Qərbi Azərbaycan İcması ABŞ vitse-prezidentinə müraciət edib
10.02.2026 [09:58]
Qərbi Azərbaycan İcması ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri ilə əlaqədar ona müraciət ünvanlayıb. Müraciətdə “”Odlar Yurdu”na xoş gəlirsiniz. Azərbaycan sülhpərvər məmləkətdir. Ölkəmizdə tarixən müsəlmanlar, xristianlar, yəhudilər sülh və əmin-amanlıq şəraitində yaşamışlar. Azərbaycan ailə dəyərlərinə, mənəvi-ənənəvi dəyərlərə böyük önəm verən bir ölkədir”- deyə bildirilir.
Qeyd olunur ki, Azərbaycanın xristian dünyası ilə, Müqəddəs Taxt-Tacla münasibətləri uğurla inkişaf edir. Son vaxtlar ölkəmizdən Vatikana çoxsaylı yüksəksəviyyəli səfərlər edilib. Keçən il Bakıda “İsa Məsihin son Zaman Müqəddəsləri Kilsəsi”sinin Bakı ofisinin açılış mərasimi keçirilib. Eyni zamanda, Bakıda ikinci katolik kilsəsinin inşası nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, keçmiş Sovetlər İttifaqının rəhbərliyinin cinayətkar laqeydliyi ucbatından 1987-ci ildən başlayaraq Ermənistanda Qərbi azərbaycanlılar deportasiyaya məruz qalıb, kəndləri, yurd yerləri boşaldılıb, yandırılıb, talan olunub, məscidləri, mədəni irsi dağıdılıb. Qərbi azərbaycanlıların mədəni irsi mənimsənilib, tarixi saxtalaşdırılıb. Xüsusilə, İrəvanda azərbaycanlılara məxsus Göy Məscidin mahiyyəti dəyişdirilib. Qərbi azərbaycanlılar bu illər ərzində Azərbaycan cəmiyyətinə inteqrasiya olunsalar da, heç vaxt Ermənistandakı öz dədə-baba yurdlarını unutmayıb, daim ora dönmək arzusu ilə yaşayıblar.
“Ermənistana heç bir ərazi iddiası yoxdur”
Müraciətdə vurğulanır ki, Qərbi azərbaycanlıların Ermənistana heç bir ərazi iddiası yoxdur, onlar Ermənistanın suverenliyinə qarşı çıxmırlar: “Tam əksinə, Qərbi azərbaycanlılar Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla dayanıqlı sülhə nail olmaq siyasətini, eləcə də ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə inkişaf edən Azərbaycan-Ermənistan normallaşma prosesini tam dəstəkləyirlər. Biz 2025-ci il 8 avqust tarixində keçirilmiş tarixi Vaşinqton görüşünü, Azərbaycan, Ermənistan və ABŞ liderlərinin imzaladığı Birgə Bəyannaməni, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını alqışlayırıq. Biz, həm də Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan arasında normallaşma prosesində əldə olunmuş tərəqqini, iki ölkə arasında etimad quruculuğu tədbirlərini, o cümlədən ticarət əlaqələrinin başlanmasını tam dəstəkləyirik. Biz, eyni zamanda, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun tezliklə reallaşmasını gözləyirik”.
C.D.Vensə ünvanlanan müraciətdə o da bildirilir ki, son vaxtlar, həm də, ABŞ administrasiyası sayəsində əldə olunmuş bütün bu nailiyyətlər bizdə belə bir inam yaradır ki, Qərbi azərbaycanlılar uzun həsrətdən sonra Ermənistandakı öz dədə-baba yurdlarına dönəcək, dağıdılmış yurd yerlərini, evlərini bərpa edəcək, yenidən qəbiristanlıqlarını ziyarət edəcək, məscidləri bərpa edəcək: “Bunun üçün bizim bütün tərəqqipərvər bəşəriyyətin, xüsusilə ABŞ-ın dəstəyinə ehtiyacımız var. Biz inanırıq ki, sizin regiona səfəriniz iki dövlət, iki xalq arasında münasibətlərin normallaşması, iqtisadi-ticarət əlaqələrinin güclənməsi, nəqliyyat əlaqələrinin başlanması prosesinə böyük töhfə verəcək”.
Qərbi azərbaycanlıların fundamental haqları...
Nəzərə alaq ki, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin olunması onların beynəlxalq hüquq çərçivəsində müəyyənləşmiş fundamental haqlarından biridir. Qərbi azərbaycanlıların tarixi torpaqlarımıza qayıdışının təmin edilməsi üçün bütün imkanlardan, o cümlədən beynəlxalq platformalardan istifadə olunur. Bu istiqamətdə Qərbi Azərbaycan İcması müvafiq beynəlxalq təşkilatlara müraciətlər edir.
Məlumdur ki, Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürülmə və soyqırımılarından böyük əziyyət çəkib. Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması 1991-ci ildə başa çatıb. Aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazidə yalnız ermənilər yaşayırlar. Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilib. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkilik həyata keçirilib.
Sülh qayıdışa imkan yaradır
Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi, müharibənin qələbə ilə başa çatması ədalətin bərpa olunması istiqamətində mühüm addım olub və iki ölkə arasında sülh imkanlarını artırıb. Digər tərəfdən, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, bu ölkədə monoetnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir və bu, davamlı sülhün bərqərar olunmasına böyük əngəl törədir.
Ermənistan rəhbərliyinin azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri qayıtması hüququnu təkzib etməsi, yüz minlərlə azərbaycanlının daxil olduğu Qərbi Azərbaycan İcmasının Ermənistan rəhbərliyini bu istiqamətdə dialoqa çağırışına qarşı çıxması, bu hüquqların tələbinin “ərazi iddiası” kimi təqdim edilməsi Ermənistanın “insan hüquqlarına” heç bir dəyər verməyən və “etnik təmizləmə əsasında monoetnik dövlət titulunu” qorumaq üzrə məkrli siyasətinin bir göstəricisidir.
Görünən odur ki, qərbi azərbaycanlıların qayıdışı məsələsinin beynəlxalq müstəviyə çıxarılması Ermənistanı çox ciddi şəkildə narahat edir. Əgər belə olmasaydı, bu ölkənin rəsmilərində, həm də erməni cəmiyyətinin müxtəlif nümayəndələrində bu mövzu təşviş yaratmazdı. Amma onların nə deməsindən asılı olmayaraq, qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı mütləq gerçəkləşməlidir. Təsadüfi deyil ki, Qərbi Azərbaycan İcması BMT Baş katibinə, Avropa İttifaqı Şurasının Prezidentinə, UNESCO-ya və digər beynəlxalq təşkilatlara müraciətlər edib. ABŞ-ın vitse-prezidenti Vensə də müraciətin edilməsi qayıdış istiqamətində sistemli tədbirlər görüldüyünü təsdiqləyir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 20:28
Dünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50

