Böyük Britaniya Parlamenti separatçı rejimlə bağlı təşəbbüsünü dayandırmağa çağırılıb
27.02.2026 [14:34]
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə fevralın 25-də başçılıq etdiyi qrupun adından Birləşmiş Krallıq parlamentinin üzvləri Baronessa Helena Kennediyə, Brendan O’Hara və Cessika Mordenə məktub ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, məktubda Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Birləşmiş Krallıq parlamentində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində mövcud olmuş keçmiş cinayətkar və separatçı rejimlə bağlı davam edən araşdırma təşəbbüsündən ciddi narahatlıq və məyusluq hissi keçirdikləri qeyd olunub. Bildirilib ki, belə bir təşəbbüs hazırda Azərbaycan ilə Ermənistan arasında irəliləyən və Böyük Britaniya hökumətinin də yüksək səviyyədə dəstəklədiyi sülh prosesinə ciddi zərbə vura bilər.
Vurğulanıb ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən otuz ildən artıq davam edən qanunsuz işğalı və bir milyona yaxın azərbaycanlının doğma yurd-yuvasından didərgin düşməsi ilə nəticələnən ağır mərhələdən sonra Ermənistan ilə Azərbaycan hazırda ABŞ-dən və Avropadan olan tərəfdaşlarının dəstəyi ilə sülh prosesində real irəliləyiş əldə etməkdədir. Odur ki, mövcud olmayan separatçı rejimlə bağlı keçirilməsi nəzərdə tutulan təxribat xarakterli dinləmələrin radikal, sülhə qarşı çıxan diaspor qruplarının və lobbi dairələrinin yanlış və qərəzli məlumatlarına əsaslanacağı bildirilir.
F.İsmayılzadə, həmçinin qeyd edib ki, Cənubi Qafqazda revanşizmə yer yoxdur və tərəflər birgə səylərlə sülhün möhkəmləndirilməsi, müharibə siyasətinə qayıdışın qarşısının alınması istiqamətində fəaliyyət göstərməlidirlər.
Sonda Böyük Britaniya Parlamentinə sözügedən araşdırma təşəbbüsünün ləğvi ilə bağlı çağırış edilib. Diqqətə çatdırılıb ki, Azərbaycan parlamentinin üzvləri, xüsusilə Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri britaniyalı parlamentarilərin bu məsələdə dəstəyinə inanır və iki ölkə arasında davam edən strateji tərəfdaşlığın Cənubi Qafqazda sülh prosesinə əlavə töhfə verəcəyinə ümid bəsləyirlər.
Xəbər lenti
Hamısına baxDünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37

