/ / Azərbaycan ilə BƏƏ arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin ilk iclası keçirilib
Azərbaycan ilə BƏƏ arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin ilk iclası keçirilib
28.11.2025 [21:48]
Əbu-Dabi şəhərində Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin ilk iclası keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, sözügedən komitə cari il sentyabrın 16-da BƏƏ Prezidentinin ölkəmizə səfəri zamanı imzalanmış Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamədən irəli gələrək yaradılıb. İclasa komitənin həmsədrləri qismində Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, BƏƏ tərəfindən isə Xarici İşlər Nazirliyində dövlət naziri Saeed Al Hajeri rəhbərlik ediblər.
İclasın formatına uyğun olaraq, ilk növbədə, həmin komitənin tərkibindəki siyasi və diplomatik, iqtisadi, humanitar, müdafiə və hüquq-mühafizə, habelə enerji və dayanıqlılıq üzrə alt komitələrin görüşləri baş tutub. Bu çərçivədə aparılmış müzakirələr zamanı müvafiq istiqamətlər üzrə mövcud əməkdaşlıq məsələləri, qarşılıqlı əlaqələrin inkişaf perspektivlərinə dair təkliflər və mümkün layihələr nəzərdən keçirilib.
Komitənin işi çərçivəsində nazir müavini Y.Rəfiyev və dövlət naziri S.Al Hajeri arasında təkbətək görüş baş tutub. Daha sonra həmsədrlərin rəhbərliyi və aidiyyəti qurumların nümayəndələrinin, habelə hər iki ölkənin səfirlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib, alt komitələrin həmsədrləri irəli sürülmüş təkliflər və layihələr barədə məlumat veriblər. Həmsədrlər konkret nəticələrin əldə olunması məqsədilə müvafiq işlərin aparılması, o cümlədən yol xəritəsi və iş planlarının razılaşdırılaraq qəbul edilməsi ilə bağlı gözləntilərini ifadə ediblər. Bununla yanaşı, növbəti görüşlərin və ümumilikdə komitənin işinin modallıqları və təqvimi müəyyənləşdirilib.
İclas zamanı son dövrlər ərzində Azərbaycan-BƏƏ əlaqələrinin dinamik inkişafından böyük məmnunluq ifadə olunub. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin və həmin səfərlər çərçivəsində əldə olunmuş razılaşmaların, imzalanmış sənədlərin əlaqələrimizin hərtərəfli strateji tərəfdaşlıq müstəvisinə yüksəlməsindəki əsas rolu vurğulanıb.
İclasda Xarici İşlər Nazirliyi ilə yanaşı, Azərbaycan tərəfindən İqtisadiyyat, Energetika, Ədliyyə, Müdafiə, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat, Elm və Təhsil, Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin, habelə Dövlət Turizm Agentliyinin, SOCAR və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

