin həyat tərzidir, bütün dinlərə hörmətlə yanaşılır. Respublikamızda İslam dininə aid tarixi-dini abidələrin bərpasına dövlət vəsaiti ayrıldığı kimi, digər dinlərlə bağlı da eyni yanaşma tətbiq olunur.
Yeri gəlmişkən, noyabrın 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Vatikana rəsmi səfəri çərçivəsində bu məqamlar diqqət mərkəzində olub. Səfər zamanı C.Bayramov Müqəddəs Taxt-Tacın dövlət və beynəlxalq təşkilatlar üzrə katibi arxiyepiskop Riçard Qallager ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri, regional və beynəlxalq məsələlər, habelə beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Azərbaycan və Müqəddəs Taxt-Tac arasında əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi naminə son zamanlar yüksəksəviyyəli səfərlərin artan dinamikasının qorunub saxlanılmasının vacibliyi diqqətə çatdırılıb. Bu çərçivədə Azərbaycan Prezidentinin Vatikana rəsmi səfərləri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın cari ilin oktyabr ayında Müqəddəs Taxt-Taca baş tutmuş səfəri və səfər çərçivəsində həyata keçirilmiş görüşlərin və tədbirlərin əhəmiyyəti vurğulanıb.Mehriban xanım Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Taxt-Tacda indiyədək həyata keçirilmiş və gələcəkdə icrası planlaşdırılan humanitar xarakterli mühafizə və bərpa layihələri məmnunluqla xatırlanıb. Mehriban xanım Əliyevanın Vatikana səfəri zamanı Avropanın ən böyük pediatrik xəstəxanası və tədqiqat mərkəzi olan “Bambino Gesu”nu ziyarəti və ölkəmizlə bu sahədə əməkdaşlıq əlaqələrinin əhəmiyyəti qeyd olunub.
Bununla yanaşı, Papa II İoann Pavelin 2002-ci ildə, Papa Fransiskin 2016-cı ildə ölkəmizə səfərləri, Bakıda II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin yerləşəcəyi ərazinin təqdimetmə mərasimi və hazırda kilsənin tikilməsi məmnunluqla xatırlanıb. Eləcə də 2027-ci ildə qeyd ediləcək diplomatik münasibətlərin təsis edilməsinin 35 illiyinin münasibətlərin inkişafına əlavə təkan verəcəyinə əminlik ifadə olunub.
Bundan başqa, Azərbaycanın dini tolerantlıq, mədəniyyətlərarası və etiqadlararası dialoq sahəsindəki uğurları, ölkəmizdə xristian məbədləri də daxil olmaqla, dini abidələrin bərpası və qorunması üzrə görülən işlər haqqında danışılıb. Azərbaycanın müxtəlif din və mədəniyyətlərin bir arada yaşadığı ölkə kimi apardığı uğurlu siyasətin beynəlxalq sülhə və anlaşmaya töhfəsi qeyd edilib. Eyni zamanda, qlobal iqlim dəyişmələrindən narahatlıq ifadə olunub, ölkəmizin COP29 sədri olaraq gördüyü işlər və təşəbbüsləri barədə qarşı tərəfə məlumat verilib. Bununla yanaşı, ölkəmizin enerji təhlükəsizliyinə töhfəsi, nəqliyyat dəhlizlərinin inkişafında rolu, Orta Asiya ölkələri ilə əlaqələr barədə fikir mübadiləsi aparılıb.
C.Bayramov görüş zamanı qarşı tərəfə Azərbaycan-Ermənistan normallaşma prosesi, tarixi Vaşinqton Zirvəsi zamanı əldə edilmiş razılaşmalar və onların icrası istiqamətində həyata keçirilən əməli tədbirlər, münaqişədən sonra regionumuzdakı vəziyyət barədə ətraflı məlumat verib.Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın XİN başçısı, həmçinin Müqəddəs Taxt-Tacın dövlət katibi, kardinal Pietro Parolin ilə də görüşüb. Görüşdə Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında ikitərəfli münasibətlərin mövcud gündəliyi, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə olunub. Azərbaycanın Müqəddəs Taxt-Tac ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyi diqqətə çatdırılıb, son zamanlar Azərbaycandan Müqəddəs Taxt-Taca baş tutan çoxsaylı yüksəksəviyyəli səfərlərin bunun bariz nümunəsi olduğu bildirilib. Bu çərçivədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca cari ilin oktyabr ayında həyata keçirilmiş səfərinin əlaqələrimizin qarşılıqlı anlaşma və ortaq dəyərlər əsasında daha da möhkəmlənməsinə təkan verdiyi vurğulanıb. Mehriban xanım Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Taxt-Tacda həyata keçirilən mühafizə və bərpa layihələrinin humanitar sahədə əməkdaşlığımız üçün körpü rolunu oynadığı qeyd edilib.
Görüşdə Azərbaycan ərazisində yaşayan bütün etnik və dini icmaların hüquq və təhlükəsizliyinin təmin edildiyi bildirilib, ölkəmizin çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələrindən danışılıb. Dini etiqadların universal insani dəyərlər və qlobal həmrəyliyin təşviqindəki mühüm roluna toxunulub, bu çərçivədə dinlərarası dialoqun daha da dərinləşdirilməsinin, eləcə də mədəni-humanitar sahədə müştərək layihələrin təşviqinin həm ikitərəfli, həm də çoxtərəfli formatlarda dostluq və anlaşma əlaqələrinin gücləndirilməsinə töhfə verdiyi ifadə olunub.
Nazir görüş zamanı qarşı tərəfə Azərbaycan-Ermənistan normallaşma prosesi, tarixi Vaşinqton Zirvəsi zamanı əldə edilmiş razılaşmalar və onların icrası istiqamətində həyata keçirilən əməli tədbirlər barədə ətraflı məlumat verib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
27 Noyabr 12:04
Sosial
27 Noyabr 12:04
İqtisadiyyat
27 Noyabr 12:03
İqtisadiyyat
27 Noyabr 12:01
Gündəm
27 Noyabr 11:45
Gündəm
27 Noyabr 11:37
Sosial
27 Noyabr 11:24
Dünya
27 Noyabr 11:23
Gündəm
27 Noyabr 11:12
Siyasət
27 Noyabr 11:01
Siyasət
27 Noyabr 10:54
Siyasət
27 Noyabr 10:35
Analitik
27 Noyabr 10:19
Ədəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30
Hadisə
26 Noyabr 12:28
Dünya
26 Noyabr 12:25
Siyasət
26 Noyabr 12:11
Siyasət
26 Noyabr 11:59
Siyasət
26 Noyabr 11:43
Dünya
26 Noyabr 11:38
Siyasət
26 Noyabr 11:37
Siyasət
26 Noyabr 11:15
İqtisadiyyat
26 Noyabr 10:58
İqtisadiyyat
26 Noyabr 10:36
Analitik
26 Noyabr 10:12
Siyasət
26 Noyabr 09:54
Ədəbiyyat
26 Noyabr 09:39
Analitik
26 Noyabr 09:25
Mədəniyyət
26 Noyabr 09:11
Yeni texnologiyalar
26 Noyabr 08:52
MEDİA
26 Noyabr 08:33
Gündəm
26 Noyabr 08:16
Siyasət
26 Noyabr 07:58
Sosial
26 Noyabr 07:54
Sosial
26 Noyabr 07:54
Sosial
26 Noyabr 07:16

